Həştərxanda əsaslı təmirdən sonra Heydər Əliyev adına məktəbin açılışı olub
25.10.2011 [13:51]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Həştərxanda Ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin təntənəli açılış mərasimi olub. Bakı küçəsində yerləşən təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yenidən qurulub.
Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin büstü, ümummilli liderin həyat və fəaliyyətini əks edən fotostendlər qoyulub.
Mərasimdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan nümayəndə heyəti və Həştərxan vilayəti administrasiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına çiçəklər qoyublar. Mərasimi açan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jılkin deyib: “Tamamilə yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuş bu təhsil müəssisəsi Rusiya və Azərbaycan arasında əsil dostluğun rəmzidir. Bu məktəb dövlətlərimizin liderləri Dmitri Medvedev ilə İlham Əliyevin səmimi münasibətlərinin təcəssümüdür”.
Qubernator qeyd edib ki, sovet dövründə təkcə Azərbaycanın deyil, həm də Rusiyanın inkişafında müstəsna rol oynamış böyük dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəbin açılması çox əlamətdar hadisədir. ümummilli liderin xidmətlərindən danışan qubernator vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərinə həmişə böyük önəm verib. O, deyib: “Həştərxan çoxlu etnosun, xalqın yaşadığı məkanın bir hissəsidir. Həştərxan lap qədimlərdən burada yaşayan azərbaycanlılar üçün xüsusi ərazidir”.
Məktəb binasının Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yenidən qurulduğunu vurğulayan A.Jılkin deyib: “Biz həştərxanlıların Azərbaycan dövlətinə hörmətinin əlaməti olaraq, habelə ölkələrimiz arasındakı münasibətlərin dəstəklənməsi üçün məktəbə Heydər Əliyevin adının verilməsini təklif etdik”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu məktəbin açılması Azərbaycan-Rusiya humanitar əlaqələrini möhkəmləndirən mühüm hadisədir. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə tamamilə yenidən qurulmuş təhsil müəssisəsinin açılması münasibətilə müəllim və şagirdləri təbrik edib.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan Əli Həsənov bildirib ki, O, dünya miqyaslı dövlət xadimi olub. O, ümummilli liderin təhsilin inkişafına həmişə böyük əhəmiyyət verdiyini vurğulayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə dostluq münasibətlərinin qurulmasında məhz Heydər Əliyev mühüm rol oynayıb, ölkələrimiz arasında strateji tərəfdaşlığın əsasını qoyub. Heydər Əliyevin xatirəsinin Rusiyanın bir çox şəhərlərində əbədiləşdirildiyini diqqətə çatdıran Ə.Həsənov deyib: “Onun səyləri ilə Azərbaycan-Rusiya münasibətlərini əsaslı surətdə yaxşılaşdırmaq və fəallaşdırmaq, ona yeni təkan vermək mümkün olub”.
Ə.Həsənov xüsusi vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri ölkələrimizin prezidentləri - İlham Əliyevin və Dmitri Medvedevin sayəsində son vaxtlar daha yüksək səviyyəyə çatıb. O deyib: “Bu gün əlaqələrimiz çoxşaxəlidir və həyatın bütün sahələrini əhatə edir”.
Ə.Həsənov Azərbaycan diasporunun Həştərxan vilayətinin sosial-iqtisadi, mədəni həyatında fəal iştirak etməsini, xalqlarımız arasında dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinə töhfəsini diqqətəlayiq hal adlandırıb.
Tədbir iştirakçılarına müraciət edən Ə.Həsənov vurğulayıb ki, məktəbə Heydər Əliyevin adının verilməsi onların üzərinə həmişə və hər yerdə birinci olmaq, Vətəni Heydər Əliyev kimi sevmək kimi böyük məsuliyyət qoyur.
Həştərxan vilayət Dumasının sədri Aleksandr Klıkanov deyib ki, Həştərxan şəhər Duması Azərbaycan Prezidenti İlham Əliyevi “Həştərxan şəhərinin fəxri vətəndaşı” yüksək adına layiq görüb.
Tədbirdə Həştərxan vilayəti qubernatorunun qərarı ilə ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfəsinə görə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib. Həmçinin, Bakının Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanın sosial-iqtisadi inkişafına sanballı töhfəsinə görə “Vətəndaşlıq xidmətlərinə görə” fəxri nişanına layiq görülüb. Nərimanov rayon İcra Hakimiyyətinin əməkdaşları Rəşid Ağayev və Elmar Əlizadəyə, Həştərxandakı Azərbaycan diasporunun təmsilçisi İrahid Mirişova fəxri fərmanlar təqdim olunub.
Ə.Həsənov rəmzi açarı məktəbin direktoru Tatyana Tixomirovaya təqdim etdikdən sonra məktəbin rəsmi açılış mərasimi olub. Qonaqlar bina, o cümlədən sinif otaqları və idman zalı ilə tanış olublar.
Qeyd edək ki, əsaslı təmirdən sonra məktəbin siması büsbütün dəyişib. 1937-ci ildə inşa edilmiş binanın özülü möhkəmləndirilib, iki yeni korpus tikilib. Korpuslarda müasir idman kompleksi, iclas salonu və yeməkxana yerləşib. İstilik sistemi və elektrik xətləri təzələnib. Elektrik təchizatını daha etibarlı etmək üçün dörd transformator qoyulub. Məktəbdə dərnək fəaliyyəti üçün kabinet də açılıb. Pilləkənlər mərmərlə bəzədilib, duş kabinələri qurulub, ərazi yenidən hasarlanıb, ağaclar əkilib. Təhsil müəssisəsi yeni kompyuterlər, mebel, yeməkxana avadanlığı ilə təchiz edilib. Məktəbin həyətində xüsusi örtüklü idman meydançası inşa edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

