YAP Mərkəzi Aparatının rəhbəri Kamboca Krallığında parlament seçkilərini müşahidə edib
24.07.2023 [16:03]
Xəbər verildiyi kimi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndə heyətinin üzvləri - Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov və YAP üzvü, “Millennium Tourism & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru, ICAPP Biznes Şurasının üzvü Ruslan Quliyev parlament seçkilərini müşahidə etmək məqsədilə Kamboca Krallığına səfər ediblər.
Səfər çərçivəsində Yeni Azərbaycan Partiyasının nümayəndələri bir sıra görüşlərdə və seçki prosesinin müşahidəsində iştirak ediblər.
İyulun 22-də Kamboca Krallığının Baş naziri, Kamboca Xalq Partiyasının prezidenti Hun Sen ICAPP missiyasının üzvlərini Sülh Sarayında qəbul edib. Görüş zamanı Baş nazir Hun Sen qonaqlara Kambocanın demokratik inkişaf yolundan bəhs edib, müşahidə missiyasına fəaliyyətində uğurlar arzulayıb.
Həmin gün ICAPP missiyasının üzvləri ilə FUNCİNPEC Partiyasının prezidenti, kral ailəsinin üzvü Norodom Çakravut və “Grassroots” Demokratik Partiyasının prezidenti Yeng Virak arasında da görüşlər keçirilib. Görüşlərdə hər iki partiyanın seçki platforması haqqında ətraflı məlumat verilib, müşahidəçilərin sualları cavablandırılıb.
Günün sonunda nümayəndələr Baş nazirin müavini, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Prak Sokhonnun adından verilən şam yeməyinə qatılıblar.
İyulun 23-də ICAPP missiyasının üzvləri paytaxt Pnompendəki bir sıra seçki məntəqələrində səsvermənin gedişatını və səslərin sayılmasını müşahidə ediblər. Prosesin başa çatmasından sonra ICAPP missiyasının müşahidələrin nəticələrini əks etdirən bəyanatı hazırlanıb.
İyulun 24-də keçirilmiş mətbuat konfransında ICAPP-ın baş katibi Ahn Myung-soo müşahidənin nəticələri barədə ətraflı məlumat verib, ICAPP-ın yekun bəyanatı səsləndirilib. Qeyd olunub ki, aparılan müşahidələr parlament seçkilərinin şəffaf, ədalətli və rəqabətli qaydada, demokratiya prinsipləri əsasında keçirildiyini təsdiq edir. Sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
ICAPP nümayəndə heyətinin Kambocaya səfəri iyulun 24-də başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

