ARDNŞ Sulutəpədə baş vermiş insidenti araşdırmaq üçün komissiya yaradıb
19.04.2012 [23:44]
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakının Binəqədi rayonunun Sulutəpə yatağı ərazisində qanunsuz tikililərin sökülməsi ilə əlaqədar baş vermiş insidentin təfərrüatlarını aydınlaşdırır. Bunu dünən ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov keçirdiyi mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, ARDNŞ 2006-cı ildən etibarən Şirkətin istifadəsində olan sənaye təyinatlı torpaqlarda inşa edilmiş qanunsuz tikililərə qarşı tədbirləri sürətləndirib: “Hər kəsə məlumdur ki, ARDNŞ-in istifadəsində olan sənaye təyinatlı torpaqlarda xeyli qanunsuz tikililər inşa edilib ki, bu da neft-qaz əməliyyatlarının sərbəst həyata keçirilməsinə, hasilatın artırılmasına ciddi maneələr yaradır. Eyni zamanda, sözügedən qanunsuz tikililər Dövlət Neft Şirkətinin xarici şirkətlərlə imzaladığı və dövlət tərəfindən müvafiq təminatlarla təmin olunmuş hasilatın pay bölgüsü sazişlərinin həyata keçirilməsi işinə çox ciddi əngəllər törədir. Nəticə etibarilə, qanunsuz tikililərin inşa olunması dövlətimizin iqtisadiyyatı üçün ciddi təhlükə yaradır. Buna görə də, ARDNŞ müvafiq tədbirlər görür. Bu ərazilər yenidən siyahıya alınıb, inventarizasiya olunub, xəritələr çəkilib, bu xəritələr aidiyyəti dövlət orqanlarına göndərilib, xüsusilə Bakı şəhər İcra Hakimiyyətində bu xəritələr ətraflı araşdırılıb və hansi ki müvafiq dövlət orqanları tərəfindən qanuni sərəncamla verilmişdi, qanuni istifadəçilər müəyyən edilmişdi, həmin ərazilər xəritələrdən çıxarılıb. Yalnız ARDNŞ-in istifadəsində olan ərazilər üzrə yeni xəritələr tərtib olunub və həmin xəritələr Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilib. Bu xəritələri əsas götürərək ARDNŞ-in istifadəsində olan, eləcə də, hasilatın pay bölgüsü sazişləri üzrə Dövlət Neft Şirkəti tərəfindən podratçı tərəflərin istifadəsinə verilmiş torpaq sahələrində inşa olunmuş qanunsuz tikililərə qarşı mübarizəyə başlanıb”.
Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin hüquq-mühafizə orqanları ilə birlikdə Binəqədi rayonunun Sulutəpə yatağı ərazisində keçirdiyi tədbir zamanı baş vermiş hadisələrə toxunan E.Orucov qeyd edib ki, bu məsələnin aydınlaşdırılması istiqamətində müvafiq tədbirlər görülür: “ARDNŞ prezidenti Rövnəq Abdullayevin 18 aprel 2012-ci il tarixli əmri ilə neft-qaz əməliyyatları üçün nəzərdə tutulmuş mədən ərazilərində qanunsuz inşa olunan yarımçıq tikililərin qarşısının alınması məqsədilə Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin hüquq-mühafizə orqanları ilə birlikdə keçirdiyi tədbir zamanı baş vermiş hadisələrin, kütləvi informasiya vasitələrində yayımlanmış video və foto görüntülər, eləcə də, əldə edilmiş digər materiallar əsasında Şirkət əməkdaşlarının və hadisələrin digər iştirakçılarının əməllərinin ətraflı araşdırılması və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə komissiya yaradılıb”.
“Binəqədi rayonunun Sulutəpə yatağı ərazisində qanunsuz tikililərin sökülməsi istiqamətində görülən tədbirlər zamanı şəxsiyyəti məlum olmayan şəxslər Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücum etmişlər. Bunun qarşısının alınması üçün edilən cəhdlər zamanı isə sözügedən insident və qarşıdurma yaranmışdır. İnsident zamanı Dövlət Neft Şirkətinin 7 əməkdaşı və iki vətəndaş xəsarət alıb. Həmin ərazidə qanunsuz tikili inşa etmiş İdrak Abbasov da məlum insident zamanı xəsarət almışdır. İnsident baş vermiş ərazidə insanların toplanmasında onun və yaxınlarının rolu olmuşdur”, - deyən E.Orucov əlavə edib ki, əgər Dövlət Neft Şirkətinin əməkdaşları öz vəzifə səlahiyyətlərindən kənara çıxaraq qanunazidd əməllərə və hərəkətlərə yol veriblərsə, zor tətbiqinə baş vurublarsa, onlar müvafiq məsuliyyətə cəlb ediləcəklər.
Bəhs olunan məsələlərin işıqlandırılması məsələsinə toxunan E.Orucov deyib: “Bəzi hallarda bir çox media qurumları bu hadisəyə obyektiv yanaşmır və məsələyə dair ədalətli mövqe sərgiləmirlər. Hətta bir çox hallarda KİV-lərin qərəzli mövqeyi ilə qarşılaşırıq”.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

