Xankəndi “çalxalanır”...
30.08.2023 [11:09]
Qondarma rejim dalana dirəndiyini etiraf etdi
Arutyunyan Qarabağ ermənilərinin suallarına cavab verə bilmir
Qeyri-adekvat davranışlar nümayiş etdirən, terrorçu mahiyyətə və zehniyyətə malik Qarabağdakı qondarma rejim dalana dirənib. Azərbaycanın beynəlxalq hüquq müstəvisində apardığı fəaliyyət, gördüyü tədbirlər separatçıları əməlli-başlı çətinə salıb. İndiyə qədər “arxalandıqları” Fransa və ya digər havadarlarının “çabalarının” da effektsiz olduğunu görən qondarma rejim reallıqları qəbul etmək məcburiyyətində qalır. Məsələn, Laçın dövlət sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağını təhqir edən üç gəncin saxlanılması növbəti dəfə həqiqətin üzərinə işıq salmış oldu - rəsmi Bakı bütün addımlarında hüquq kodeksindən kənara çıxmır və bütün fəaliyyətini bu müstəvidə qurur. Nəticə isə göz qabağındadır - Azərbaycan tərəfi kimliyindən asılı olmayaraq qanunu pozanları hüquqi müstəvidə ədalət mühakiməsinə çıxarır.
Bütün bu baş verənlər isə Qarabağdakı erməni vətəndaşlarımızı girov saxlayan qondarma rejim üçün əməlli-başlı SOS siqnalına çevrilib. Artıq Xankəndidə həyəcanlı anlar intensivləşib - sadə ermənilər nə edəcəklərini və sabahlarının necə olacağı ilə bağlı qondarma rejimdən izahat tələb edirlər.
Xankəndidə nə baş verir?
İki gün öncə baş verənlər buna bariz nümunədir. Qarabağdakı ermənilər Xankəndidəki cinayətkar hərbi xunta rejiminin binası qarşısına toplaşaraq, separatçı rejimin başçısı Araik Arutyunyanla görüş tələb ediblər. Meydana toplaşan kütlənin hesabat və görüş tələbinə heç kim cavab verməyib, onların qarşısına kimsə çıxmayıb. Yalnız Tiqran Petrosyan etirazçıların qarşısına çıxaraq deyib ki, qızğın müzakirələr gedir və bu müzakirələr sona yaxınlaşmır.
Etirazçıların qarşısına çıxan olmadığından zaman-zaman qondarma rejimin qondarma “polisi” ilə aksiya iştirakçıları arasında mübahisə və toqquşma da yaranıb. Gecə saatlarında xunta rejimi təcili topalanaraq yaranmış durumu və çıxış yollarını müzakirə ediblər. Müzakirələr 4 saatdan artıq çəkib və toplantıda Arkadi Qukasyan, Bako Saakyan və Samvel Babayan da iştirak edib. Səhərə yaxın bitən müzakirələrdən sonra xunta rejiminin başçısı Araik Arutyunyan ora toplaşan insanların qarşısına çıxaraq onların suallarını cavablandırıb. Arutyunyan ilk növbədə toplaşanların diqqətinə bir neçə gündən sonra onları ciddi çörək çatışmazlığı problemi gözlədiyini və yolun açılması üçün hər şeyi edəcəklərini bildirib. O, eyni zamanda Ağdam-Xankəndi yolunun açılmasını deyil, Laçın yolunun açılmasını məqbul hesab etdiklərini qeyd edib. KİV-də yayılan məlumatlarda bildirilir ki, insanların çoxu həyəcanlı olub və tez-tez Araik Arutyunyanın sözünü kəsiblər. Son vaxtlara qədər güclü müxalifətçi kimi çıxış edən və Araik Arutyunyanı satqın adlandıran Tiqran Petrosyan mikrofonu götürərək danışmaq istəsə də, insanlar onu fitə basaraq danışmağa imkan verməyiblər. Etirazçı kütlə Araik Arutyunyanla sual-cavabdan sonra kor-peşman evlərinə dönüblər.
“Humanitar” kod adlı siyasi oyun...
Baş verənlər isə artıq separatçı rejim üçün ciddi bir “zəlzələdir”. Qarabağdakı yerli erməni əhalisi qondarma rejimin oynamağa çalışdığı oyunları görür və dəyərləndirir. “Humanitar” adı altında Azərbaycana qarşı siyasi oyunlar oynamağa çalışanlar məğlubiyyətə uğradılar - “yüklərin” Qarabağa Ağdam-Xankəndi yolu ilə daşınması məsələsi alternativ yol kimi beynəlxalq dəstək qazandı. Belə olan halda, Araik Arutyunyanın yenidən “Laçın yolunun açılmasını məqbul hesab etməsi” onların qeyri-səmimiliyindən xəbər verir, Azərbaycanın nümayiş etdirdiyi humanizmi anlamadığını ortaya qoyur. Onların məqsədi bəllidir - Fransa və digər havadarların köməyi ilə “beynəlxalq format” mənzərəsi formalaşdıraraq bundan sonrakı mərhələdə istifadə etməyə çalışırlar. Azərbaycan isə sadəcə beynəlxalq qanunlar və hüquq çərçivəsində davranışlar ortaya qoyur - istər Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti, istərsə də Ağdam-Xankəndi yolundan alternativ yol kimi istifadə təklifi beynəlxalq konvensiyalara söykənir, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq sənədlərlə tanınması prinsipinə əsaslanır. Beləliklə, Qarabağ separatçılarının nə qədər və nə vaxta qədər “müzakirə” aparmasından asılı olmayaraq Azərbaycan mövqeyində qətidir.
Babayanın “çıxıb getmək” təklifi...
Yeri gəlmişkən, separatçıların nümayəndəsi David Babayan öz açıqlamasında qondarma rejimin “gizli arzularını” ifşa edib. O bildirib ki, rejim heç vaxt Azərbaycanla danışıqların əleyhinə olmayıb - yeganə problem onun format və predmeti ilə bağlıdır. Babayan əlavə edib ki, danışıqlar Azərbaycandaxili dialoq kimi görünməməsi üçün yalnız vasitəçilərin iştirakı ilə aparılmalıdır. “Azərbaycanın bir hissəsi olmaq bizim üçün qəbuledilməzdir. Buna görə də, iki ssenari qalır - necə bitəcəyi bilinməyən bir mübarizə və ya alçaldıcı şərtləri qəbul etmədən çıxıb getmək”, - deyə, o vurğulayıb.
Göründüyü kimi, qondarma rejimin bütün cəhdləri özlərini “tərəf” kimi qələmə verməyə hədəflənib. Bu isə beynəlxalq qanunvericiliyə, konvensiyalara və hüquqa ziddir-Qarabağ Azərbaycanın ayrılmaz hissəidir.
Babayanın “necə bitəcəyi bilinməyən mübarizə” fikri isə özünətəsəllidən başqa bir şey deyil - istər qondarma rejim, istərsə də Ermənistan hakimiyyəti Azərbaycan Ordusunun və Azərbaycan dövlətinin gücünü yaddan çıxarmamalıdır. İndiyədək Azərbaycan Ordusu öz gücünü bir neçə dəfə düşmənə göstərib. Aprel döyüşləri, Çünnüt və Tovuz əməliyyatları buna misaldır. Silahlı Qüvvələrimiz düşmənə ən böyük dərsi Vətən müharibəsində verdi. Ordumuz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Postmüharibə dövründə də Azərbaycana qarşı törədilən silahlı təxribatlara cavabımız kifayət qədər sərt olub - Azərbaycanın gücünü və həmrəyliyini təcəssüm etdirən “Dəmir yumruq” hər zaman öz yerindədir və düşmənin başını əzməyə hazırdır. Bu mənada, Babayanın fikrinin ikinci hissəsinə - üzüsulu ikən “çıxıb getmək” riayət etməsi daha doğru olardı. Azərbaycan bütün hallarda cinayətkarları ədalət mühakiməsinə təqdim edir - Vaqif Xaçaturyanın timsalında da bu faktın əyani sübutu ortaya qoyuldu. Bu mənada, Babayan kimiləri apardıqları cinayətkar fəaliyyəti davam etdirməkdənsə, birdəfəlik çıxıb getsələr, daha “ağıllı iş” görmüş olarlar...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

