“Dəvət”in qeyri-ciddi tərəfi göründü...
14.09.2023 [11:14]
Fehlingerin NATO ilə rəsmi əlaqəsi yox imiş
Bir həftə əvvəl İrəvana dəstək verənlər içərisində NATO-nun da olması ilə bağlı məlumat yayılmışdı. Qəzetimizdə bu “hadisəni” “Qeyri-ciddi “dəvətin” görünməyən tərəfləri...” başlıqlı yazı ilə təhlil etmiş, Avropa NATO İnkişaf Komitəsinin sədri Günter Fehlingerin X sosial şəbəkəsindəki çağırışının absurd olduğunu bildirmişdik. Ermənistan KİV-i isə “Fehlingerin çağırışını” ciddiyə alıb, KTMT-də çıxma məsələsini gündəmə gətirdi, Rusiyanın 102-ci hərbi bazasını ərazidən çıxarmaq üçün müxtəlif versiyalar irəli sürdü...
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan da Fehlingerin sözlərini şərh edərkən fəxrlə demişdi ki, Ermənistan artıq NATO ilə qarşılıqlı əlaqədədir və əməkdaşlığı davam etdirməyə hazırdır.
Amma məsələ təxmin etdiyimizdən də gülünc obraz alıb. Belə ki, ötən gün NATO-nun Ermənistanı alyansa qoşulma çağırışını təkzib edən məlumat yayıldı. Şimali Atlantika Alyansının nümayəndəsi “İzvestiya”ya deyib ki, Ermənistanın “NATO-ya çağırışçısı”nın alyansla yaxından-uzaqdan əlaqəsi yoxdur: “Cənab Fehlingerin NATO ilə heç bir rəsmi əlaqəsi yoxdur. O, NATO əməkdaşı deyil. Onun fikirləri özünə məxsusdur və alyansın mövqeyini əks etdirmir”, - deyə alyansın nümayəndəsi bildirib.
Alyansın bu qondarma “sədri” X sosial şəbəkəsindəki hesabında “Nikol Paşinyan, mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden, Ermənistanı qoruyun” yazmaqla həm özünün, həm də “dəvətinin” qeyri-ciddiliyini ortaya qoyurdu. Çünki, hansısa dövlətin NATO-ya dəvəti işçi səviyyəsində çağırışla həyata keçmir. Ya Günter Fehlinger prosedur qaydalarını unudub(?!), ya da onlardan xəbəri yoxdur. Elə bu səbəbdən gülüş obyektinə çevrilməyi “haqq edir”.
Digər tərəfdən, Ermənistan hansı ordusu ilə NATO-ya üzv olmağa “dəvət edilir”? Axı günterlər də, bütün dünya da Ermənistan ordusunun 2020-ci ildə yerlə-yeksan olduğu barədə məlumatlıdırlar. Hərbi gücü olmayan bir ölkə NATO-ya nə verə bilər?
Paşinyan hakimiyyəti isə perspektivi olmayan bu “çağırışa” inanmışdı. İnanmışdı ki, KTMT məngənəsindən yaxa qurtaracaq, forpost sözünü üzərindən həmişəlik siləcək... Amma necə deyərlər, “sən saydığını say...” .
Belə fərz edək ki, NATO bölgədə Rusiya izini silmək üçün belə bir addım planlaşdırdı. NATO-da, İrəvan da alyansda Türkiyə amilinin olduğunu bilirlər. Aylardır ki, haqlı tələbləri ilə İsveçin NATO-ya daxil olmasını mümkünsüz edən Türkiyə Ermənistanın Alyans üzvü olmasına icazə verərmi? Və ya Alyansın gücündən Azərbaycana qarşı istifadə olunmasına şərait yaradarmı? Axı, dolayısı ilə bu gün Şimali Atlantika Bloku Azərbaycanla müttəfiq sayılır - Şuşa Bəyənnaməsi ilə Azərəbaycanın strateji müttəfiqi olan Türkiyə rəsmi Bakının maraqlarını qorumaq üçün hərbi gücdən belə istifadə etməkdə sərbəstdir. Bu isə o deməkdir ki, Türkiyənin hər hansı bir aktiv hərbi əməliyyatlara başlaması ilə NATO ona qanuni dəstək verməlidir.
Beləliklə, Ermənistanın yeganə çıxış yolu öncə Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan keçir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

