Müqəddəs missiyamız tamamlandı!
08.11.2023 [10:20]
Son üç ildə xalqımız keşməkeşli tariximizdə misli-bərabəri olmayan əlamətdar hadisələrə şahidlik edir. Bu gün bütün dünya azərbaycanlıları qürur hissi ilə Zəfər Gününü qeyd edir. Ölkəmizin bütün guşələrində himnimiz səslənir, üçrəngli bayrağımız əzəmətlə dalğalanır ki, bütün bunlar da Azərbaycanın müstəqilliyini, gücünü və qüdrətini təcəssüm etdirir.
Zəfərə aparan yol...
Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq düşmənin işğalçılıq siyasətinə son qoydu və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Sonsuz sevinc və qürur mənbəyimiz olan bu Qələbə tariximizdə əbədi qalacaq. Bu Qələbəni heç kim bizə hədiyyə etməyib. Zəfər igid hərbçilərimizin canı, qanı, xalqımızın həmrəyliyi sayəsində əldə olunub. Prezident İlham Əliyevin bildirdiyi kimi, Qələbəyə gedən yol keşməkeşli və çətin idi. İlk növbədə Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin xalqımızı mənəvi cəhətdən sarsıtdığını xatırlayaq. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər. Həmin ünsürlər hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlar hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu milli faciə, tökülən qanlar üzərində hakimiyyətə gəldilər və idarəçilik sükanı arxasında olduqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə zəmin yaratdılar. Birinci Qarabağ müharibəsində məğlubiyyət labüd idi. Çünki antimilli hakimiyyət müharibədə qələbə qazana bilməz.
Digər bir amilə diqqət yetirək. İşğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, Azərbaycan xalqına aşılamağa çalışırdılar ki, ölkəmiz öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir. Onlar dəfələrlə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Bununla da həmin dairələr, birincisi, bizi inandırmağa çalışırdılar. İkincisi, bizi məsələni hərbi yolla həll etməkdən çəkindirmək istəyirdilər. Təbii ki, Azərbaycan da münaqişənin sülh yolu ilə həll olunmasını istəyirdi. Prezident İlham Əliyevin müharibəyədək olan dövrdə sülh danışıqlarında konstruktivlik göstərməsi bunu bir daha təsdiqləyir. Ancaq işğalçı Ermənistanın və ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən də artıq keçmişdə qalan Minsk qrupunun seçdiyi taktika münaqişənin həllinə yox, keçmiş status-kvonun sonsuzluğadək uzadılmasına xidmət edirdi. Belə yanaşma Azərbaycanı qane edə bilməzdi.
Prezident İlham Əliyevin bildirdiyi kimi, nəhayət, Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyədək olan dövrdə daim sülh danışıqlarında fəal iştirak edən Azərbaycan, eyni zamanda ordu quruculuğunu diqqət mərkəzində saxlayırdı. Ölkəmiz qısa müddətdə müasir silahlarla, yüksək səviyyəli kadrlarla təchiz olunmuş ordu qurmağa nail oldu. Müasir ordu danışıqlar prosesində respublikamızın özünəinam hissini artıran əsas amil qismində çıxış edirdi. Ordu quruculuğu üçün isə ilk növbədə iqtisadiyyatı gücləndirmək lazım idi. Prezident İlham Əliyevin müasir çağırışları və ölkənin iqtisadi potensialını nəzərə almaqla həyata keçirdiyi yeni nəsil islahatlar sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi təmin olundu. Bu gün respublikamız öz hesabıma yaşayır, heç kimin yardımına ehtiyacı yoxdur, heç kimdən asılı deyil. Məhz güclü iqtisadiyyat hər il dövlət büdcəsindən ordu quruculuğu üçün böyük həcmlərdə maliyyə ayrılmasına imkan verdi. Bütövlükdə, müharibəyə qədərki mərhələdə hər il Azərbaycanın dövlət büdcəsindən Silahlı Qüvvələrimizin möhkəmləndirlməsinə ayrılan vəsait Ermənistanın ümumi büdcəsini üstələyirdi.
Müasir ordu quruculuğu öz bəhrəsini verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin verdiyi bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən Ordumuz cəmi 44 gün ərzində düşməni diz çökməyə məcbur etdi. 2020-ci il noyabrın 8-də Şuşanın, ertəsi günü daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra qarşı tərəf sarsılaraq müharibəni davam etdirmək iqtidarında olmadığını anladı. Məğlub Ermənistan noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən üzərinə müəyyən öhdəliklər götürdü və həmin öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, Azərbaycan ərazi bütövlüyününün bərpasına hərbi-siyasi yolla nail oldu.
Suverenliyimizin bərpası yolu...
Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoyduq. Bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etdik. Sentyabrın 19-da isə Qarabağda suverenliyimizin bərpasına nail olduq.
Üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 10 min kontingentə malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri sentyabrın 19-da növbəti dəfə mina terroruna əl atdılar. Nəticədə polis əməkdaşları və mülki şəxslər həlak oldular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı.
Sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli hərbi uğurlar əldə edildi. O cümlədən qanunsuz hərbi birləşmələrin böyük hissəsi tamamilə sıradan çıxarıldı. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. 23 saatlıq antiterror tədbirləri nəticəsində bütün ərazilərdə suverenliyimiz tam bərpa edilib. Cari il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltdı. Bununla da müqəddəs missiyamız tamamlandı.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29

