Yeni Konstitusiya Qazaxıstanın siyasi və sosial-iqtisadi sabitliyinin əsasıdır
27.08.2011 [10:09]
Qeyd edim ki, Qazaxıstanın yeni konstitusiyasının hazırlanması işinə ölkənin bütün elmi potensialı, müxtəlif ictimai təşkilatlar, ekspertlər cəlb olunmuşdu. Qanun layihəsinin hazırlanması məqsədilə, dövlət başçısı Nursultan Nazarbayevin rəhbərlik etdiyi xüsusi ekspert-məsləhət şurası yaradılmışdı. Şura ictimaiyyət nümayəndələri tərəfindən daxil olan bütün təklifləri çox ciddi şəkildə öyrənirdi. Buna paralel olaraq, digər dövlətlərin də konstitusiyalarının öyrənilməsinə başlanılmışdı. Əvvəlcə, qanun layihəsinin müddəalarının ümumxalq müzakirəsinə başlanıldı. Bu proses bir neçə ay davam etdi və ölkə ictimaiyyəti bu işdə yüksək fəallıq nümayiş etdirdi. Təkcə bir faktı söyləmək yetərlidir ki, qanun layihəsi bir ayda 33 min dəfə müxtəlif kollektivlər tərəfindən müzakirə olundu. Və nəhayət, ümumxalq səsverməsi yolu ilə ölkənin yeni Konstitusiyası qəbul edildi. Səsvermə hüququ olan vətəndaşların 90 faizi yeni Konstitusiyanın qəbul olunmasının lehinə səs verdi, bu isə 7 milyondan artıq ölkə vətəndaşı deməkdir. Əsas qanunda insan azadlığı və konstitusiya hüququ çox aydın və dəqiq şəkildə ifadə olunmuşdur. Konstitusiyada, həmçinin, Qazaxıstanın hər bir vətəndaşının hüquq və azadlıqlarının qorunması, insanın dəyəri öz əksini tapmışdır. İndi isə, istərdim ki, bir qədər tarixə ekskursiya edək və müstəqillik əldə etdikdən sonra Sovet tipli siyasi sistemdən demokratik, hüquqi dövlət quruculuğu istiqamətində Qazaxıstanın nümayiş etdirdiyi ardıcıl, məqsədyönlü siyasətə nəzər salaq. Bu dövrdə ölkədə böyük dəyişikliklər baş verdi, demokratik cəmiyyət quruculuğu istiqamətində mühüm tərəqqi əldə olundu. Bununla belə, gənc müstəqil Qazaxıstan dövləti bəzi problemlər və maneələrlə üzləşdi. Müstəqilliyin ilk illərində müəyyən səhvlər, qeyri-dəqiq qərarlara rəğmən, ölkənin siyasi kursu dəyişməz olaraq qaldı.
Etiraf etmək lazımdır ki, siyasi və iqtisadi formasiyanın dəyişməsi ölkə vətəndaşlarının həyat səviyyəsinin kəskin aşağı düşməsi ilə nəticələndi. ölkə sosial-iqtisadi böhranla üzləşdi, nəticədə, sənayedə tənəzzül baş verdi, inflyasiya yüksəldi. Qeyd edim ki, 1993-cü ildən etibarən gənc Qazaxıstan dövləti yeni siyasi sistem modeli axtarışına başladı. Bu vaxtadək isə hakimiyyətin qanunvericilik, icra hakimiyyəti və məhkəmə sistemi kimi qollara bölünməsi reallaşdı, ilk dəfə olaraq, alternativ əsasda parlament seçkiləri keçirildi. Bütün bu dəyişikliklər 1993-cü ilin yanvarında qəbul olunmuş Qazaxıstanın ilk Konstitusiyasında öz əksini tapdı. Lakin zaman keçdikcə, bəlli oldu ki, o dövrdə qurulmuş sistem, qarşıya çıxan problemlərin, əsasən də, iqtisadi problemlərin öhdəsindən gələ bilmir. Bundan əlavə, müstəqilliyin ilk illərində Qazaxıstan Prezidentinin təmsil etdiyi icra hakimiyyəti ilə qanunvericilik sistemini təmsil edən Ali Sovet arasında fikir ayrılıqları yaranmağa başlamışdı. Başqa sözlə desək, ölkədə köhnə Sovet sistemi modelində prezident respublikası mövcud idi ki, bu da qəbul olunmuş qərarların operativ şəkildə icra olunması prosesini ləngidirdi. Bir iqtisadçı kimi deyə bilərəm ki, məhz həmin dövrdə Ali Sovetdəki deputatlar dövlətin və cəmiyyətin modernləşdirmə tempini ləngidirdilər, açıq şəkildə ölkənin inkişafına əngəllər yaradırdılar. Odur ki, belə fəaliyyətlərin qarşısının alınması üçün Qazaxıstanda bütün səviyyələrdəki deputatlar soveti ləğv olundu və onların səlahiyyətləri dövlət başçısına verildi. Başqa sözlə, ölkənin inkişafı üçün bütün məsuliyyəti Nursultan Nazarbayev öz çiyinlərinə götürdü. Amma buna baxmayaraq, 1995-ci ildə ölkənin iqtisadi həyatındakı prosesləri idarə etmək, operativ reaksiya vermək məqsədilə icra hakimiyyətinin daha da gücləndirilməsi zərurəti yarandı. Elə bu səbəbdən də, 30 avqust 1995-ci ildə ölkədə yeni Konstitusiya qəbul edildi. Konstitusiya quruculuğunun bu mərhələsində ölkənin qarşıya qoyduğu məqsədlər çox mürəkkəb və məsuliyyətli idi. Əvvəla, müstəqilliyinə yeni qovuşmuş ölkəni, eləcə də, bütün dövlət idarəçiliyini və sistemini möhkəmlətmək lazım gəlirdi. İkincisi, təxirəsalınmaz, köklü iqtisadi islahatlar aparmalı və ölkə iqtisadiyyatının böhrandan xilas etmək tələb olunurdu. üçüncüsü, xarici siyasət kursunu müəyyənləşdirmək vacib idi. Dördüncüsü, ölkədaxili siyasi stabilliyə nail olmaq lazım idi. Və nəhayət, ölkədə demokratik institutların inkişafını təmin etmək vacib idi. Dövlətin Konstitusiyada təsbit olunmuş sosialyönümlü siyasəti 2008-ci ildə, dünya ölkələri iqtisadi böhranla üz-üzə qaldığı dövrdə özünü aydın şəkildə büruzə verdi. Qəbul olunmuş antiböhran tədbirləri nəticəsində ölkədə, təkcə 2009-cu ildə 400 min yeni iş yerləri açıldı. Bütün ölkə ərazisində yüzlərlə yeni müəssisə, məktəb, universitet, xəstəxana və digər sosial obyektlər istifadəyə verildi. 1996-cı illə müqayisədə, əhalinin gəlirləri 15 dəfə, yeni doğulanların sayı isə 4 dəfə artdı. Yeni Konstitusiya ilə ölkədə münbit investisiya şəraiti yarandı. Bu gün Qazaxıstan ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə, MDB və Şərqi Avropa ölkələri arasında liderdir. Yeri gəlmişkən qeyd edim ki, 1993-2010-cu illərdə ölkə iqtisadiyyatına 120 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiyalar yatırılıb. 2010-cu ildə xalqa müraciətində Prezident Nursultan Nazarbayev ölkənin 2020-ci ilədək olan dövr üçün inkişaf perspektivlərini açıqladı. Həmin müraciətdə ölkənin böhrandan sonrakı dirçəlişi və Qazaxıstan iqtisadiyyatını modernləşdirərək dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına uyğunlaşdırılması öz əksini tapırdı. Bu məqsədlə hökumət tərəfindən Qazaxıstanın sənaye-innovativ inkişafını nəzərdə tutan 5 illik Dövlət Proqramı hazırlandı. Burada ölkənin sənayeləşmə xəritəsinə 237 investisiya layihəsi daxil edildi ki, onların ümümi dəyəri 50 milyard ABŞ dolları təşkil edirdi. 2010-cu ilin yekununa görə, artıq 152 müəssisə istifadəyə verilmiş, 24 min ölkə vətəndaşı daimi iş yerləri ilə təmin olunmuşdur. Nursultan Nazarbayevin 2011-ci ildə “Gələcəyimizi birgə quraq” adlı ənənəvi xalqa müraciətində dövlət başçısı əsas diqqəti sosial modernləşdirməyə yönəltmişdi. Burada dövlət başçısının hökumət əhalinin işlə təmin olunmasının yeni strategiyasının hazırlanması, MKT-lərin modernləşdirilməsi, əhalinin içməli su ilə təminatının tam ödənilməsi kimi, tapşırıqları öz əksini tapırdı. Ekspertlərin proqnozlarına əsasən, Dövlət Proqramının icrası nəticəsində 2014-cü ilədək üDM-in həcmi 2008-ci ildəkindən 50 faiz artıq olacaq, qeyri-xammal məhsulların ölkədən ixracı 40 faiz, innovativ müəssisələrin həcmi isə indikindən 10 faiz artıq olacaq. Eyni zamanda, ölkədə hüquqi sistem də təkmilləşdirilməkdədir. Dövlət başçısının 2010-cu ildə imzaladığı Fərmanda hüquq-mühafizə orqanlarında aparılacaq islahatların əsas istiqamətləri müəyyənləşdirilmişdir. Həmin islahatlarda əsas məqsəd cinayətkarlıq subyektlərinə qarşı humanizm siyasəti yürütməkdir. Belə ki, cari ildə yüngül və orta səviyyəli cinayətlərdə təqsirli bilinən 2 mindən çox məhkumun azadlığa buraxılması gözlənilir. Bundan əlavə, hüquq-mühafizə sistemində struktur dəyişikliklərinin aparılacağı və burada çalışanların sayının 15 faizədək ixtisar ediləcəyi nəzərdə tutulur. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxıstanın Konstitusiyası və qanunlar sadəcə ölkə vətəndaşlarına xidmət etmir, eyni zamanda, onları yaradıcılığa zövq edir, enerji verir, onların sahibkarlıq təşəbbüskarlıqlarını artırır. Məlum olduğu kimi, bu il aprelin 3-də ölkədə növbədənkənar prezident seçkiləri keçirildi. Bunadək isə ölkədə qəribə siyasi vəziyyət yaranmışdı. Konstitusiyanın müddəalarını rəhbər tutaraq, N.Nazarbayev onun prezidentlik səlahiyyətlərinin 2020-ci ilədək artırılmasını nəzərdə tutan referendumun keçirilməsindən imtina etdi. Bunun əvəzində isə, o, ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini seçki, halbuki, onun səlahiyyətləri hələ 2012-ci ildə başa çatacaqdı. N.Nazarbayevin bu mövqeyi dünyada böyük ictimai rezonans doğurdu, həmçinin, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılandı. Beləliklə də, Qazaxıstanın dövlət başçısı demokratik prinsiplərə sadiqliyini bir daha nümayiş etdirdi.
ölkədaxili vəziyyətdən danışarkən, Qazaxıstanda 2600-dən artıq KİV-in fəaliyyət göstərdiyini, 18 mindən artıq QNT-nin dövlət qeydiyyatına alındığını qeyd etmək istərdim. Bu gün Qazaxıstanda 11 dildə qəzet və jurnallar nəşr olunur. Bundan əlavə, ölkənin teatr səhnələrində qazax dili ilə yanaşı, Azərbaycan, rus, ingilis, alman, tatar, özbək, uyğur, Ukrayna, Koreya və dunqan dillərində tamaşalar oynanılır. Onlar bütünlüklə dövlət tərəfindən maliyyələşdirilir. Əminliklə deyə bilərəm ki, belə bir təcrübə dünyanın heç bir ölkəsində yoxdur. Bu,140 etnos və 46 dini icmanın yaşadığı Qazaxıstan dövlətinin çoxmillətli xalqına, onların dilinə, dininə və mədəniyyətinə olan xoşməramlı qayğısıdır. Bundan əlavə, daha bir konstitosion qurum- Qazaxıstan Xalq Assambleyasını qeyd etmək lazım gəlir ki, onlar ölkə parlamentində 9 deputatla təmsil olunurlar. Assambleyanın millətlərarası birliyin, möhkəmliyin bərqərar olması sahəsindəki uğuru və təcrübəsi, bu, 200-dən artıq etnik məktəb, 195 bazar günü mərkəzləri deməkdir, - hazırda dünya ölkələri tərəfindən öyrənilməkdədir.
Əsas Qanun, həmçinin, dövlətin xarici siyasətini müəyyənləşdirdi- bu, balanslaşdırılmış, ölçülmüş və çoxşaxəli siyasətdir. Qazaxıstan, dünyada ilk və yeganə ölkədir ki, atom silahlarından imtina etdi, Semipalatinsk nüvə poliqonunu bağladı və nüvə danışıqlarında aktiv iştirakçı oldu. Bu gün Qazaxıstan BMT-yə “Nüvəsiz dünya haqqında” bəyannamənin qəbul olunmasını təklif edir. Məlumdur ki, N.Nazarbayevin təşəbbüsü və BMT-nin qərarı ilə 29 avqust tarixli ümumdünya nüvə silahlarının sınağına qarşı mübarizə günü kimi olunur. Bundan əlavə, Qazaxıstanın təşəbbüsü ilə yaradılan Asiyada Etibarlılıq və Qarşılıqlı Əməkdaşlığaa dair Şura nüfuzlu beynəlxalq təsisata çevrilməkdədir.
ötən il ATƏT-ə sədrlik edən Qazaxıstan, Avrasiya təhlükəsizlik platformasının yaradılması ideyasını təklif etdi. 1-2 dekabr 2010-cu il tarixində Astanada keçirilən ATƏT-ə üzv ölkələrin dövlət başçılarının sammiti, 11 illik fasilədən sonra, əslində tarixi bir hadisə idi. Dövlət başçılarının sammitin keçirilməsinə dair verdikləri bu qərar həm də onunla əlamətdardır ki, Qazaxıstan dünyada sülh və tolerantlığın, sülhpərvər ideyaların təşəbbüskarıdır. Buna misal kimi, N.Nazarbayevin təşəbbüsü ilə dünyanın bütün din və konfessiyalarının rəhbərlərinin iştirakı ilə üç ildən bir keçirilən forumu göstərmək olar.
2011-ci ilin iyulundan Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatına sədrlik edir. Təşkilata üzv ölkələrinin XİN başçılarının Astanada keçirilən görüşündə, Qazaxıstanın təklifi ilə, qurumun adının dəyişdirilib İslam Əməkdaşlıq Təşkilatı adlandırılması təklif olundu.
Bu yazımı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin yeni Konstitusiyanın qəbul olunmasının 15 illik münasibəti ilə etdiyi çıxışı ilə bitirmək istəyirəm: “..Qazaxıstan Konstitusiyası- bu, hərflərə hopmuş ümumxalq ideyasıdır. O, müasir hüquqi dillə, bizim ulu babalarımızın azadlıq, öz müqəddəratını həll etmək, dövlətçilik, hakimiyyətin xalqın iradəsini əks etdirməsi, dövlət müstəqilliyi kimi arzularını özündə əks etdirir...”.
Bayramın mübarək, mənim çiçəklənən Qazaxıstanım!
Serik Primbetov,
Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri, iqtisad elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

