İranın “casus” siyasəti...
08.06.2023 [10:36]
Tehran düşmənçiliyini bu yolla daha açıq şəkildə büruzə verir
İranın uzun illərdir ki, ətraf dövlətlərə, xüsusilə Ermənistan istisna olmaqla qonşularına qarşı terror mahiyyətli siyasət yürütməsi sirr deyil. Vaxtilə bu siyasəti ideoloji silaha çevirmək uğrunda cəhdlər göstərən molla rejimi bəzi hallarda uğurlu nəticə də əldə edirdi. Bəzi qonşu ərəb dövlətlərində “İran xofu”, “casus xofu” yaratmaqla öz maraqlarını təmin etməyə çalışırdı. Son dövrlərdə Azərbaycana qarşı da bu kimi metodlardan istifadəyə cəhdlər edildi. Amma bu cəhdlər boşa çıxdı - ölkəmizin təhlükəsizlik doktrinası bu kimi halların qarşısının alınmasında əsaslı rol oynamaqdadır. Ölkəmizdə yaradılan dini tolerantlığa, ölkəmizin uğurlarına və Qarabağ zəfərinə qarşı xüsusi qısqanclıqla yanaşan İranın uğursuz cəhdləri, İslamın siyasiləşdirilməsi ilə bağlı spekulyativ addımları cinayət məsuliyyəti yaratmaqla yanaşı, cəmiyyət tərəfindən də birmənalı şəkildə pislənir, buna qarşı təbii müqavimət göstərilir. İran molla rejiminin “narahatlıqları” isə bütün həqiqətləri ortaya qoyur - Azərbaycanın yaratdığı siyasi reallıqlar regionun təhlükəsizlik seqmentində yeni mərhələ yaradıb. Ölkəmizdə dinin siyasiləşdirilməsinə, din adından istifadə edərək xarici qüvvələrə xidmət göstərməyə cəhd göstərənlərə qarşı görülən tədbirlər Azərbaycanda dövlətçiliyin möhkəmliyini, xalq-hakimiyyət birliyini, o cümlədən dünyəvi inkişaf yolundakı dönməzliyimizi bir daha ortaya qoymuş olur.
Azərbaycan vətəndaşlarına qarşı haqsız iddialar...
İran isə hələ də öz cəhdlərindən geri durmaq istəmir. Məsələn, qondarma “casus” ittihamı ilə həbs etdiyi Azərbaycan vətəndaşlarını təzyiq vasitəsinə çevirmək istəyir. İranda azərbaycanlı tələbə Fərid Səfərlinin casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini açıq nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan vətəndaşı Validə Yusifovanın da casusluq ittihamı ilə həbsdə saxlanılması qondarma xarakter daşıyır. “Güney Azərbaycan” telegram kanalının yaydığı məlumata görə, Validə Yusifova 2 il əvvəl həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülüb. O, təxminən üç ay təkadamlıq kamerada saxlanılıb, dindirildikdən sonra Tehrandakı Evin həbsxanasındakı SEPAH Kəşfiyyat Təcridxanasına köçürülüb. 31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsi tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub. Həmçinin o, ailəsi ilə əlaqə saxlamaq hüququndan da məhrum edilib.
İran “köhnə metod”dan əl çəkmir...
Beləliklə, İranın “köhə metod”la casus axtarışına çıxması və ya başqa ölkələrin vətəndaşlarından “casus yaratmaq” cəhdləri iflasa uğrayır. Hətta iş o yerə gəlib çatıb ki, İran öz sərhədləri daxilində təhsil alan Azərbaycan vətəndaşına qarşı da qondarma ittiham irəli sürür - bu, açıq qorxunun təzahürüdür. Halbuki, İran molla rejimi adi turist ziyarəti, ticarət məqsədi ilə İrana gedən, hətta həkim müayinəsi üçün sərhəddi adlayan Azərbaycan vətəndaşlarından belə “casus yaratmaq” niyyətini gizlətməyib. Bu məqsədlə demək olar ki, hər kəsə, xüsusilə dini məkanları ziyarət edən inanclı insanlara təkliflər, təzyiqlər edilib.
İndiki halda da, İranın “casus oyunu” yalnız bir məqsədə xidmət edir - ölkəmizə qarşı hər hansı bir ciddi irad səsləndirə bilməyən rəsmi Tehran bu kimi qaranlıq və dolanbac yollara baş vurur. Molla rejimi dəqiq bilir ki, Azərbaycan bütün qonşularına münasibətdə açıq və şəffaf, dürüst siyasət yürüdür. Bütün dövlətlərlə milli maraqlar çərçivəsində münasibətlər qurulur, inkişaf etdirilir. İranın məqsədləri isə sağlam deyil - qısqanclığa söykənən və ədavətə çevrilmiş bu kimi münasibət İranın əsl simasını ortaya qoyur. Ölkəmizdə formalaşan siyasi sabitliyin fonunda əldə olunan iqtisadi inkişaf dinamikasının, Vətən müharibəsində qazanılan qələbənin Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməsi, ölkədə dini ayrı-seçkiliyin olmaması, bütün dini konfessiyaların qardaşlıq zəminində yaşaması İrana narahatlıq verir. Molla rejimi bu narahatlığı “casus planları” ilə kompensasiya etmək istəyir. Din faktorundan siyasi rupor kimi istifadə etməyə çalışan İranın bütün addımları isə ifşa edilir və ölkəmizdən qovulurlar...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

