Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir
03.02.2012 [11:35]
Sirr deyil ki, Azərbaycan-Türkiyə münasibətləri öz mahiyyətinə görə hər zaman regional miqyaslı, qlobal xarakterli əlaqələr üçün örnək təşkil edib. İstər xalqlarımız arasındakı ortaq dəyərlərə əsaslanan əlaqələr, istərsə də ölkələr arasındakı strateyi tərəfdaşlıq münasibətləri hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edib və hazırda da məhz bu cürdür.
Amma zaman-zaman bir sıra qərəzli dairələr Azərbaycan-Türkiyə münasibətlərinin əsaslarına zərbə vurmaq, Türkiyə-Azərbaycan strateyi tərəfdaşlıq münasibətlərinə, xalqlarımız arasındakı tarixi əlaqələrə, ortaq dəyərlərə xələl gətirmək üçün manipulyasiya xarakterli vasitələrə istinad edirlər. Məsələn, Türkiyə ilə Ermənistan arasındakı diplomatik münasibətlərin normallaşmasını nəzərdə tutan “Sürix protokolu”nun imzalanması məsələsi, eləcə də, Fransa Milli Assambleyasında və Senatında “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi ilə bağlı məsələ gündəmə gələn zaman bir sıra xarici dairələrdən tapşırıqlar alan ermənipərəst qüvvələr Ankara-Bakı münasibətlərində zərbə vurmaq məqsədilə təxribatlar törətməyə başladılar. Son olaraq isə həmin qüvvələrin nəzarətində olan bir sıra media orqanlarında iddia edildi ki, guya Fransa Milli Assambleyasında və Senatında “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi ilə baş verən proseslərin fonunda Azərbaycan Türkiyəyə yetərincə dəstək vermədi. Amma, əlbəttə ki, bu, reallığı əks etdirmirdi. çünki məhz “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi məsələsi gündəmə gələr-gəlməz Azərbaycan rəsmi səviyyədə bu məsələyə öz haqlı etirazını bildirdi. Fransa Senatının aşağı palatasının məlum qərarından sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının şöbə müdirləri, Azərbaycan Milli Məclisi, Xarici İşlər Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Həmkarlar İttifaqları Konfederasiyası, millət vəkilləri, ziyalılar, KİV, ictimai təşkilatlar və siyasi partiyalar Fransanın bu qərarını kəskin şəkildə pislədilər. Eyni zamanda, Azərbaycan diaspor təşkilatları da Fransa Senatına etirazlarını bildirdilər. Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyaları keçirildi, hətta Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəalları Fransa konsulluğu qarşısında aksiya təşkil etdilər. Eyni zamanda, Senatın həmin qanun layihəsini təsdiq etməsindən sonra da Azərbaycan rəsmi və qeyri-rəsmi səviyyədə Fransaya kəskin etirazını bildirdi və Türkiyəyə öz aktiv dəstəyini verdi.
Bunlar isə öz növbəsində Azərbaycanın Fransa Milli Assambleyasında “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşdığını və ona ən yüksək səviyyədə etiraz etdiyini göstərir. Bunu Türkiyə ictimaiyyəti və xalqı da bilir və aydın surətdə dərk edir ki, Azərbaycan bütün məsələlərdə olduğu kimi bu problemlə bağlı da Türkiyədən öz dəstəyini əsirgəməyib. Bu, bir daha ona dəlalət edir ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır.
Hər iki ölkənin münasibətlərinin pozulmasında maraqlı olan bəzi dairələrin dezinformasiyalarına və təxribat xarakterli addımlara baxmayaraq, Türkiyənin rəsmi dairələri də Azərbaycanın yüksək səviyyəli dəstəyini lazımınca dəyərləndirdilər.
Son olaraq Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanın Fransada qəbul edilən qanunla bağlı Türkiyəyə dəstək vermədiyi haqda deyilənlər yalandır: “Son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər. Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. İncidici ifadələr işlətməkdənsə, birləşmək lazımdır. Azərbaycan və Türkiyədən millət vəkilləri çalışacaq ki, Xocalı soyqırımı dünyada tanınsın. Düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir”.
Beləliklə, Baş nazir Rəcəb Tayyib Ərdoğanın bu açıqlaması ilə həmin məsələ ətrafında yaradılmış süni polemikaya son qoyuldu. Baş nazirin ifadələri sübut etdi ki, Türkiyə Azərbaycanın dəstəyini lazımınca dəyərləndirir və iki ölkə arasındakı qardaşlıq əbədidir, sarsılmazdır.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

