“Quran”a uzanan xain əllər...
04.07.2023 [10:51]
İran niyə susdu?
Şimali Atlantika Alyansına (NATO) üzvlük yolunda Türkiyənin “yaşıl işıq” yandırmasını gözləyən İsveç növbəti qalmaqallı hadisə ilə gündəmə gəlib. Söhbət iyunun 28-də bu ölkənin paytaxtı Stokholmda “Quran”nın yandırılmasından gedir. Hadisə İraqdan olan 37 yaşlı mühacir Salvan Momika tərəfindən törədilib. Salvan Momika “Quran”ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra İslam dünyasının müqəddəs kitabını yandırıb. Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib.
İsveçin pis ənənəsi
Müqəddəs Qurban bayramı ərəfəsində Stokholmda “Quran”ın yandırılması bütün İslam dünyasına qarşı hörmətsizlik, dini və irqi dözümsüzlük anlamına gəlir. Bütün dünyada ciddi müzakirələrə yol açan və qınaq obyektinə çevrilən “Quran”ın yandırılması İsveçdə baş verən yeganə belə hadisə deyil. Bu ölkədə müsəlmanların müqəddəs kitabına münasibətlə bağlı pis bir ənənə formalaşıb. Xatırladaq ki, 2023-cü il yanvar ayının 21-də sağçı ekstremist “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında “Quran”ı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb olmuşdu. Aradan cəmi bir neçə ay ötəndən sonra Stokholmda növbəti oxşar hadisə təkrarlanıb.
Çox doğru olaraq o qənaət hasil olur ki, İsveçdə “Quran”ın oxşar ssenarilərlə təhqir edilərək yandırılması təsadüfi sayıla bilməz. Baş verənlər bütövlükdə ksenofobiyanın, dini dözümsüzlüyün güclənməsinin təzahürüdür. Məsələ burasındadır ki, qalmaqallı hadisənin baş verdiyi aksiyanın keçirilməsinə icazə İsveç polisi tərəfindən verilib. O cümlədən gücləndirilmiş Stokholm polisi aksiya zamanı müqəddəs kitabın yandırılmasının qarşısını almayıb, ikrah doğuran bu hadisəyə seyirçi qalıb. Bir qədər bundan əvvəl isə ölkənin İnzibati Məhkəməsi “İsveç polisinin “Quran”ın yandırılmasına icazə verməkdən imtina etməsinin heç bir hüquqi əsası olmadığı” barədə müəmmalı qərar qəbul edib. Belə görünür ki, Avropanın ayrı-ayrı ölkələrində multikulturalizm dəyərləri məqsədli şəkildə arxa plana atılır, millətçilik və irqçilik ön plana çəkilərək təşviq edilir. İsveç də bu sırada yer alır.
Dünyadan gələn sərt ittihamlar
Stokholmda müqəddəs kitaba münasibətdə yol verilən hörmətsizlik və təhqir dünyada birmənalı qarşılanmayıb. Əksər müsəlman ölkələrində Stokholmda “Quran”ın yandırılması sərt şəkildə qınanılıb və İsveç hökumətinin ünvanına kəskin iradlar ifadə olunub. O cümlədən, Roma Papası Fransisk Stokholmda “Quran”ın yandırılmasından hiddətləndiyini bildirib. Papa bu barədə “Əl İttihad” qəzetinə müsahibəsində danışıb. Fransisk “Quran”ın yandırılmasını hədsiz bir hərəkət hesab etdiyini vurğulayıb. Papa bildirib ki, insanlar üçün müqəddəs olan istənilən kitaba lazımi hörmətlə yanaşmaq lazımdır. “Mən qəzəblənirəm, belə hərəkətlərdən iyrənirəm. Xalqın müqəddəs saydığı hər hansı kitaba, möminlərə hörmətlə yanaşılmalıdır. Söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir”, - deyə pontifik bildirib.
Rusiya prezidenti Vladimir Putin də Stokholumda baş verən qalmaqallı hadisəyə özünəməxsus şəkildə münasibət bildirərək “Quran”ın yandırılmasını qınayıb. Qonşu ölkənin dövlət başçısı Dərbənddəki məscidə səfəri zamanı vurğulayıb ki, bəzi ölkələrdə dindarların hisslərinə hörmət edilmir və müqəddəs kitabların yandırılması cinayət sayılmır. V.Putin vurğulayıb: “İsveçdə “Quran” yenidən yandırılıb. Böyük Pyotr onlar üçün kifayət deyil”. V.Putin xatırladıb ki, Rusiyada konfessiyalararası nifrətin qızışdırılması qanunla cinayət sayılır. Onun sözlərinə görə, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və qardaşlıq münasibətləri Rusiya xalqının birliyini möhkəmləndirir.
Avropa İttifaqı (Aİ) da İsveçdə “Quran”ın yandırılmasını pisləyib. Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətininin yaydığı bəyanatda qeyd olunub. Sənəddə bildirilir ki, bu akt heç bir halda Avropa İttifaqının fikirlərini əks etdirmir. “Quran” və ya hər hansı digər müqəddəs kitabı yandırmaq təhqiramiz hərəkətdir, hörmətsizlikdir və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və dözümsüzlüyün təzahürlərinə Avropada yer yoxdur. “Müsəlmanların önəmli bayramı olan Qurban bayramında belə bir hərəkətin həyata keçirilməsi daha acınacaqlıdır. Aİ xaricdə və daxildə din və ya inanc azadlığı və ifadə azadlığını müdafiə etməyə davam edir. Qarşılıqlı anlaşma və hörmət üçün birlikdə dayanmağın və gərginliyin qarşısını almağın vaxtıdır”, - deyə bəyanatda vurğulanıb.
İranın müəmmalı davranışları
Stokholmda baş verən məlum olaya ən kəskin reaksiya İran İslam Respublikasından gözlənilirdi. Bu da onunla bağlıdır ki, bu ölkəni siyasi hakimiyyəti yeri gəldi-gəlmədi İslamın müdafiəsi ilə bağlı iddialar sərgiləyir. Mollakratiya dəfələrlə bəyan edib ki, İslam dəyərləri rejim üçün “qırmızı xətt”dir. Bununla belə, İran hakimiyyətinin İsveçdə baş verənlərə münasibətdə davranışları “qırmızı xətt” anlayışı ilə əsla adekvatlıq təşkil etmir. Düzdür, bu ölkədən də Stokholmda baş verənlərə etirazlar səsləndirildi, İsveçə səfirin göndərilməsi qeyr?-müəyyən müddətədək təxirə salındı. Ancaq ekspertlərin qənaətinə görə İran hakimiyyəti bunu, necə deyərlər, gözdən pərdə asmaq, İslam dünyasının qınaqlarından yayınmaq üçün edir. İyunun 28-də İsveçdə “Quran”ı yandıran İraq əsilli Salvan Momikanın “Haşdi-Şabi” terror qruplaşmasının üzvü olduğu üzə çıxıb. İzlər İrana aparır. Bu qruplaşma İran tərəfindən dəstəklənir. Hadisələri araşdıran analitiklər diqqəti olayın pərdəarxası məqamlarına çəkirlər. Bildirilir ki, mollakratiya dəstəklədiyi terror təşkilatının təmsilçisi vasitəsilə “Quran”ın yandırılmasına gizli şəkildə rəvac verməklə yanan odun üzərinə yağ tökmək - Türkiyə-İsveç münasibətlərini daha da gərginləşdirmək məqsədi güdüb.
İsveç NATO-ya üzv olacaqmı?
İsveçin NATO-ya üzvlüyü xeyli müddət bundan öncə gündəmə gəlsə də, bu məsələ Türkiyənin razılıq verməməsi səbəbindən ertələnir. Türkiyə İsveçin Şimali Atlantika Alayansına üzv qəbul edilməsinə razılıq vermək üçün bir sıra şərtlər irəli sürür. O cümlədən Ankara Stokholmdan antiterror qanunvericiliyinin sərtləşdirilməsini və terrorçu kimi tanınan bəzi şəxslərin ekstradisiyasını tələb edir. İslam dəyərlərinə hörmətsiz münasibət də Türkiyəni İsveçdən narazı salan əsas məqamlardan biridir. Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə “Quran”ın yandırılmasına sərt reaksiya verib. “Mən bu alçaq hərəkəti qınayıram. İfadə azadlığı bəhanəsi ilə İslama zidd bu hərəkətlərə icazə verilməsi qəbuledilməzdir”, - deyə Türkiyə XİN-in rəhbəri vurğulayıb.
Stokholmda “Quran”ım yandırılmasınıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da pisləyib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edən Ərdoğan deyib ki, Ankaranın Stokholmda baş verənlərə reaksiyası son dərəcə sərt olacaq və bu yanaşma Qərbin islamofobiyanın və terrorizmin təzahürləri ilə mübarizədə qətiyyət ortaya qoymağa başlayana qədər davam edəcək.
Türkiyə lideri vurğulayıb ki, ifadə azadlığı adı altında anti-İslam aksiyalarına icazə verən və ya islamafobiya təzahürlərinə məhəl qoymayan strukturlar öz məqsədlərinə çatmayacaq: “Müsəlmanların inanclarını təhqir etməyin ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur. Gec, ya tez Qərbin müəyyən dairələrini bu faktı qəbul etməyə məcbur edəcəyik!”, - R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə baş tutacaq NATO sammitində İsveçin quruma üzvlüyü məsələsinin yenidən müzakirəyə çıxardılacağı gözlənilir. İsveçin Şimali Atlantika Alyansına yolu Türkiyənin razılığından keçir. Bunu NATO-nun prosedur qaydaları tələb edir. Prezident Rəcəb Tayyib Ərdoğanın və digər yüksəksəviyyəli rəsmilərin sərt bəyanatlarından o qənaət hasil olur ki, qardaş ölkə İsveçin NATO üvlüyünə qəbul olunmasına razılıq verməyə bu dəfə də tələsməyəcək. Türkiyə dövləti və cəmiyyəti İslam dəyərlərini uca tutur. İsveç arzusuna çatmaq - NATO üzvü olmaq istəyirsə, ilk növbədə Türkiyənin şərtlərini qəbul etməli və müqəddəs İslam dəyərlərinə hörmətsiz münasibətə son qoymalıdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

