4-cü rədd...
31.08.2023 [10:45]
Ermənistanın cəhdi bu dəfə də alınmadı
Onilliklər boyunca işğalçılıq siyasəti aparan, regionu təhlükə və risklər altında saxlayan, sonda isə, necə deyərlər, qazdığı quyuya özü düşən - 44 günlük müharibədə ağır məğlubiyyətə düçar olmaqla mənfur siyasətinin acı meyvələrini dadan Ermənistan bəd niyyətlərindən və çirkin əməllərindən əl çəkmir. Bu ölkənin dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri vaxtaşırı beynəlxalq hüququ manipulyasiya predmetinə çevirir, BMT və digər nüfuzlu təşkilatları öz ambisiyalarına qoşmağa səy göstərirlər. Son vaxtlarda Ermənistanın müvafiq qurumlarının bir növ su yoluna döndərdikləri beynəlxalq qurumlardan biri də İnsan Hüquqları üzrə Avropa Məhkəməsidir (İHAM). Ermənistan özünü cığal uşaq kimi apararaq qaydasız oyun oynamaq istəyir. Bu ölkə postmüharibə mərhələsində də Azərbaycana, sülhyaratma prosesinə münasibətdə məsuliyyətsiz, beynəlxalq hüquq normalarından kənara çıxan yanaşma ortaya qoyur. Qarşısında Azərbaycanın qətiyyətli mövqeyini, adekvat cavab tədbirlərini gördükdə isə vay-şivən qoparır və beynəlxalq təşkilatlardan imdad diləyir.
Avropa Məhkəməsindən Ermənistana növbəti məyusedici cavab
Destruktiv yanaşmaları ilə sülhyaratma prosesini əngəlləyən Ermənistan Meşəlidə dinc insanlara qarşı törədilən hərbi cinayətlərin fəal iştirakçılarından olan və buna görə də hələ xeyli müddət bundan əvvəl beynəlxalq axtarışa verilən Vaqif Xaçaturyanın həbsi ətrafında da manipulyasiyalar edir. Xəbər verildiyi kimi, Ermənistan Vaqif Xaçaturyan barəsində istintaq araşdırmalarının nəticələrini gözləmədən onun həbsindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ünvanlamışdı.
Bu günlərdə Avropa Məhkəməsindən Ermənistana növbəti dəfə məyusedici cavab gəlib. Belə ki, qurum zamanında insanlıq əleyhinə bir sıra ağır cinayətləri törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanla bağlı Ermənistanın müraciətini də rədd edib. Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.
Ç.Əsgərov qeyd edib ki, bu, bir ayda Ermənistanın rədd edilmiş artıq dördüncü müraciətidir. Xatırladaq ki, bundan əvvəl İnsan Hüquqları üzrə Avropa Məhkəməsi terrorçuluq, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu ilə bağlı Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib. Rədd cavabında vurğulanıb ki, Ermənistan öz tələbində bəhs olunan iki hərbi qulluqçunun Azərbaycanda guya İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinə zidd olan rəftara məruz qaldıqlarını iddia edib. “Bununla bağlı Azərbaycan tərəfi erməni hərbçilərinin Avropa Konvensiyası ilə qorunan hüquqlarının lazımi qaydada təmin edildiyi, onların həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığı barədə müvafiq arqumentlər və sübutları İHAM-a təqdim edib”,-deyə Ç.Əsgərov bildirib.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təmin tədbirlərinin tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə 2023-cü il 21 iyun tarixli tələbini də tamamilə rədd edib. Qurum Ermənistanın Laçın-Xankəndi yolu üzərində sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib. Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.
V.Xaçaturyanın gerçək siması
Ermənistanın Avropa Məhkəməsinə digər son müraciətlərindən birində Vaqif Xaçaturyanın saxlanması şəraiti və sağlamlıq durumu barədə məlumatın təqdim olunması istənilirdi. Avropa Məhkəməsinin xahişi əsasında Azərbaycanın bəhs olunan sənədləri təqdim etməsində heç bir problem olmadı. Azərbaycan dövləti öz qərarlarını hüquqi çərçivələrə istinad etməklə verir. Vaqif Xaçaturyanın həbsi də qanunvericiliyə uyğun qaydada reallaşmışdı və burada kimdənsə gizlədiləsi, ört-basdır ediləsi bir məqam yoxdur. Ermənistan hökumətinin açıq mənbələrdə, kütləvi informasiya vasitələrində olan məlumatları “əldə etmək üçün” Avropa Məhkəməsinə müraciət etməsi və belə müraciəti “müvəqqəti təminat tədbiri” kimi təqdim etməsi ən azı təəccüb doğurur.
Bir daha qatı cinayətkar Vaqif Xaçaturyanın dosyesinə diqqət yetirək. Qeyd olunduğu kimi, bu şəxs Meşəli cinayətlərinin fəal iştirakçılarından olub. Baş prokurorluq Vaqif Xaçaturyanın 1991-ci ildə Xocalı rayonunun Meşəli kəndində baş verən qətliamda əlinin olduğunu bildirib. Zamanında Azərbaycanın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri istintaq hərəkətləri nəticəsində onun cinayətləri sübut olunub və barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib. Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibb müəssisəsinə köçürülüb. Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Xaçaturyan Vaqif Çerkezoviç Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32

