Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Duma üzvünün “hədəfi”

Duma üzvünün “hədəfi”

05.11.2023 [11:15]

Zatulini Azərbaycana qarşı danışdıranların qaranlıq məqsədləri

İllərdir ermənipərəst mövqeyi ilə tanınan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin yeni dövrdə əsl çaşqınlıq yaşamaqdadır. Daim müdafiə etdiyi, hətta öz ölkəsindən də irəliyə qoyduğu Ermənistanla Rusiya arasında “soyuq küləklərin” əsməsi Zatulinin də işini çətinə salıb. İndi ölkəsində “vətən xaini” kimi damğalanmamaq üçün Ermənistanı açıq dəstəkləyə bilməyən Zatulin bunun yolunu yeni şər-böhtan, əsassız fikirlər səsləndirməkdə tapıb.

Ermənistanın Rusiyanı “sıxışdırması” - Zatulin bədgümandır...

Belə ki, Zatulinin “məntiqincə” Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində, bir məsələdə həmfikirdir - Rusiyanı regionda sıxışdırmaqda”. Bu kimi absurd fikir səsləndirən Zatulin bildirib ki, Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti Qarabağla bağlı bütün hadisələr, Qarabağ müharibəsi və s. nəticəsində Rusiyanı regiondan sıxışdırıb çıxarırlar.

Maraqlıdır ki, Rusiyanın regiondan “sıxışdırılması” kimi iddia irəli sürən Zatulin Ermənistanın açıq anti-Rusiya çıxışlarını, hətta əməkdaşlığa son vermək kimi xarakterizə olunan bəzi addımlarını ört-basdır etməyə çalışır. Bu uğursuz cəhdini isə yenə də Azərbaycana böhtan atmaqla kompensasiya etməyə çalışır. Zatulin yaxşı bilir ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətləri Ermənsitan ilə Rusiya arasındakı münasibətlərlə eyniləşdirmək olmaz - rəsmi Bakı Kremllə ikitərəfli, milli maraqlara söykənən, bərabərtərəfli və bərabərhüquqlu əlaqələrə malikdir. Eyni zamanda, Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanın nə KTMT çərçivəsində, nə də Aİİ üzrə “müttəfiqi” deyil. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Yəni münasibətlər bu istiqamətdə inkişaf edir.

O ki qaldı, Rusiyanın regiondan “sıxışdırılması” məsələsinə, burada da baxış bucağı əhəmiyyət daşıyır. Zatulin “sıxışdırılma” dedikdə nəyi nəzərdə tutduğunu söyləməlidir -  axı, bu gün Azərbycan ilə Rusiya arasında hər zaman olduğu kimi normal qonşuluq münasibətləri hökm sürür. Hətta 2020-ci il 10 noyabr razılaşmasına əsasən Rusiyanın sülhməramlı kontingenti hələ də Azərbaycan torpaqlarında xidmət aparır. Yəni, Zatulinin ermənilərin xətrinə dəyməmək üçün Azərbaycanı da özünün “fikirlərinə” qatması siyasi etikadan kənardır.  

Onun “qəhrəmanı” niyə düşmənə çevrildi?

Zatulin bildirib ki, Rusiyanın günahı odur ki, o, yavaş-yavaş əvvəldən bəlli olana gəlir: “2018-ci ildə hakimiyyətə gələn Paşinyan Qarabağı təslim etməyə, Rusiya ilə yollarını ayırmağa gəlirdi. Uzun müddət Rusiyada belə bir təəssürat var idi ki, o, özünəməxsus şəkildə Ermənistanın vətənpərvəridir və hansısa məqsədlərə çatmağa çalışır, müttəfiqə hörmətlə yanaşılmalıdır və s. Müttəfiqə hörmətlə yanaşmaq lazımdır, lakin bu gün bu müttəfiqin kürsüsündə oturan kəs əslində, sizin müttəfiqiniz deyil”. 

Bu artıq Zatulinin yanaşmasıdır - Paşinyanın Rusiyaya münasibəti və ya qarşılıqlı əlaqələr məsələsi Azərbaycan üçün heç bir maraq doğura bilməz. Bəs necə olur ki, Zatulin söylədiyi “faktları” artıq beş ildən sonra “dərk” etməyə başladı. Axı, Vətən müharibəsi günlərində Rusiyanın dövlət televiziyalarında erməni politoloqlara qoşulan Zatulin Paşinyana rəğbətini gizlətmirdi. Niyə birdən-birə Paşinyan Zatulin üçün “düşmən” obrazına büründü?

Azərbaycan-Rusiya əlaqələrini hədəfə almağa çalışanlar

Maraqlıdır ki, Zatulin Ermənistanın anti-Rusiya addımları barədə danışsa da, Azərbaycanın Moskvanı “necə sıxışdırdığı” haqda heç bir fakt sadalamayıb. Görünən də budur ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olması, ölkə liderlərinin bir-birinə qarşılıqlı inamı Zatulinin də bağlı olduğu bəzi dairələri açıq şəkildə narahat etməkdədir. Zatulin öz fikirlərində məhz həmin dairələrin “narahatlıqlarını” dilə gətirir. Bunların kimliyi isə fərqli aspektlərdən izah oluna bilər - onlar həm Rusiya daxilində anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmağa çalışanlar da ola bilər, eyni zamanda bu yolla Azərbaycan-Rusiya əlaqələrinə zərbə vurmaq istəyən Qərbə bağlı dairələr də ola bilər. Hər bir halda onların “dili” kimi ortaya atılan Zatulin belə Azərbaycan ilə Rusiya arasında kəskin fikir ayrılıqları haqda danışmağa əsas tapa bilmir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31