Xalq nə qədər acdırsa, Sarkisyan komandası bir o qədər güclüdür...
24.04.2012 [01:47]
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca seçkiqabağı pozuntu halları, gərginlik də artır. Yerli mətbuatın yaydığı məlumatlara görə, qanun pozuntuları əsasən seçkiqabağı təşviqatların qanunsuz olaraq aparılması, müxalifət nümayəndələrinin seçkiöncəsi təşviqat kampaniyasına edilən müdaxilələr, seçici siyahılarının saxtalaşdırılması, seçici səslərinin alınması üçün rüşvət verilməsi hallarıdır. Bununla yanaşı, Ermənistanın siyasi və ictimai dairələrində növbəti qanunverici orqanda istər təmsil olunacaq deputat korpusunun keyfiyyəti, istərsə də onların təmsil etdiyi təşkilatların siyasi baxışları ilə bağlı fikir müxtəlifliyi yaranmaqdadır. Burada başqa bir maraqlı məqam ondan ibarətdir ki, qanunsuzluqlar, özbaşınalıqlar, zorakılıqlar baş verdiyi halda, beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəçiləri də heç bir reaksiya vermirlər.
Hazırda hakim Ermənistan Respublikaçılar Partiyası (RPA) və onların müttəfiqləri rüşvətin ayrı-ayrı növlərindən istifadə edərək seçiciləri ələ almağa çalışırlar. Məqsəd seçici siyahılarının saxtalaşdırılmasına paralel olaraq görüntü naminə belə olsa əhalinin səsvermədə iştirak etdiyini nümayiş etdirməyə nail olmaqdır. Əlbəttə, hakim dairələr ağır sosial-iqtisadi şəraitdə yaşayan əhalinin onlara səs verməyəcəklərini və bununla belə potensial seçiciləri necə qazanacaqlarını yaxşı bilirlər. çünki bu gün Ermənistanın xarici borcu ümumi daxili məhsulun istehsalının 60 faizini üstələyir, əhalinin 66 faizi isə ölkədəki vəziyyətdən olduqca narazıdır. İqtisadi fəal əhalinin böyük əksəriyyətinin ölkəni tərk etdiyi təqdirdə isə hakim rejimin seçki prosesində ümidi yalnız təqaüdçülər və yeni səsvermə hüququ qazananlara qalıb. Lakin bu kateqoriyadan olanların Sarkisyanın tərəfdarlarına səs vermək ehtimalı demək olar ki, sıfıra bərabərdir.
Ermənistan Milli Konqresinin (EMK) üzvü, işğalçı ölkənin Milli Təhlükəsizlik Şurasının keçmiş rəis müavini Qurqen Yegizaryan Sarkisyan rejimini ifşa edərək bildirib ki, 90 faiz ac əhalinin 2 faiz toxa səs verməsi mümkünsüzdür. O, qeyd edib ki, qarşıdan gələn parlament seçkiləri əvvəlki seçkilərlə müqayisədə bəlkə də 10 dəfə çox saxtakarlıqla keçiriləcək, çünki Sarkisyan və hakim partiyanın seçkiqabağı proqramı tamamilə yalan üzərində qurulub.
Onun sözlərinə görə, Ermənistan Respublikaçılar Partiyası bu yalanlarla parlamentə soxularaq hakimiyyəti ələ keçirib və ölkəni məhvə doğru aparır: “Sarkisyan deyir ki, islahatlardan sonra təqaüdçülər daha yaxşı yaşayacaqlar. Əgər 530 min təqaüdçüdən biri bildirsə ki, Sarkisyanın islahatlarından sonra onun həyatı yaxşıya dəyişib, mən üzr istəyərək siyasətdən gedərəm. ölkədəki monopolist kapitalizmə son qoymaq lazımdır. Hakim partiya yenə saxtakarlıq yolu ilə parlamentdə üstünlük qazanarsa, onda Ermənistanın gələcəyinin necə olacağını demək çox çətin olacaq. çünki bu ölkədə həyat hər keçən gün daha da ağırlaşır”.
Qurqen Yegizaryan hakim partiyanın seçicilərə rüşvət kimi verdiyi pulu götürmələrini məsləhət görüb: “Onlar onsuz da hər gün sizin milyonlarla dollarınızı oğurlayırlar. Ona görə də, sizə verilən rüşvəti götürün, amma seçkiyə gedin ki, bülletendən saxtakarlıq üçün istifadə etməsinlər. Əvvəlcə ölülər səslərini hakim partiyaya verir. Daha sonra 10 ildən çoxdur ölkədə yaşamayan seçicilər Respublikaçılar Partiyasına səs verirlər. Onların ardıca 30-40 min nəfərlik Cavaxetiya erməniləri gələrək bütün səslərini hakim partiyaya verirlər. Hakimiyyət xalqı elə yoxsul vəziyyətə gətirib çıxarıb ki, seçkidə pul əsas rol oynayır. Mənim dairəmdə olan xalqın hesabına varlanan namizədlərin arxasında hakim partiya dayanıb. Xalq o qədər acdır ki, Sarkisyan və onun komandası mənimlə müqayisədə güclüdürlər”.
ümumiyyətlə, ekspertlər düşünür ki, növbəti parlament də yalnız görüntüsü ilə fərqli ola bilər, lakin məzmununa görə fiziki cəhətdən dəyişməz qalacaq. Ermənistanda hansı partiyanın hakimiyyətə gələcəyindən asılı olmayaraq, hər hansı vacib dəyişikliklərin baş verəcəyini düşünmək düzgün olmazdı, çünki Ermənistanın apardığı siyasət - istər Ter-Petrosyan, istər Koçaryan, istərsə də Sarkisyan vaxtında dəyişməz olub. Deməli, görüntü dəyişsə də, məzmun dəyişməyəcək.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40

