Paris daha çox sülhə mane olur…
11.11.2023 [17:52]
Paşinyanın Fransa səfərinin pərdəarxası
Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu Fransa səfəri bir sıra məqamları ilə "diqqət" çəkdi. Belə ki, Paşinyan "böyük bacısıgilə" səfəri zamanı nələri müzakirə etdikləri haqda "X" səhifəsindəki qeydlərində bildirib ki, Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsini, Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub.
Təbii ki, Fransa ilə Ermənistanın bir neçə məqamda yolları "qovuşur" - riyakarlıq, rasizm, insan hüquqları pozuntusu, islamofobiya və bu kimi məsələlərdə analoji xətti tutan, yürüdən hər iki dövlətin sadalanan predmetlər üzrə əməkdaşlıq etmələri də istisna oluna bilməz. Məsələn, Fransa Əlcəzairdə, Ruandada və bu kimi başqa onlarla ölkədə soyqırımı törədib – müttəfiqi Ermənistan isə ötən əsrin son 10 illiyində ən böyük facilərdən biri olan Xocalı soyqırımına "imza atıb". Fransa günü bu gün də rasizm və irqi ayrı-seçkiliyi özü üçün "prinsip" kimi qəbul edir. Ermənistan isə hələ 1988-ci ildə azərbaycanlıları bir nəfər kimi öz ata-baba yurdlarından qovub etnik təmizləmə siyasəti həyata keçirib. İnsan hüquq və azadlıqlarının pozulması məsələsinə gəldikdə də Paris ilə İrəvan arasında oxşar cəhətlər çoxdur – Fransa neokolonializmi, Ermənistan isə terroru özünün dövlət siyasəti halına gətirib. Birincilər özündən min kilometrlərlə uzaqda "koloniya" qurub insan hüquqlarını pozursa, "kiçik bacı" 30 ilə yaxın bir milyona yaxın azərbaycanlını öz eivndə, öz yurdunda yavşamaq hüququndan məhrum etdi. Beləliklə, onların təcavüzə, zora söykənən siyasi baxışlarında oxşarlıq, bəzi hallarda eynilik hökm sürməkdədir.
Əməkdaşlıq "illüziyası"…
VI Paris Sülh Konfransı adı altında təşkil olunan toplantı Fransanın mənəvi əskiklərini ört-basdır etmək arzusudur. Fransanın "təşkil etdiyi" "sülh konfransı"nın "qonağı" olan Paşinyanın sülhlə bağlı "baxışları" hər kəsə bəllidir. Makron-Paşinyan cütlüyü bu gün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdid ola-ola utanmadan "sülhdən" danışırlar. Əslində eyni mərəzə - "omi(a)kron" mərəzinə tutulan və bu illətdən qurtula bilməyən Ermənistan və Fransa sülh prosesinə manne olmaq üçün bütün vasitələrə, yollara əl atırlar. Makron – Paşinyan danışıqlarının motivinə diqqət yetirsək maraqlı bir mənzərə ilə üz-üzə qalırıq:
- Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsi;
- Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələlər.
Fransa ilə Ermənistan arasında "ikitərəfli münasibətlər" bu gün silahlandırma, bölgədə yeni eskalasiya yaratmaq niyyəti, sabitliyə təhdid, inkişafa manne olmaq kimi tezislər üzərindən inkişaf etdirilir. Makron üçün Ermənistan Cənubi Qafqaz, hətta Mərkəzi Asiya "planlarının" vasitəsi və ya "tramplinidir". Fransa məhz İrəvanı özünün kölgəsinə salmaqla regiona "nüfuz etməyə" çalışır, başqa sözlə ondan ən çirkin şəkildə və açıq açığına istifadə edir. Ermənistan Fransanın bu iyrənc davranışını "ikitərəfli əlaqə" kimi qələmə verməyə çalışsa da, mənzərə ortadadır. Bu "əlaqələrin" nüvəsində yalnız və yalnız şəxsi korporativ maraqlar dayanır ki, bu maraqların təmini üçün Ermənistan bu gün uçuruma sürüklənir.
Avropa İttifaqı ilə "əməkdaşlıq" məsələsi də eyni qəbildən izah olunur – yəni, bu gün mərkəzçi Avropanın "adından" danışmağı özü üçün "qeyri-formal vəzifə" elan etmiş Fransa Ermənistanı məhz bu yolla aldadır – gəlişi gözəl sözlərlə Ermənistanı güzgüdə özünü ilğım şəklində daha böyük görməyə "vadar edir". Bunun əsl adı isə "əməkdaşlıq" pərdəsi ilə gizlədilir. Ermənistan bu gün "mülki missiya" adı altında ölkəsinin sərhədləri daxilinə yerləşdirdiyi "yarımjandarmeriya" kəşfiyyatçılarını "maskalamaq" üçün məhz Aİ ilə arasında hansısa əməkdaşlığın olduğunu sübut etməyə çalışır. Bu isə boş bir xəyaldır. Fransanın əsl niyyəti Cənubi Qafqazda nail olunmasına çalışılan sülhə gedən yolu qəlizləşdirməyə çalışmaq, buna mane olmaqdır.
İki nümunə – Fransa qarşıdurmaları körükləyir…
Ermənistan bir reallığı ya görmür, ya da görmür – Fransanın indiyə qədər hansısa bir münaqişə və ya qarşıdurma, hətta mübahisələri belə sülh vasitəsilə yatırtmağa niyyətləndiyini nə eşidən, nə görən, nə də duyan olmayıb. Bu dövlətin Yaxın Orta Şərqdə həyata keçirdiyi sömürgəçi siyasəti, Afrikada reallaşdırdığı müstəmləkə reallığı, neokolonializm hər kəsə bəlli bir faktdır. Çox uzağa getməyək, iki misal üzərindən Fransanın "sülhpərvərliyinin" üzərinə işıq salaq:
- Vaxtilə Azərbaycan ilə Ermənəistan arasındakı məlum münaqişənin guya "tənzimləmə prosesində" vasitəçi kimi rol alan Paris 30 ilə yaxın bir müddətdə bütün mümkün həll variantlarının baş tutmaması üçün əlindən gələni etdi. Bu ölkənin "səyi ilə" sonunda məsələ danışıqlar yolu ilə həllini tapmadı – Azərbaycan öz qətiyyəti sayəsində buna nail oldu. Müharibənin başa çatdığı 3 il ərzində sülhün baş tutmaması üçün dəfələrlə siyasi manipulyasiyalara əl atıb. İrəvanı sülhdən yayındırmaq üçün "başına tumar" çəkə-çəkə uçuruma sürükləyir – Makron üçün nə erməni xalqı, nə də Ermənistan heç bir məna kəsb etmir. Fransa öz maraqlarının təmini uğrunda Ermənistanı yenə də dalan dövlət statusunda qalmağa sövq edir. Rəsmi İrəvanın kasıb, ehtiyaclı, umacaqlı, hətta dilənçi halı Fransanın işinə daha çox yarayır.
- İkinci misala isə Yaxın Orta Şərqin misalında baxa bilərik. Qəzza problemi yeni-yeni başlayan zaman Fransa Həmasa qarşı koalisiya formalaşdırmaq istəyirdi, hətta buna çağırışlar belə edirdi. Amma indi İsrailin üzərinə gedir. Makronun həm daxili, həm xarici siyasəti anlaşılmazlıqlarla, ziddiyyətlərlə doludur. Bu dövlətin əsas qayəsi sülhün əldə olunmamasıdır. Paris üçün destruktiv mənzərə daha çox "ürəkaçıcıdır". Bu isə Fransanın neokolonist mahiyyətindən qaynaqlanır. Bu ölkə sabitliyi və əməkdaşlığı özü üçün təhdid sayır.
Bu yolda isə Ermənistanı özünün əlaltısına çevirib. Cənubi Qafqazın "əməkdaşlıq evi" olmaması üçün Fransa hər şey edir – İrəvanı silahlandırır, beynəlxalq hüququ ayaqlar altına alır, hətta beynəlxalq konvensiyaları belə pozur. İrəvan isə bunu görə-görə fransız oyunlarının "qurbanı" kimi özünün ölümünü gözləyir. Çünki Fransanın sürüklədiyi yol İrəvanı sürətlə məhvə tərəf aparır…
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

