/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş bir neçə təhsil müəssisəsinin yeni binalarının açılışlarında iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda inşa olunmuş bir neçə təhsil müəssisəsinin yeni binalarının açılışlarında iştirak edib
20.10.2011 [16:22]
Əvvəlcə Binə qəsəbəsindəki S.Abbasov adına 117 saylı tam orta məktəbin açılışına gələn Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub. Sonra açılışı bildirən rəmzi lent kəsilib.
Məktəblə tanış olan Azərbaycanın birinci xanımına məlumat verilib ki, yararsız vəziyyətdə olan məktəb binası 2010-cu ilin dekabrında sökülərək Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən tikilib. 3 hektar ərazini əhatə edən məktəb 2040 şagird, 81 sinif, 4 kompyuter otağı, akt və idman zalları, laboratoriyalar, kitabxana, həkim kabineti, əmək emalatxanalarından ibarətdir. Binanın foyesində Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilə qayğısını əks etdirən fotostend qurulub. Məktəbin həyətində süni örtüklü yeni idman meydançası var. Təhsil müəssisəsində 140 müəllim çalışır. Kompyuter otaqlarının avadanlığı məktəbə Fond tərəfindən hədiyyə edilib.
Mehriban xanım Əliyeva məktəbin sinif və kompyuter otaqları, yeməkxanası, laboratoriyasına baxıb, binanın istilik təchizatı ilə maraqlanıb. Bildirilib ki, bütün otaqlarda ən müasir istilik sistemi quraşdırılıb.
Həmin gün Mehriban xanım Əliyeva Xəzər rayonunun Türkan qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş D.Cəbrayılov adına 119 saylı məktəbə gəlib. Rəmzi açılış lentini kəsən Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilmiş məktəb binası və ibtidai siniflər üçün inşa olunmuş yeni korpusla tanış olan Azərbaycanın birinci xanımı musiqi kabineti, siniflər, yeməkxana, akt və idman zallarına baxıb.
Məlumat verilib ki, 550 yerlik məktəb binası 1966-cı ildə tikilib. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində əsaslı təmir olunan məktəb yüksək keyfiyyətli avadanlıqla təchiz edilib. Əlavə olaraq ibtidai sinif şagirdləri üçün tikilmiş 300 yerlik yeni korpusda isə 238 uşaq təhsil alır. Məktəbə Fond tərəfindən 40 kompyuter hədiyyə edilib. Binada Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin, Mehriban xanım Əliyevanın təhsilə qayğısını əks etdirən fotoguşə, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 120 nəfərlik akt zalı, 18 min kitabın saxlanıldığı kitabxana, bufet var. Məktəb binası mərkəzləşdirilmiş kamera-nəzarət sistemi ilə təchiz olunub.
Azərbaycanın birinci xanımı dünən Zirə qəsəbəsində Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində yeni istifadəyə verilmiş uşaq bağçasının açılışında da iştirak edib.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildikdən sonra rəmzi açılışı bildirən lent kəsilib.
Bağçada yaradılmış şəraitlə tanış olan Mehriban xanım Əliyeva daha sonra yeməkxana, oyun və idman zalı, musiqi otağı ilə tanış olub. Azərbaycanın birinci xanımına məlumat verilib ki, 120 yerlik uşaq bağçasında 3-6 yaş arası uşaqlardan ibarət 4 qrup fəaliyyət göstərəcək. 1655 kvadratmetr ərazini əhatə edən uşaq müəssisəsində müasir tələblərə cavab verən bütün şərait yaradılıb.
Yeni mətbəx və yemək ləvazimatları ilə təchiz olunmuş yeməkxanada uşaqların sağlam və düzgün qidalanması təmin olunacaq. Müxtəlif musiqi alətləri ilə təchiz edilmiş otaqda isə balacaların musiqi istedadını kəşf və inkişaf etdirmək üçün əsl imkan var.
Həyətdə qurulmuş uşaq meydançası, gözoxşayan köşklər balacaların maraqlı və şən vaxt keçirmələrinin təminatçısı olacaq. Uşaqların təhlükəsizliyinə nəzarət mərkəzləşdirilmiş kamera sistemi ilə aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

