Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bufer zona yaradılacaq?

Bufer zona yaradılacaq?

03.10.2023 [11:36]

Ermənistan ənənəvi təxribatlarından əl çəkmir

NARDAR

Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir. Ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün yeni imkanlar açır. İki ölkə liderinin bir neçə gün sonra İspaniyanın Qranada şəhərində gözlənilən görüşü də bu baxımdan əhəmiyyətlidir.

Lakin sülh məqsədilə keçirilən hər görüş ərəfəsi və ya sonrası erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Qarabağda ordumuzun  antiterror tədbirlərindən dərs çıxarmayan Ermənistan şərti dövlət sərhədində növbəti hərbi təxribat törədib. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Hərbi qulluqçumuzun snayper silahından açılan atəş nəticəsində həlak olması ilə bağlı Kəlbəcər Rayon Hərbi Prokurorluğunda cinayət işi açılıb. Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq hərəkətlər icra edilib. Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Verilən məlumatda bildirilir ki, hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Ermənistanın təxribatları ilə bağlı hərbi ekspert Ədalət Verdiyev bildirib ki,  Azərbaycan Qarabağ məsələsini beynəlxalq hüquqa uyğun şəkildə tam həll edib. Artıq Qarabağ ərazisində Azərbaycana qarşı silah çevirəcək heç bir qrup qalmayıb. Onun sözlərinə görə, Ermənistanla şərti sərhəddə isə qarşı tərəfin davranışları kifayət qədər aqressivdir. Əsgərimizin şəhid edilməsi Azərbaycan Ordusuna adekvat tədbirlər görmək üçün kifayət qədər əsas yaradır. “Hesab edirəm ki, bununla bağlı yaxın vaxtlarda məlumatları eşidəcəyik. Yadınızdadırsa, Qarabağdakı erməni silahlılar da belə təxribatlar törədirdilər. Azərbaycan uzun müddət təmkinli davranandan sonra, bir gün ərzində Qarabağdakı erməni silahlıları kökündən təmizlədi”, - deyən ekspert əlavə edib ki, sərhəddəki təxribatın Qranadada gözlənilən danışıqlar ərəfəsində baş verməsi təsadüfi deyil. Yəqin ki, Ermənistan Azərbaycanı təxribata çəkməklə, danışıqları pozmaq üçün gərginlik yaratmağa çalışır.

Ə.Verdiyevin fikrincə, təxribatların qarşısını almaq üçün Azərbaycanla Ermənistan arasında bufer zonası yaradılmalıdır: “Ermənilərə Azərbaycana qarşı o qədər nifrət aşılanıb ki, əgər bufer zona yaradılmasa, təxribatlar uzun müddət davam edə bilər”.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31