Papanın “Silahlar heç vaxt sülh gətirməyəcək” çağırışı
14.11.2023 [10:45]
Fransa bu çağırışdan nəticə çıxarmalıdır
NARDAR
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Oktyabrın 7-dən başlanan silahlı toqquşmada bugünədək 10 mindən çox insan həlak olub. Bir çox dünya ölkələrinin, beynəlxalq təşkilatın çağırışlarına baxmayaraq, tərəflər silahı yerə qoymaq niyyətində deyil.
Tərəflərə çağırış edənlər arasında Roma Papası Fransisk də var. Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi “Angelus” duası zamanı çıxışında deyib ki, Yaxın Şərqdə silahlar dayanmalıdır. Silahlar heç vaxt sülh gətirməyəcək və münaqişə genişlənməməlidir. “Fələstində və İsraildə vəziyyət çox ciddidir. Münaqişədən əziyyət çəkənlərə, fələstinlilərə və israillilərə yaxınlığımı bildirirəm. Bu qaranlıq anda onları qucaqlayıram və çox dua edirəm. İstər xristian, istər yəhudi, istər müsəlman, hər hansı xalqdan və dindən olan hər bir insan müqəddəsdir, Allah yanında əzizdir və sülh içində yaşamaq hüququna malikdir”, - deyə Papa Fransisk vurğulayıb.
Roma Papası Qəzzaya humanitar yardımların davam etdirilməsinə və girovların azad olunmasına çağırış edib: “Qəzzada yaralılara təcili yardım göstərilməli, mülki şəxslər qorunmalı və bu tükənmiş əhaliyə daha çox humanitar yardım çatdırılmalıdır. Aralarında çoxlu qoca və uşaqların da olduğu girovlar azad edilməlidir. Ümidimizi itirməyək, dua edək və yorulmadan çalışaq ki, insanlıq hissi qəlblərin sərtliyindən üstün olsun”.
Yaxın Şərqdə vəziyyətlə bağlı Roma Papasının fikirləri həqiqətən də məntiqli və doğrudur. Çünki Yaxın Şərqdə minlərlə günahsız insanın-uşaqların, qadınların və qocaların qanı axıdılır. Axan qanları dayandırmaq, bölgədə sülhü təmin etmək üçün bütün dünya birliyi səfərbər olmalı, bu məsələdə tərəf tutmamalıdır. Heç bir ölkə burada öz mənfəətini güdməməlidir. Papa Fransisk onu da çox doğru vurğulayıb ki, silahlar heç vaxt sülh gətirməyəcək. Çünki silah istehsal edən, yeni-yeni dəhşətli, ölüm saçan silahlar ixtira edən ölkələr dünyada sülhün təmin edilməsini istəməz. Onlar həm silahları satıb pul qazanmaq, həm də ondan istifadə edərək qan tökmək istəyirlər.
Belə ölkələrdən biri də Fransadır. Bu yaxınlarda Fransa ilə Ermənistan arasında silah tədarükü haqqında müqavilə imzalanması Parisin Cənubi Qafqazda müharibənin yenidən alovlanmasında maraqlı olduğunu göstərir. Bəs Roma Papası nə üçün Fransaya da çağırış etmir? Belə bir çağırış da olsaydı, bəlkə də Fransanı öz mövqeyindən daşındırmaq mümkün olardı. Məlumdur ki, Ermənistan 30 il ərzində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayıb, 1 milyondan çox insan öz doğma yurdlarından didərgin düşüb. Ermənistan bu dövr ərzində həmin ərazilərdə hər şeyi, o cümlədən müqəddəs hesab olunan dini abidələri, məscidləri də tamamilə dağıdıb. Azərbaycanın çağırışlarına baxmayaraq, beynəlxalq birlik, o cümlədən Fransa Ermənistana qarşı təzyiq göstərmədi. Əslində, Fransa kimi ölkələrin dəstəyi İrəvanı işğalçı siyasətini davam etdirməyə həvəsləndirirdi. Nəticədə 2020-cı ildə 44 günlük Vətən müharibəsində Azərbaycan beynəlxalq hüquqa əsasən öz gücünə işğal altında olan torpaqlarını azad etdi.
Məhz bundan sonra Fransa öz gerçək simasını daha aydın büruzə verməyə başladı. Müharibə dövründə və ondan sonra işğalçı Ermənistana və erməni separatizminə açıq dəstək verən rəsmi Paris beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Bu yaxınlarda Ermənistana silah tədarükü ilə bağlı müqavilənin imzalanması və artıq hücum xarakterli hərbi texnikaların Fransadan yola salınması Parisin Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən xəbər verir. Amma yaxşı olardı ki, rəsmi Paris Roma Papasının “Silahlar heç vaxt sülh gətirməyəcək” çağırışından nəticə çıxarsın.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

