Biz heç bir anti-İran fəaliyyətinə yer verməmişik, eyni şeyləri İrandan da tələb edirik
21.02.2012 [00:24]
“Biz İranla xarici siyasətimizi mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qururuq. Bir-birinin daxili işlərinə qarışmamaq, xarici ölkələrlə əlaqələrdə bir-birinin maraqlarına ziyan vurmamaq, bir-biri ilə münasibətlərə xələl gətirməmək bizim bu ölkə ilə yürütdüyümüz diplomatik siyasətin əsas istiqamətini təşkil edir. Son zamanlar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ölkəyə bağlı müəyyən çevrələr tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan bəzi arzuolunmaz, o cümlədən terror cəhdlərinin qarşısının alınması istiqamətində müvəffəqiyyətli əməliyyat həyata keçirdi. İranın bəzi dairələri əsası olmayan şəkildə, məhz, buna cavab olaraq “alternativ tədbir” kimi Azərbaycana qarşı, onu bu və ya digər fəaliyyətdə ittiham edən, günahlandıran nota verib. Bu bizim arzu etdiyimiz hal deyil”. Bunu APA-ya açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri bildirib ki, Azərbaycan özünün xarici siyasətini yalnız dövlət maraqları, təhlükəsizliyi çərçivəsində qurur: “Eyni zamanda, Azərbaycan özünün xarici əlaqələrindən İrana qarşı, eləcə də, digər qonşu dövlətlərə qarşı heç zaman istifadə etməyib, istifadə edilməsinə də imkan verməyib. Ona görə də bu şəkildə günahlandırmaların əsası yoxdur”.
Ə.Həsənov iki ölkə arasında gərginliyin olması barədə fikirlərlə də razılaşmayıb: “Mən deməzdim ki, iki ölkə arasında vəziyyət gərgindir. Lakin münasibətləri gərginləşdirməyə cəhd göstərən insanlar, dairələr var. Bu isə nə İranın, nə də Azərbaycanın xeyrinədir. Azərbaycan həmişə bütün tədbirlərdə İranın maraqlarını nəzərə alıb, bundan sonra da almaq fikrindədir. İran bizimlə müştərək tarixi, dini bölüşən, on milyonlarla soydaşımızın azərbaycanlıların yaşadığı bir ölkədir. Bu ölkənin maraqları bizim həmişə diqqətimiz mərkəzində olub və bu maraqların pozulmasına, heç bir anti-İran fəaliyyətinə yer verməmişik. Eyni şeyləri İrandan da tələb edirik və düşünürük ki, bu, belə də olacaq”.
Xəbər lenti
Hamısına baxSosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56

