Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Makron səni haradan hara endirdi, Fransa?

Makron səni haradan hara endirdi, Fransa?

28.11.2023 [10:33]

Az qala bütün dünyaya demokratiya və insan hüquqları dərsi keçməyə cəhd edən Fransa  Emanuel Makronun prezidentliyi dönəmində, bəlkə də, tarixinin ən miskin dövrünü yaşamaqdadır. Onun rəhbərliyi altında Fransa daxili və xarici siyasətində ardıcıl olaraq uğursuzluqlarla üzləşir. Müşahidələrə əsasən deyə bilərik ki, bu ölkə demokratiyadan mühafizəkarlığa və anarxiyaya geri dönüş edir. Ölkə vətəndaşları onların həyatını ağırlaşdıran daxili siyasətdən narazıdırlar. Parisin küçələrində və əyalətlərdə etirazlar permanent hala keçib və dağıdıcı xarakter alıb. Eyni zamanda, hazırkı iqtidarın xarici siyasət doktrinası müxtəlif regionlarda iflasa uğrayır. Belə ki, Fransanın neokolonializm siyasəti apardığı Afrikada bu ölkədən qopmalar intensivləşib və narazılıqlar kütləvi hal almağa başlayıb. Bütün bunların nəticəsidir ki, E.Makron Fransanın özündə və ölkə hüdudlarından kənarda  

arzuolunmaz şəxs kimi qarşılanır. Onun tez-tez tuş gəldiyi yumurta “atəşləri” bütövlükdə Fransanın imicini palaz kimi yerlə bir edir. Müşahidə edilənlər bu ölkə barəsində miskin təəssüratlar oyadır və qeyri-ixtiyari olaraq sual edirsən: E.Makron səni haradan hara endirdi, Fransa?

Regionlarda aqrar siyasətə qarşı fermerlərin etirazları

E.Makronun ölkə vətəndaşlarının mənafeyini nəzərə almayan, əksinə onların həyat şəraitinin ağırlaşması ilə sonuclanan qərarları Parisdə və regionlarda səngimək bilməyən etirazların əsas qaynağıdır. Bir qədər bundan əvvəl “Hümanite” qəzetində dərc olunan statistika etirazçıların narahatlığının əbəs olmadığını təsdiqləyir. Həmin statistik təqdimatda bildirilir ki, Fransada daha kasıb əhalinin 25 faizi 62 yaşdan daha tez həyatdan köçür. Başqa bir rəqəm də kədərlidir. Vurğulanır ki, 62 yaş fransızların yarısı üçün arzulanan “uzun ömür” sayılır. Bütün bunların əsas səbəbi isə ölkədə həyat şəraitinin getdikcə ağırlaşmasıdır. Xatırladaq ki, cari ilin əvvəlindən ölkə prezident E.Makronun təşəbbüsü ilə hökumətin yanvar ayında təqdim etdiyi pensiya islahatları layihəsinə qaşı etirazlarla silkələndi.  Küçələrə axışan etirazçılar “Ömür boyu işləmək istəmirik” şüarları səsləndirirdilər.

Bu günlərdə isə Fransada daxili etirazların yeni dalğası başlayıb. Söhbət fermerlərin hökumət əleyhinə getdikcə genişlənən aksiyalarından gedir.  Fransa KİV-nin yaydığı məlumata görə, bu dəfə fermerlər artan vergilərə və gübrə qiymətlərinə etiraz  edirlər. Təbii ki, hökumət fermerlərin etirazlarına məhəl qoymaq istəmir. Buna görə də fermerlər etirazlarını qeyri-adi formada ifadə etmək məcburiyyətində qalırlar. Onlar Tuluzda hökumət binasının qarşısındakı meydanda peyin yandırıblar. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bəhs olunan etiraz yeganə belə hal deyil. Qeyd edək ki, bir müddət əvvəl fransız fermerlər qiymət artımına etiraz olaraq Pau və Bayonne şəhərlərində hökumət binalarının qarşısına təkər, peyin və zibil tökmüşdülər.

Fermerlərin etirazlarını qeyri-adi formada bildirmələri suallar doğurur. Niyə özünü “demokratiya beşiyi” adlandıran Fransada fermerlər etirazlarını sivil qaydada ifadə etmirlər? Baş verənlər Fransanın ənənələrinin və dəyərlərinin aşınmasından xəbər verir. Hökumət yerlərdən gələn təkliflərə məhəl qoymur. Buna görə də fermerlər diqqət cəlb etməkdən ötrü belə variantlara əl atmaq məcburiyyətində qalırlar. Bu, hazırkı, daha dəqiq desək, E.Makron Fransasının simasıdır.

Polis zorakılığına son!

Fransanın paytaxtında və əyalətlərində genişlənən etirazların digər bir mənbəyi polis zorakılığıdır. Artıq bir neçə gündür ki, ölkəni Roman-syu-İzer şəhərində kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları polis idarəsinin qarşısına toplaşaraq “Polis özbaşınalığına son!” şüarı səsləndirirlər.

Qığılcımın alova çevrilməsinə şəhərin cənub hissəsində gənclər arasında baş verən mübahisə zamanı bir nəfərin ölümü səbəb olub. Hadisə yerinə gələn polis 20 nəfəri həbs edib. Aksiya iştirakçıları bildirir ki, həbs olunanların baş verən cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur.

Şəhərin mərkəzi meydanına çıxan aksiyaçıları Fransanın sağ təmayüllü siyasi hərəkatları da dəstəkləyib. Bu hərəkatın nümayəndələri bildiriblər ki, Fransa polisi son illərdə özbaşınalıq nümayiş etdirir. Obyektiv araşdırma aparmaq əvəzinə, qanunsuz həbslər həyata keçirir ki, bu da demokratik prinsiplərə və insan hüquqlarına ziddir.

Fransanın “France Bleu” radiosunun məlumatına görə, polislə qarşıdurma irqi zəmində baş verən cinayətin nəticəsidir. Son dövrlər Fransada Afrika mənşəli insanlar diskriminasiyaya məruz qalır. Polis isə hər zaman günahı afrikalı miqrantlarda görür. Xatırladaq ki, bu günlərdə prezident E. Makron hökumətin iclasında ölkənin cənubunda təhlükəsizlik probleminin olduğunu etiraf etmişdi.

Ümumiyyətlə, irqçilik Fransada getdikcə daha bariz şəkildə təzahür edir. Cari ilin yayında Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisə irqi zəmində baş verib, belə ki, qətlə yetirilən yeniyetmə Əlcəzair əsilli olub. Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlarla sonuclanıb - barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar yaşanıb və s. İnsanlar açıq şəkildə baş verənlərə qarşı etiraz edərək Makron hakimiyyətinin törətdiyi cinayətlərə, polis zorakılığına yox deyiblər. Öldürülən Əlcəzair əsilli  Nahel adlı gəncin anası Muniya da digər fəallar kimi, oğlunun qətlinə məhz irqinin səbəb olduğunu bildirib.  “France 5” telekanalına müsahibə verən Muniya bildirib ki, polis ərəbin üzünü görüb və onu öldürməyə qərar verib...

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31