"Geostrategiya" jurnalının yeni nömrəsi çapdan çıxıb
16.08.2011 [01:02]
Azərbaycanda nəşr edilən aylıq ictimai-siyasi, elmi-populyar “Geostrategiya” jurnalının iyul nömrəsi çapdan çıxıb.
AzərTAc xəbər verir ki, təsisçisi “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi olan jurnalın baş redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Nəşrə başladığı qısa müddət ərzində “Geostrategiya” jurnalı geniş populyarlıq qazanıb. Buna səbəb jurnalın Azərbaycanın hazırkı və perspektiv geostrateji mövqeyi, ölkəmizin regional təhlükəsizliyin təminatındakı rolunun elmi tədqiqinə böyük diqqət ayırmasıdır. Nəşrin hər nömrəsində respublikamızın strateji maraqlarının, tarixinin, mədəniyyətinin, incəsənətinin təhlilinə geniş yer ayrılır. Jurnalın yenicə çapdan çıxan nömrəsində də bu məsələlər diqqətdə saxlanıb.
“Geostrategiya”nın yeni nömrəsində tarix elmləri doktoru, professor Əli Həsənovun “Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinə konseptual yanaşma” məqaləsində qlobal, regional və milli təhlükəsizlik məsələləri geniş təhlil edilib. Professor qeyd edir ki, SSRİ-nin süqutundan sonra Azərbaycan ilk növbədə öz milli inkişaf və təhlükəsizlik strategiyasının yaradılmasını qarşısına əsas vəzifə kimi qoyub. Lakin, eyni zamanda, o da bildirilir ki, müstəqilliyin ilk illərində buna nail olmaq üçün dövlətdə və cəmiyyətdə əsaslandırılmış yanaşmalar və təsəvvürlər yox idi. Yalnız 1993-cü ildən başlayaraq ölkənin milli inkişaf və təhlükəsizliyinin nəzəri və praktiki məsələləri geniş ictimai-siyasi və elmi müzakirəyə çıxarıldı, onun konseptual əsasları müəyyən edildi. Professor xüsusi olaraq qeyd edir ki, Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin təminatında vahid milli ideya - azərbaycançılığın formalaşması və dövlət siyasəti səviyyəsinə qaldırılması mühüm rol oynayıb.
Məqalədə, həmçinin qlobal təhlükəsizlik sistemi ilə bağlı hazırkı vəziyyətin təhlilinə də diqqət ayrılır. Ə.Həsənov bildirir ki, müasir beynəlxalq təhlükəsizlik sistemi əvvəlki kimi sosializm və kapitalizm düşərgələrinin ideoloji qarşıdurmasını deyil, milli, regional və qlobal təhlükəsizliyi özündə əks etdirir. Bu baxımdan professor hesab edir ki, Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinin beynəlxalq, regional və milli səviyyələrinin əsas hədəflərini, hər səviyyə üzrə vəzifə və istiqamətlərini müəyyənləşdirmək və tədqiq etmək müasir dövrdə xüsusi önəm daşıyır.
Müəllif bildirir ki, Azərbaycan beynəlxalq nüfuzunu artırmaqla, iqtisadi və siyasi cəhətdən güclənməklə təhlükəsizliyinin təminatında irəliləyişlər əldə edib. Azərbaycan bu irəliləyişə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında qurulan yeni milli təhlükəsizlik konsepsiyası sayəsində nail olub. Hazırda bu konsepsiya müxtəlif inkişaf mərhələlərini keçərək təkmilləşib.
Jurnalda, həmçinin, tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyevin milli ideologiya və azərbaycançılıq məfkurəsinin tədqiqinə, Vüsalə Kərimovanın Dünya azərbaycanlılarının III qurultayının yekunlarına dair, tarix üzrə fəlsəfə doktoru Elman Nəsirovun beynəlxalq terrorizmlə bağlı araşdırmaları yer alıb. Bundan əlavə, oxucular “Geostrategiya”nın yeni nömrəsində Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ilə müsahibə, Azərbaycanın tarixi abidələrindən, turizm imkanlarından bəhs edən maraqlı yazılarla tanış ola bilərlər.
Xəbər lenti
Hamısına baxGündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19

