Ədalət öz yerini tapır...
21.11.2023 [10:50]
Xocalı qatilləri, Meşəli qatilləri mühakimə qarşısındadırlar
Vətən müharibəsində əldə olunan Zəfər, eyni zamanda, lokal antiterror tədbirlərinin uğurla nəticələnməsi Azərbaycan üçün yeni perspektivlər formalaşdırdı. Bu uğurlar ölkəmizə həm də illərdir tapdanan, göz ardı edilən hüquqlarımızın təmin olunmasını, 30 ilə yaxın davam etmiş cəzasızlıq mühitinin aradan qaldırılmasını, bir sözlə, ədalətin bərpasına imkan yaradıb. Ermənistanın silahlı qüvvələrinin tərkibində, eyni zamanda ləğv olunmuş qondarma xuntanın törətdiyi cinayətlərdə əli olan, məsuliyyət daşıyan cinayətkarlar qanun və hüquq qarşısında cavab verir.
Son aylarda bu kimi araşdırmalar daha geniş şəkil alıb. Meşəli qatili Vaqif Xaçaturyanın, başqa bir cinayətkar Raşid Beqlaryanın istintaqa söylədikləri faktlar Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Xocalıda qadın, uşaq və yaşlı insanlardan ibarət 200 insanı amansızlıqla qətlə yetirən...
Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunaraq həbs edilən Raşid Beqlaryan Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinir. Dindirilməsi zamanı isə Beqlaryanın Xocalı faciəsinin törədilməsində iştirakçı olduğu ortaya çıxıb. 1992-ci il fevralın 26-da Beqlaryanın da daxil olduğu silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirib. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.
Cinayətkarlar cavab verir...
Bəli, XX əsrin ən böyük faciələrindən biri sayılan Xocalı soyqırımı bəşəri cinayətdir. Bu gün Azərbaycana qarşı qondarma ittihamlarla beynəlxalq ədalət məhkəmələrinə muraciətlər ünvanlayan, xarici təşkilatlardan “yardım gözləyən” Ermənistan törətdiyi bu qətliamın cavabını verməlidir. Bu soyqırımını təşkil edən, həyata keçirən, bir sözlə, əli dinc insanların qanına batmış hər bir qatil və cinayətkar məhkəmə, hüquq və ədalət qarşısında cavab verməlidir. 30 ilə yaxın çirkin siyasi oyunlarla, hvadarlarının köməyi ilə məsuliyyətdən yayınan Ermənistan artıq bunu bacarmır. Azərbaycanın qətiyyəti, regionda yaratdığı yeni siyasi rallıqlar Ermənistanın təcavüzkar və cinayətkar simasını ifşa edir. Xocalıda qətlə yetirilmiş yüzlərlə günahsız insanın hüquqları, haqqı tanınır - onların qatilləri əsl cəzalarına çatır. Bu, Azərbycanın gücünü, qüdrətini və hər zaman haqqın yanında yer aldığını göstərən bir haldır. İllərlə törətdiyi cinayətlərin məsuliyyətindən boyun qaçıranlar bu gün ədalət mühakiməsi qarşısında öz cinayətlərini etiraf edirlər. Azərbaycan xalqı hər zaman buna inanırdı - hər zaman haqqın, ədalətin bərpa olunacağına, cinayətkarların öz cəzasına çatacağına inanırdıq. Bu gün artıq həmin inamımız həqiqətə çevrilir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

