Ziddiyyətli hərbi təlim...
15.11.2023 [10:30]
İrəvan Avropa tərəfindən məqsədli şəkildə müharibəyə sürüklənir
Son dövrlərdə Ermənistanın müharibə “ab-havası” ilə yaşaması özünü bir sıra amillərlə biruzə verməkdədir. Fransadan silah əldə etməsinin ardından İrəvan bəzi dövlətlərlə birgə təlimlərə də qoşulub. Belə ki, Ermənistan, Yunanıstan və Kiprin xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçirilib. KİV-də yayılan məlumatlara görə, təlimlər noyabrın 6-dan 10-dək Yunanıstanın milli müdafiəsinin baş qərargahı olan Attikanın Nea Peramos bölgəsində keçirilib. Bildirilib ki, birgə təlimlər Yunanıstan, Kipr və Ermənistan arasında 2023-cü il üçün Birgə Fəaliyyət Planının bir hissəsidir və iştirakçılar arasında qarşılıqlı anlaşma səviyyəsinin yüksəldilməsinə və təcrübə mübadiləsinə, eləcə də onların əməliyyat imkanlarının artırılmasına xidmət edir. Təlimlər sürətli döyüş atışları, snayper texnikası və taktikası, yaşayış sahəsi daxilində rəqabətin texnikası, taktikası və prosedurları, kiçik miqyaslı təlimlərin təşkilini əhatə edib.
Göründüyü kimi Ermənistanın bu kimi hərbi təlimlərə qoşulması özü həm ortaya bəzi suallar çıxarır, həm də təzad yaradır. Məsələn, KTMT üzvü olan Ermənistanın NATO üzvü olan Yunanıstanla birgə hərbi təlimlərə qoşulması ziddiyyətlidir. Nəzərə alsaq ki, hər iki strukturun təmsilçiləri konkret olaraq Ukrayna “cəbhəsində” qeyri-formal da olsa, qarşı-qarşıya dayanıblar, Ermənistanın bu addımını təmsil etdiyi quruma növbəti xəyanəti kimi də adlandırmaq olar. Bu hərbi təlimlərin xüsusilə, Yunanıstanla keçirilməsi də ayrıca bir məsələdir - hər kəsə bəllidir ki, Yunanıstan ilə Türkiyə arasında müəyyən ziddiyyətli məsələlər var və hətta bəzi anlarda bu məsələlər kritik fon alır. Bu nöqteyi-nəzərdən Ermənistanın Yunanıstan və Kipr ilə birgə təlim keçməsi Azərbaycan-Türkiyə birliyinə qarşı növbəti sabotaj kimi qiymətləndirilməlidir. Bu təlimlər nə qədər də “Birgə Fəaliyyət Planının bir hissəsi” kimi təqdim olunsa da, onun Azərbaycan-Türkiyə strateji əməkdaşlığına qarşı yönəldiyi ortadadır.
Digər bir məsələ, təcrübə mübadiləsinin “əməliyyat imkanlarının artırılması”na xidmət göstərməsi məsələsidir - Ermənistanın silahlandırılması, onun “əməliyyat imkanlarının artırılması” birmənalı şəkldə Avropanın Azərbaycana qarşı apardığı təzyiq kampaniyasının növbəti təzahürüdür. Qərb regionda sabitliyin formalaşmasına məhz bu yolla mane olmağa çalışır - gücsüz və insan resursu həddindən aşağı səviyyədə olan Ermənistanı qızışdırmaqla, silahlandırmaqla yeni eskalasiyalara zəmin yaradır. Amma Ermənistan unutmamalıdır ki, Azərbaycan Ordusu ölkəmizə qarşı planlaşdırılan bütün təxribatların qarışısını almaq iqtidarındadır. Ermənistanın arxasında hansı qüvvələrin və ya dövlətlərin dayanmasından, İrəvanı hansı güclərin dəstəkləməsindən asılı olmayaraq yeni eskalasiya arzusu Ermənistanın ən böyük səhvi olar. Təsadüfi deyil ki, noyabrın 8-də Xankəndi şəhərində keçirilən Zəfər paradında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin: “Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

