200 illik işğala son!
05.12.2023 [10:40]
Korsikada Fransa müstəmləkəçiliyinə qarşı mübarizənin yeni dalğası
Müstəmləkəçilik və sümürmə siyasəti XXI əsrin baxışları ilə bir araya sığmır. Biz son illərdə Afrikada hələ də əsarət altında yaşayan xalqların mütəmləkəçiliyə, xüsusilə də Fransanın yeni kolonializm siyasətinə qarşı mübarizə hərəkatının genişləndiyini müşahidə edirik. Təkcə 2023-cü ildə Nigerdə və Qabonda Fransa əleyhinə kütləvi inqilablar baş verdi. Elə bu günlərdə Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib. Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan ölkələr sırasında, həmçinin Korsika da yer alır. Bu ölkədə azadlıq mübarizəsi dönməz prosesə çevrilib. Prezident Em?anuel Makron vədlərlə, dilətutmalarla, bunlar nəticə vermədikdə isə sərt təzyiq vasitələri ilə Korsikada etirazları səngitməyə çalışsa da, onun səyləri bir nəticə vermir.
İşğalın kədərli izləri
Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də, üzqarası siyasətinin mahiyyəti dəyişməyib. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.
Fransanın qatı müstəmləkəçilik siyasəti Korsikada da öz kədərli izlərini buraxıb. Xatırladaq ki, Korsika zamanında Avropaya demokratiya gətirən ilk müstəqil dövlətlərdən biri olub. Müstəqil Korsikanın əsası Paskal Paoli tərəfindən 1755-ci ildə qoyulub. Bu, xalqın uzun illər davam etdirdiyi azadlıq mübarizəsinin nəticəsində mümkün olub. Əslində, müstəqil Korsika Respublikasının konstitusiyası müasir tipli ilk Avropa konstitusiyası idi. Burada dünya tarixində ilk dəfə qadınlara seçki hüququ tanınırdı. Jan Jak Russo və Volter kimi maarifçi filosofların azadlıq, müstəqillik və demokratiya haqqında fikirlərini özündə ehtiva etdən bu sənəd sonradan avropalıların ilham mənbəyi?? çevrilib. Korsika Respublikası qısa müstəqillik tarixində, həmçinin öz hökumətini qurub, dövlət bayrağını və digər atributlarını təsis edib, ordu formalaşdırıb...
Lakin bütün bunlar tezliklə keçmiş olub. Belə ki, cəmi 14 il sonra, 1769-cu ildə Fransa adanı işğal altına alaraq Korsikanı özünün müstəmləkəsi elan edib. Bu işğal korsikallılara böyük məhrumiyyətlər gətirib. İki əsrdən çoxdur ki, adada azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbsə alınırlar. Bir qayda olaraq müstəmləkəçiliyə qarşı mübarizə aparan korsikalılılar Fransa həbsxanalarında saxlanılır və burada onlara ən ağır formada işgəncələr verilir.
E.Makronun manevrləri və vədləri nəticə vermir
Təxminən 200 ili əhatə edən müstəmləkə?ilik dövründə Fransa Korsikanı öz ənənələrindən və tarixindən uzaqlaşdırmaq siyasəti apararıb. Adanın “fransızlaşdırılması” hazırda da davam etdirilir. Verilən məlumatlara görə, hər il minlərlə Fransa vətəndaşı hökumətin dəstəyi ilə Korsikada daşınmaz əmlak alır ki, bu da adanın demoqrafik vəziyyətini dəyişdirməyə xidmət edir. Yerli əhalinin müstəqilliklə bağlı referendum istəklərinə məhəl qoyulmur, referendum təşkil olunduqda isə nəticələr açıq-aşkar saxtalaşdırılır.
Son vaxtlarda müşahidə edilən proseslər onu deməyə əsas verir ki, artıq Korsikada Fransa müstəmləkəçiliyindən qopmaq, geniş status almaq uğrunda təxminən 200 illik azadlıq mübarizəsinin yeni və geriyə dönməz mərhələsi başlayıb. 2022-ci ildə Korsikada 1998-ci ildə bir prefektin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş İvan Kolonnanın həbsxanada öldürülməsindən sonra yeni etirazlar dalğasına start verilib. İvan Kolonna adanın müstəqilliyi uğrunda mübarizənin simvolu kimi qəbul edilirdi. Korsikanın statusu məsələsi daha sonra Fransada ictimai müzakirələrin bir hissəsi oldu. Adada artan gərginliyə və kütləvi anti-hökumət etirazlarına cavab olaraq, Daxili İşlər Naziri Korsikanın statusunun dəyişdirilməsi ilə bağlı danışıqlar aparıldığını elan edib. Amma hökumət adada bir ildən artıqdır ki, kəskinləşən siyasi böhrandan çıxış yolu tapma bilmir. Əslində, mərkəzi hakimiyyətlə korsikalı siyasətçilər arasında adanın gələcəyi ilə bağlı aparılan danışıqlar dalana dirənib. Ortaq məxrəcə gəlinməməsi adanın statusu ilə bağlı ciddi mövqe fərqləri ilə bağlıdır. Korsikanın solçu millətçiləri “Korsika millətinin” tanınmasını, Korsika dilinə rəsmi status verilməsini tələb edirlər. Adanın təhsil, səhiyyə və vergi siyasətinin müstəqil idarə edilməsi də tələblər sırasındadır.
Prezident E.Makron Korsikada sabitliyi təmin etmək və Fransaya etimad yaratmaq üçün son illərdə bir neçə dəfə adaya şəxsən səfərə gedib və parlamentdə çıxış edərək yenə də korsikalıların başının altına yastıq qoymağa çalışıb. Lakin onun “geniş status”baxışları və vədləri ada sakinlərinin istəyindən çox uzaqdır. Fransanın dövlət başçısı Korsikanın millət və dillə bağlı tələblərindən ehtiyat edir və buna görə də manevrlərə əl atır. Ancaq Korsikada müşahidə edilən son proseslər ondan xəbər verir ki, Makronun belə imkanları çox məhduddur və adanın Fransanın təsir dairəsindən çıxacağı gün uzaqda deyil.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

