BMT TŞ - Fransa və Ermənistanın məğlubiyyət məkanı...
23.09.2023 [10:49]
BMT TŞ-nın Qarabağa həsr olunan iclasında qətnamə qəbul edilmədi
Fransa Xarici İşlər Nazirliyinin “təkidli tələbi” ilə çağırılan və Qarabağdakı lokal antiterror tədbirlərinə “həsr olunan” BMT Təhlükəsizlik Şurasının iclası rəsmi Parisin və Ermənistanın növbəti fiaskosu ilə nəticələndi. Belə ki, konkret Fransanın moderatorluğu ilə hazırlanan budəfəki “oyun” da effektiv nəticə vermədi və gözləntilər boşa çıxdı. Çünki Fransa XİN-in Azərbaycana müraciət edərək antiterror tədbirlərini “dayandırmaq” və “beynəlxalq hüquq normalarına riayət etmək tələbi” özü yersiz idi - birincisi, Azərbaycan özünün suveren hüquqlarından istifadə edərək və terror təhdidinə qarşı bu lokal antiterror tədbirlərinə başlamışdı. Eyni zamanda isə, Azərbaycan bu addımı atmaqla beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara əsaslanmışdı ki, bu da rəsmi Parisin “unutduğu” nüanslardan sayıla bilərdi.
Azərbaycanın haqlı və beynəlxalq hüquqa əsaslanan mövqeyi
Fransa və Ermənistan növbəti dəfə “hördükləri tora” özləri düşdülər. Onların lokal antiteterror tədbirləri ilə bağlı apardıqları yalan təbliğat isə bütövlükdə ifşa olundu. İclasın gedişatı bir daha onu sübut etdi ki, bütün dövlətlər reallıqları görür və reallığı dəyərləndirirlər. Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşdırdığı ən mühüm reallıqlardan birinin isə təhlükəsizlik arxitekturasının gücləndirilməsi olması faktı ortadadır. Bu istiqamətdə atılan addımlar arasında 24 saatlıq antiterror tədbirləri mühüm əhəmiyyət daşıyır. Ermənistanın 2020-ci ildə bağlanmış üçtərəfli Bəyanata əməl etməməsi, mina terrorundan əl çəkməməsi, nəticədə isə Azərbaycanın 350-yə yaxın vətəndaşının mina terrorunun qurbanına çevrilməsi bu tədbirlərin gerçəkləşməsində əsaslı paya malikdir. Başqa sözlə, Ermənistanın regionda terror təhdidi yaratmaqdakı israrları, sülhün və təhlükəsizliyin təmininə mane olması nəticədə Azərbaycanın öz suveren hüquqlarından istifadəsinə yol açdı.
BMT TŞ-da təmsil olunan və iclasın gedişində iştirak edən ölkələrin nümayəndələri də etiraf ediblər ki, lokal antiterror tədbirləri nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın gələcəyi ilə bağlı təhlükəsizlik amilinin önə çıxmasında əsaslı şərtə çevrilib. Bu tədbirlər hər zaman havadarlarına güvənərək qeyri-qanuni həyat tərzi seçmiş, sürmüş və bu qeyri-qanuni fəaliyyəti artıq özünün yaşam fəlsəfəsinə çevirmiş, terror təhdidini ön plana çıxaran Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə növbəti çağırışdır. Azərbaycan hər zaman olduğu kimi, regionda qanunun aliliyinin təmin olunması üçün qəti addımlar atıb. Cəmi 24 saat sürən antiterror tədbirlərinin həyata keçirilməsi isə həm də suveren hüquqlarımızın bərpası baxımından qanunauyğundur - Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Sadəcə olaraq, Ermənistan üçtərəli Bəyanatdan ötən müddət ərzində özünün silahlı birləşmələrini Qarabağdan çıxarmamaqla sülhü və təhlükəsizliyi sabotaj edirdi. Sentyabrın 20-də təslim olan erməni silahlıları bəyan edildiyi kimi bütün silah-sursatlarını təhvil verdi - Azərbaycan Cənubi Qafqazın sabit və inamlı inkişafı üçün təhdid yaradan bu amili birdəfəlik ortadan qaldırdı.
Mirzoyan “qaçdı” - günahkarlıq hissi...
İclasın gedişi zamanı çıxış edən dövlətlərin nümayəndələrinin fikirlərindən bir qənaət hasil olur - Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan gələcək siyasi-iqtisadi dönəmin ən mühüm regional aktoru kimi qəbul olunur. Azərbaycanın sabitliyin və təhlükəsizliyin təmini yönündə atdığı addımlar təqdir edilir - beynəlxalq konvensiyalarla əsaslandırılmış mövqeyimiz dəstəklənir. Antiterror tədbirləri öz izahını heç də Fransanın və ya Ermənistanın qələmə verməyə çalışdığı xəttlə tapmadı - tam əksinə, dünyanın aparıcı dövlətləri BMT TŞ tribunasından bir daha əsl reallıqları Ermənistan nümayəndələrinin üzünə dedilər. Azərbaycan xarici işlər nazirinin arqumentlərə və faktlara söykənən çıxışından sonra isə Ermənistan XİN başçısı Ararat Mirzoyan iclası yarımçıq tərk etdi - günahkarlıq ruhu və real günahkarlıq düşüncəsi onların siyasi müzakirələrdə də tam şəkildə tərksilah olunmalarına yol açdı.
Azərbaycan davamlı şəkildə dialoqlara təşəbbüs göstərib
Vurğulandığı kimi, iclasda heç bir sənəd qəbul olunmayıb. Toplantıda iştirak edən ölkə təmsilçiləri deklarativ çıxışlarla kifayətləniblər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda geniş çıxış edərək Azərbaycanın haqlı mövqeyini fakt və sübutlarla iclas iştirakçılarının diqqətinə çatdırıb.
BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasındakı çıxışında Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar bildirib ki, rəsmi Ankara Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərlə Azərbaycan nümayəndə heyətinin görüşünü alqışlayır. “Prezidentimizin də hər zaman çıxışlarında dediyi kimi Ermənistan öz vədlərini yerinə yetirməli, Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Burada olan hər kəsin bildiyi kimi Qarabağ Azərbaycan ərazisidir”, - deyə o bildirib.
Burak Akçapar qeyd edib ki, son üç ildə Ermənistan tərəfi üçtərəfli Bəyantın icrasına əməl etməyib. Eyni zamanda, Xankəndidə olan qeyri-qanuni nümayəndələr öz təcrübələrini tətbiq edib. “Həmçinin bu müddət ərzində Ermənistan Azərbaycana qarşı mina müharibəsini davam etdirib. Ancaq bu müddət ərzində Azərbaycan davamlı şəkildə dialoqlara təşəbbüs göstərib. Ermənistan davamlı şəkildə, yalan məlumatlar yayırdı. Bu şəkildə sülh və sabitliyə zərbə vurub. Üç il bütün bunlardan əziyyət çəkən Azərbaycanın antiterror əməliyyatlarına başlamaqdan başqa çıxış yolu yox idi. Bu Azərbaycanın suveren hüququdur”, - deyə Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar bildirib.
İrəliyə doğru yeganə davamlı yol
BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença isə sentyabrın 19-da Azərbaycanın iki mülki vətəndaşının və dörd polis əməkdaşının faciəvi ölümünə cavab olaraq Qarabağda antiterror tədbirlərinə başlanıldığını diqqətə çatdırıb. Vurğulanıb ki, antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədi daşıyıb. Onun sözlərinə görə, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq Ermənistan və Azərbaycanın normallaşma prosesində tam iştirak etməsi irəliyə doğru yeganə davamlı yoldur. Diplomat bildirib ki, BMT aidiyyəti tərəflərlə sıx əlaqə saxlayacaq və lazım gəldikdə davam edən sülh səylərini dəstəkləməyə hazırdır.
Qarabağın erməni əhalisinin hüquqları...
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild isə hərbi əməliyyatların dayandığını qeyd etsə də, vəziyyəti “çətin kimi” qiymətləndirib. Linda Tomas-Qrinfild qeyd edib ki, Azərbaycanın Qarabağ əhalisinə münasibətdə beynəlxalq insan hüquq və azadlıqlarına hörmət etmək öhdəliyi var. “Biz Dağlıq Qarabağa humanitar yardımın maneəsiz çatdırılmasını tələb edirik, onun sakinləri bu çətin zamanda diqqətlərini bizə yönəldirlər”.
Amerika nümayəndəsi onu da xatırladıb ki, ABŞ 44 günlük müharibə bitdikdən sonra regiona 24 milyon dollardan çox humanitar yardım göstərib.
Təbii ki, burada haşiyəyə çıxaraq ABŞ nümayəndəsinin Azərbaycanın Qarabağın erməni əhalisinə münasibətdə dəyişməyən mövqeyindən xəbərdar olduğuna inanırıq - dövlətimiz hər zaman bəyan edib ki, Qarabağın erməni əhalisi Azərbaycan qanunları çərçivəsində yaşamağı qəbul etməklə digər vətəndaşlarımızla eyni hüquqlara malik olacaqlar. Ümumiyyətlə, çoxmillətli ölkə olan Azərbaycanda bütün xalqların nümayəndələri qanun qarşısında bərabərhüquqludur.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə bildirib ki, Rusiya hamıdan çox Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır. O vurğulayıb ki, sentyabrın 20-də antiterror tədbirlərinin dayandırılması ilə bağlı razılıq əldə olunub, sentyabrın 21-də isə Yevlaxda danışıqlar aparılıb: “Mütləq prioritet hərbi əməliyyatların qarşısını almaq və siyasi-diplomatik sahəyə qayıtmaqdır. Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları prioritet məsələdir”.
Qeyd edək ki, məhz Polyanskinin çıxışında “Xankəndi” sözünü işlətməsi ermənilərin “qəzəbinə” səbəb olub. Onlar bildiriblər ki, Ararat Mirzoyan hələ Rusiya nümayəndəsinin çıxışı zamanı zalı tərk etməli idi.
Fransanın 10 ayda üçüncü məğlubiyyəti...
Bəli, BMT TŞ növbəti dəfə Fransa və Ermənistanın açıq məğlubiyyət meydanına çevrildi. Fransanın timsalında həm də Ermənistana dəstək olanlar özlərinin korporativ maraqlarını təmin etmək üçün əl atdıqları yalanın və qərəzin içində ərimiş oldular.
Rəsmi Parisin isə “səsi” növbəti dəfə “batdı” - Azərbaycana qarşı apardığı antimilli kampaniya seriyasında üçüncü dəfə acı məğlubiyyətə uğrayan Makron hakimiyyətinin başı önünə əyildi. Xatırladaq ki, bundan aylar öncə - ötən ilin dekabrında da Fransa Azərbaycana qarşı apardığı ədalətsiz mübarizədən məğlub ayrılmışdı. Fransanı matəmə bürüyən qələbəmiz ötən ilin dekabrında BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısının alınması ilə baş vermişdi. Bu il avqustun 16-da isə Fransa özünün növbəti qeyri-demokratik tələbləri ilə gündəmə gəlməyə çalışmışdı - dünya ictimaiyyətinin qarşısında utanmadan beynəlxalq hüquqa qarşı mövqe sərgiləyən Paris BMT platformasında “Laçın dəhlizi”nin dərhal açılması tələbi ilə TŞ-nın iclasını çağırmışdı. Bu iclas da Fransa və Ermənistanın açıq məğlubiyyəti ilə nəticələnmiş və hətta iştirakçı dövlətlərin nümayəndələri Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifini dəstəkləmişdilər. Beləliklə, növbəti “cəhd” növbəti məğlubiyyət kimi tarixə yazıldı. Fransa isə son 10 ayda üçüncü dəfə “siyasi tatami”ni məğlub tərk etdi...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

