Elçibəy "Azadlıq" qəzetinin redaktorunu Kələkiyə niyə çağırmışdı?
13.11.2023 [13:16]
Əli Kərimlinin "keçi sevdası"…
Mənəvi aşınmanın son mərhələsi sayılan simasızlıq redikül müxalifətin timsalında yenidən zühur etməkdədir. Son günlər sosial şəbəkələrdə Əli Kərimlinin "keçi eşqi" ilə etdiyi paylaşımı müzakirə predmetinə çevrilib. Xalqın ayrı-ayrı təbəqələrindən olan nümayəndələri bu məsələyə münasibət bildirir, Kərimlinin bütün sərhədləri aşaraq millətə xitabən bu kimi təhqiramiz ifadələrdən istifadə etməsini deqradasiyanın və xəyanətin "təntənəsi" adlandırırlar. Amma maraq doğuran bir məsələ var – o da, Kərimlinin uzun illərə söykənən "keçi sevdası"… . Əli Kərimli üçün sanki bir "keçi" fobiası mövcuddur. Xalqı təhqiramiz şəkildə keçilərlə müqayisə etməyə qalxan Kərimlinin niyə məhz "keçi sevdası"na düşməsinin maraqlı tarixçəsi var...
Orta nəslin nümayəndələri yaxşı xatırlayar – 1993-cü ildə Əbülfəz Elçibəyin Kələkiyə qaçışının ardından AXCP daxilində siyasi çəkişmələr pik həddə çatmış, nəticədə qruplaşmalar yaranmağa başlamışdı. "Yurd"çu birliyin başçısı kimi çıxış edən Əli Kərimli partiyadaxili rəqiblərinə qalib gəlmək üçün birinci növbədə partiyanın mətbu orqanını "ələ keçirmişdi". "Azadlıq" qəzetini özünün təbliğatı üçün rupora çevirən Kərimli bununla da kifayətlənməmişdi. O, radikal düşərgə daxilində Elçibəyi nüfuzdan salmaq, onun iş qabiliyyətini itirdiyini sübuta yetirmək, lağ obyektinə çevirmək üçün bütün addımları atırdı. Bunun isbatı isə o dövrlərdə Ə.Kərimliyə yaxın mətbu orqanlarda Elçibəylə bağlı təhqirdolu yazıların yazılmasıdır – Ə.Kərimli özünün "ustadı" haqqında olmazın təhqirlərdən ibarət "alçaldılma kampaniyası" aparırdı. AXCP üzvlərinin əksəriyyəti, eləcə də həmin dövrlərdə Ə.Kərimli ilə yaxın münasibəti olan bir sıra başqa partiyaların rəhbərləri də etiraf edirlər ki, bu kampaniyaları Əli Kərimli hazırlayır, özünə yaxın saydığı bəzi jurnalistlərin əli ilə Elçibəyi təhqir hədəfinə çevirirdi, ona fərqli adlar qoyaraq rəhbəri olduğu partiyanın üzvləri arasında nüfuzunun itməsinə çalışırdı. Vaxtilə özünün "lideri" adlandırdığı, rəhbəri "saydığı" şəxsə qarşı bu qədər ucuz və təhqiredici kampaniya aparması, Elçibəyin adına məqsədli formada uyğunlaşdırılmış təhqiramiz "ifadələr", "adlar" seçərək onu aşağılamağa çalışması Kərimlinin məqsədinə çatması yönündə planının tərkib hissəsi idi. Bütün bunlara qarşı çıxan "partiyadaxili müxalifət" üçün isə Kərimli "Azadlıq" qəzetinə gedən yolu bağlamışdı – qarşı tərəfin partiya mətbuatına çıxmaq imkanları məhdudlaşdırılmışdı. Hətta özünün "əlaqələrindən" istifadə edərək Kərimli həmin şəxslərin digər qəzetlərdə çıxış etməsinin də qarşısını almağa çalışırdı.
Kərimlinin bu hərəkətləri nəticədə "çat verdi" – həmin dövrlərdə Elçibəyin Kələki kəndində Türkiyədən gələn bir nümayəndə heyəti ilə görüşü ilə bağlı yazının "Azadlıq" qəzetinin ən son səhifəsindən lazımsız, gülünc və sanki təhqiredici formada verilməsi o zamankı AXCP sədrini belə hiddətləndirdi – həmin dövrdə qəzetin baş redaktoru olan Gündüz Tahirli Ordubada çağırıldı. Elçibəyin suallarını cavablandıran Tahirli özü etiraf etmişdi ki, bu, Ə.Kərimlinin xüsusi göstərişidir. Eyni zamanda, Bakıdan getmiş bəzi AXCP üzvləri də Elçibəyə onunla bağlı təhqiramiz bənzətmələrin də məhz Kərimli tərəfindən məqsədli şəkildə yayıldığını, bu yöndə təbliğatın aparılması üçün hətta maddi vəsaitin belə xərcləndiyini etiraf etmişdilər.
Göründüyü kimi, qozbeli qəbir düzəldər… Əli Kərimlinin "qozbelliyi" hələ də davam edir. Vaxtilə öz sədrinə qarşı apardığı təhqiramiz kampaniyanın sərhədlərini bir az da "genişləndirərək" artıq xalqı hədəfə alır. Müasir Azərbaycanın qələbələrlə müşayiət olunan müasir tarixinə ləkə yaxmaq üçün Kərimlinin seçdiyi "yol" və ya "ifadə" də təsadüfi deyil. Qarabağda görülən meqa işlərə "keçi" səviyyəsində "qiymət vermək" Kərimlinin özünün mahiyyətini ortaya qoyur. Bu kimi mənəvi aşınma, mənəvi deqradasiya Kərimlinin şəxsiyyət kimi bitmişliyinin təsdiqidir. Özünü siyasətçi kimi sübut edə bilməyən Ə.Kərimli artıq özünü normal insan kimi ifadə etmək qabiliyyətini də itirib – bunu özü faktoloji şəkildə isbatlayır…
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

