Redikül müxalifət niyə susur?
22.11.2023 [10:00]
Əli Kərimli “itib”, Osmanqızı isə “iz azdırır”...
Son dövrlərdə Qərbin - ABŞ-ın, Fransanın, hətta bəzi məqamlarda Aİ strukturlarının Azərbaycana qarşı siyasi təzyiq kampaniyaları daha da intensivləşib. Bunun fonunda isə adıçəkilən “ünvanlar” Ermənistana münasibətdə həm açıq dəstəkləmə, həm də müharibəyə təhrik mövqeyi ortaya qoyurlar. Bu bariz ikili standart nümunəsi olduğu qədər beynəlxalq hüquqa hörmətsizlik, Azərbaycanın ədalətli mövqeyinə qarşı qeyri-demokratik davranışdır. Bu həm də dövlət olaraq əldə etdiyimiz uğurlardan qaynaqlanan bir qısqanclığın nümayişidir. Məsələn, noyabrın 15-də ABŞ Konqresində keçirilən əsassız “dinləmələr”, “907-ci düzəliş”lə bağlı ədalətsiz mövqe ABŞ-ın əsl simasını bir daha dünya ictimaiyyətinə nümayiş etdirir.
Azərbaycan ictimaiyyəti birmənalı şəkildə milli maraqlarımızın əksinə yönələn bu kimi təhdidlərə qarşı mübarizə sərgiləməkdədir. Xalqın bütün sosial təbəqələrindən olan nümayəndələri bu və ya digər şəkildə ölkəmizə qarşı yönəlik bu haqsız iddiaları, Ermənistanın müharibəyə təhrik olunması, silahlandırılması və başqa faktlarla bağlı etiraz səslərini ucaldır. Bu səslərin arasında isə birgə redikül müxalifətin “səsi” eşidilmir. Sanki düşərgəyə “ölü sükut” hakim kəsilib...
Cəsarətsizlik, yoxsa köləlik...
Bəli, son dövrlərin dinamik siyasi proseslərinin fonunda redikül müxalifətin bu “korluğu” və “karlığı” çox şeydən xəbər verir. Nə ermənipərəst Sevinc Osmanqızının erməni pulu ilə hasilə gəlmiş internet televiziyasında, nə də AXCP sədri Əli Kərimlinin nəzarətindəki digər xəyanət yuvasına dönmüş resurslarda ölkəmizin milli maraqlarının müdafiəsi ilə bağlı bir cümləyə belə rast gəlinmir. Ümumiyyətlə, bu mövzuya toxunmamağa daha çox üstünlük verən redikül müxalifət bununla özünün xain simasını bir daha nümayiş etdirir. Axı Qərbin hədəfə aldığı Azərbaycan dövləti və xalqı, onun maraqlarıdır. Özünü “siyasətçi” adlandıran əlikərimlilər, tofiqyaqublular və digərləri niyə Qərbə, Fransaya, AB?-a cavab vermək kimi bir “məsuliyyət” hiss etmir. Özünü “vətənpərvər” qiyafədə təqdim edən bu xainlər susmağı ilə kimlərin dəyirmanının “çaxçax”ı olduqlarını etiraf edirlər. Maddi dəstəklərini itirmək qorxusu ilə ölkəmizə qarşı yönələn haqsız hücumları görməzdən və eşitməzdən gəlməklə bu şəxslər hansı əqidəyə, mərama və “vətəndaş təəssübkeşliyinə” malik olduqlarını ortaya qoyurlar. Bu, bir daha həmin şəxslərin Qərbin qarşısında öhdəliyə malik olduqlarını, onlara “kölə xidməti” həyata keçirdiyini deməyə əsas verir.
Osmanqızı BƏM-in qərarını təhrif edir...
Maraqldır ki, “izi itirməkdə” usta olan Sevinc Osmanqızı hətta Azərbaycanın qalib gəldiyi, Ermənistanı hüquqi müstəvidə məğlub etdiyi Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını belə təhrif etməkdən çəkinmir. Ermənipərəst Osmanqızı ölkəmizə qarşı qaldırılan iddialara verilən rədd cavabını fərqli şəkildə - təhrif edərək təqdim edir. Bu kimi riyakarlıq isə ermənidən betər ermənilikdən başqa adla çağırıla bilməz. Osmanqızı utanmadan, qızarmadan Azərbaycanın hüquq müstəvisindəki növbəti uğuruna qarşı da qısqanclıq nümayiş etdirir, bunu fərqli donda təqdim etməyə çalışır.
ABŞ-ın Azərbaycana yönəlik haqsız davranışlarına qarşı bir kəlmə söyləmək cəsarətinə malik olmayan Əli Kərimli isə “internet efirlərdən itib”. Başqa vaxt saatbaşı “efirdə” taftalogiya danışan Kərimli indi “çanağına” çəkilib. Əlbəttə ki, qorxur ki, sosial şəbəkələrdə “üzə çıxdığı” anda ondan soruşulacaq - nə üçün Qərbə etiraz etmirsiniz? Bu sualların qarşılığında isə “cəsarətimiz çatmır” və ya “maddi gəlirimiz kəsilər” cavabını verməyə belə cəsarət lazımdır...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

