Milli xəyanətkarların yeni hədəfi - "Eurovision 2012"
24.01.2012 [00:46]
ölkəmizdə bəlli bir kəsim var ki, onlar xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətin üstünə kölgə salmaq, onu qaralamaq üçün bütün güclərini səfərbər edirlər. İqtisadi inkişafımız, dövlətimizin dünya siyasi palitrasında mühüm aktorlardan birinə çevrilməsi faktı, Azərbaycanın dünyada tolerant, mədəni, sivilizasiyaların dialoq mərkəzi kimi nümunəyə çevrilməsi həmin kəsimin yuxusunu ərşə çəkib...
2011-ci ildə Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində bütün dövlətləri qabaqlayaraq birinci yerə çıxması və 2012-ci ildə bu yarışmanın Bakıda keçirilməsi həmin satqın kəsimi aktivləşdirib. Əslində, hər kəsi sevindirməli olan bu fakt nədənsə, milli mənəviyyatdan uzaq, şantaj və böhtanı özünə peşə seçmiş bu insanların hədəfinə çevrilib. özünü “təşkilat” adlandıran qondarma və milli təəssübkeşlikdən xəbərsiz bəzi QHT-lər yeni bir “layihə” həyata keçirmək istəyirlər. Təbii ki, bu “fəaliyyətin” haradan və kimlər tərəfindən sifariş edildiyi onların kimliklərindən bəllidir. Amma o da məlumdur ki, onların bu yalanları, böhtanları və şər kampaniyası, hər zamankı kimi, yenə də fiaskoya uğrayacaq.
Həmin ermənipərəst və anti Azərbaycan dairələrin Azərbaycandakı nökərxislətli əlaltılarının isə bu işi can-başla yerinə yetirməsinin mənəviyyatsızlıqdan başqa bir adı yoxdur...
Anti Azərbaycan dairələrin nökərləri və ya “mənəviyyatsızlıq simvolları”...
Azərbaycanın uğurlarına sevinməyən, əksinə, bu uğurlara qara yaxmaq üçün hazır dayanmış bəzi insanların indi də “Eurovision” yarışmasını hədəfə götürməsi təsadüfi deyil. Siyasi Azadlıqları Müdafiə Alyansı, Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və İnsan Hüquqları klubunun hazırladığı bu şantaj, böhtan kampaniyasının hansı çirkin niyyətlərə əsaslandığı elə təşkilatların adlarından bəllidir. Onsuz da Azərbaycana qarşı olan bir sıra maraqlı dairələrin ölkəmizlə bağlı çirkin planlarının önündə hər zaman bu təşkilatlar gedir və muzdurluq edirlər. Pul üçün hər yola baş vuran, xarici ianələrin (təbii ki, hansısa marağın təmini qarşılığında verilən ianələrin), bəxşişlərin qarşılığında dövlətinə və xalqına belə asan şəkildə xəyanət edib qarayaxma kampaniyasına başlayanların idarə pultu da elə pul verənlərinin əlindədir.
Azərbaycan müxalifəti öz xalqına və dövlətə müxalifətdir
özünü “demokratiya mücahidləri” adlandıran bu, bir para milli hislərdən uzaq kəslər o qədər cılızlaşıblar ki, fəaliyyətlərini yalnız böhtan müstəvisində çəpərləyiblər. Mədəni bir tədbiri siyasiləşdirməyə çalışanların bu cəhdi bir daha göstərir ki, özünü müxalif adlandıran belələri xalqa və dövlətə qarşı müxalifətdədirlər. Axı, siyasi hakimiyyətə müxalifətdə olmaq fərqli şeydir. Müxalifətçilik dövlətin, xalqın mədəniyyətinin qazandığı nailiyyətə siyasi don geyindirmək deyil. Bunun bir adı var-acizlik və satqınlıq!.
Bu siyasi oyunların qeyd etdiyimiz milli mənəviyyatdan, milli təəssübkeşlikdən uzaq QHT-lərə tapşırılması isə bir daha göstərir ki, həmin insanlar üçün dəyər anlayışı sıfıra bərabərdir. Bu QHT-lər hər addımda Azərbaycan dövlətinə qarşı təzyiq etmək istəyən bəzi Qərb dairələrinin əlaltısından başqa bir şey deyillər. Məsələn, milli problemimiz olan Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində Azərbaycan dövlətinin apardığı qətiyyətli siyasi kursa zərbə vurmaq üçün həmin QHT-lər əsl “ermənipərəst” mövqe nümayiş etdirirlər. Bu isə onların niyyətlərini, kimliklərini və arzularını üzə çıxarır... Bir daha qeyd etmək istəyirik ki, xalq istər adını müxalifət qoyan həmin şəxslərin, istərsə də işi-gücü yalnız dövlətin maraqlarını satmaq olan həmin QHT-lərin kimliklərini bilir. Yəni, milçək bir şey deyil...
AXCP-nin qəzeti anti Azərbaycan təbliğatının mətbu ruporu rolunda...
Hər zaman antimilli yalanlara, böhtanlara böyük məmnuniyyətlə öz səhifələrində yer verən radikal müxalifətin nəzarətində olan bir sıra qəzetlər guya bundan öz maraqları üçün istifadə etməyə salışır. Həmin siyahının başında isə AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Azadlıq” qəzeti gəlir. Bir müddət öncə bu qəzetin erməni mətbuatı üçün “etibarlı mənbəyə” çevrilməsi haqqında yazı dərc etmişdik. Orada da göstərilirdi ki, ermənilərin Azərbaycana, dövlətimizin uğurlarına qarşı apardığı antitəbliğatın istinad nöqtəsi “Azadlıq” qəzetidir. ölkədə gedən hər bir prosesi, hətta havanın tutulmasını, küləyin əsməsini az qala “Eurovision”la əlaqələndirməyə çalışan bu insanlar öz gülünc məntiqləri ilə nəyisə ortaya qoymağa çalışırlar. Maraqlıdır ki, qəzet özü yazır ki, “Eurovision-2012” Mahnı Yarışmasının rəhbəri Con Olav Sand Azərbaycandan zəmanət məktubu alıb. Həmin məktubda isə Azərbaycanın dövlət orqanları tərəfindən mahnı yarışması ərəfəsində ölkəmizə səfər edəcək xarici jurnalistlərin təhlükəsizliyinə və onların sərbəst və operativ fəaliyyətinə hər cür şərait yaradılacağına zəmanət verilir...
Axı, “Azadlıq” qəzeti və öz yalanlarını tirajlamaq üçün gülünc bir portal yaradıb ağlına gələni orada yerləşdirməyə çalışanlar nə etmək istəyirlər? Antimilli hislərdən başqa bir “dəyərə” malik olmayan bu kəsim bir mədəniyyət tədbirini, mahnı yarışmasını niyə bu qədər siyasiləşdirir? Məğlubiyyətə düçar olan, əslində, bütünlüklə məğlubiyyətdən başqa bir anlam kəsb etməyən belələri üçün pul alıb xalqın uğuruna qara yaxmaq belə asandırmı?!
Amma xalqımız hər zaman bu cür mənəviyyatsız satqınlıqların cavabını layiqincə verib. Karyeralarını siyasi alver üzərində quran və özünü ağızdolusu “siyasətçi” adlandıran bu uğursuzların əllərinin hər şeydən üzüldüyü bir daha aşkar olur. Onlar üçün onsuz da siyasi mədəniyyət və ya siyasi mübarizə anlayışı yoxdur və olmayıb. Onlar üçün bir dəyər var-siyasi satqınlıq qarşılığında alınacaq pul... bunun üçünsə xalqı da, dövləti də satmağa hazırdırlar...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

