BMT missiyası növbəti dəfə açıqladı...
12.10.2023 [10:52]
Mülki infrastruktura ziyan dəyməyib
Oktyabrın 9-da BMT missiyası Qarabağa ikinci dəfə səfər etdi. Budəfəki səfər də Ermənistanı məyus edib. Belə ki, erməni mediası təşkilatın mətbuat xidmətinə istinad məlumat yayıb ki, BMT missiyası bu dəfə də Qarabağda mülki infrastrukturun və məktəblərin, xəstəxana və yaşayış binalarının toxunulmaz qaldığını bəyan edib. Məlumatda bildirilir ki, missiya bu səfər zamanı kəndlərə səfər etməyib, lakin yaxın günlərdə və həftələrdə bunu reallaşdıracaq.
Məlumdur ki, missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir. BMT missiyasının oktyabrın 1-də baş tutan ilk səfəri haqqında yayılan məlumatda da etnik təmizləmənin olmadığı, hökumətimizin Qarabağda səhiyyə və digər sahələrdə fəaliyyətə başladığı, heç bir mülki infrastruktura zərər dəymədiyi bildirilirdi. Missiyanın ikinci səfəri haqqında məlumat da Azərbaycanı ittiham etməyə çalışan dairələrin niyyətini iflasa uğradır.
Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq hüququn və ədalətin bütün dünyada bərqərar olunmasının tərəfdarı kimi çıxış edib. Hazırda regionda yaranmış yeni vəziyyətlə bağlı bir sıra beynəlxalq təşkilatlar müxtəlif mövqelər sərgiləyirlər. Dövlətimiz bütün beynəlxalq təsisatlarla əməkdaşlıq etməyə hazır olduğunu daim bəyan edib. Bu mənada, BMT missiyasının Qarabağa gəlməsinə icazə verilməsi də humanizmdən və şəffaflığın təmin edilməsinə maraqlı olmağımızdan qaynaqlanır.
BMT-nin missiyasının 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi müsbət haldır. Bu o deməkdir ki, Azərbaycan şəffaflığı təmin edir, xoş niyyətini və humanistliyini nümayiş etdirir. Ermənistan və separatçı rejim 30 illik işğal dövründə bu ərazini əsarətdə saxlayıb, heç bir beynəlxalq müşahidə missiyasının Qarabağa daxil olub monitorinq aparmasına, situasiyanın dəyərləndirilməsinə imkan verməyib. Azərbaycan ərazilərinin işğalı zamanı dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini erməni tərəfi hər zaman əngəlləyib. Eyni zamanda, hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib. Amma ordumuz tərəfindən aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə uyğun olaraq həyata keçirilir.
Məlumdur ki, Ermənistan Qarabağ ermənilərindən istifadə edərək “etnik təmizləmə” şousu yaratmaq istəyir. Bununla da, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə çalışır. Lakin bu cəhdlər əbəsdir. Dövlətimiz Qarabağ ermənilərinə qarşı heç bir addım atmır, əksinə onların vətəndaşlıqla bağlı məsələlərini həll etmək üçün praktiki addımlar atır. Eləcə də, Qarabağın erməni sakinlərinə davamlı humanitar yardımlar göstərilir. Bütün bunlar BMT missiyasına təqdim olunur. Ona görə də, missiyanın hansısa beynəlxalq güclərin, erməni lobbisinin təsiri ilə deyil, obyektivlik meyarı əsasında mövqe ortaya qoymaları təqdirəlayiqdir. BMT dünyanın ən böyük və nüfuzlu təşkilatıdır. Azərbaycan hər zaman BMT missiyasından ədalətli yanaşma gözləyir. Missiya Qarabağa səfərin yekunlarına dair mövqeyinə görə, Ermənistanın və havadarlarının hədəfinə tuş gəlir. Amma missiya üzvləri hər hansı təzyiqdən çəkinməməli, BMT-nin nüfuzunu qorumaq naminə bundan sonra obyektiv mövqe nümayiş etdirməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42

