Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan vahid Çin siyasətini dəstəkləyir

Azərbaycan vahid Çin siyasətini dəstəkləyir

16.01.2024 [11:51]

Çinin Tayvan məsələsində mövqeyi prinsipial və dəyişməzdir

N.BAYRAMLI

Müəyyən beynəlxalq güclər, xüsusilə ABŞ Çin Xalq Respublikasını özünə ciddi rəqib görərək bu ölkəni mümkün qədər zəiflətməyə çalışır. Məqsədinə çatmaq üçün Tayvan problemindən də “səmərəli” istifadə edir. Xatırladaq ki, yanvarın 13-də Tayvanda “prezident və parlament seçkiləri” keçirilib. Adanın yeni “lideri” postuna mübarizədə Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lay Sinde “qalib” olub. Rəsmi Pekin bir daha Tayvan məsələsinin Çinin daxili işi olduğunu və adanın onun parçası olduğunu xatırladıb.

Azərbaycan Xarici İşlər Nazirliyi  “vahid Çin” siyasətini dəstəkləyərək Tayvandakı seçkiləri tanımadığını açıqlayıb: “Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir. Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir. Dövlətimiz Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”. Azərbaycanla Çin strateji tərəfdaş ölkələrdir. Rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyünü, rəsmi Bakı isə “Vahid Çin” siyasətini dəstəkləyir. Eyni zamanda, məlumdur ki, Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Bu baxımdan, Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsini də ilk dəstəkləyən ölkələrdən biridir. Orta Dəhlizin reallaşması isə qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini şərtləndirir.

Bəs Tayvan nə üçün dünyanın böyük güclərinin maraqlarının toqquşduğu məkana çevrilib? Qeyd edək ki, Tayvan Sakit okeandan və Çinin şərq sahilindən 150 km uzaqlıqda yerləşən bir adadır. Beynəlxalq siyasi və iqtisadi baxımdan Çin Xalq Respublikasına aiddir, idarəetmə formasına görə isə respublikadır. Əhalisi 22,2 milyon nəfərdir. Ticarət tərəfdaşları ABŞ, Yaponiya, Almaniya, Avstraliya, Sinqapur və Çindir. Tarixə nəzər salsaq, deyə bilərik ki, XII əsrdə Tayvan rəsmi şəkildə Fuszyan əyalətinin tərkib hissəsi kimi Çinə birləşdirilib. 1360-cı ildə adanın hərbi əhəmiyyətinin artması ilə əlaqədar Tayvanda Çinin ilk yerli hakimiyyət orqanı olan Nəzarət İdarəsi yaradılıb. Tarixin müəyyən dövrlərində bu ada bəzi Avropa ölkələrinin müstəmləkəsinə çevrilsə də, yenidən Çinin tərkibinə daxil edilib. 1886-cı ildə isə Tayvan Çinin ayrıca bir əyalətinə çevrildi. 1895-ci ildə yaponlarla müharibədə məğlubiyyətə uğrayan Tsin sülaləsi Tayvan adasını Yaponiyaya güzəştə getməyə məcbur oldu. Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olub və bir neçə prefekturaya  bölünmüşdü. İkinci Dünya müharibəsində  Yaponiyanın məğlubiyyətindən sonra ada Çinin tərkibinə daxil edildi. Tayvan 1949-cu ildə Çin Respublikası hökuməti və Mao Szedunun başçılıq etdiyi kommunistlərə vətəndaş müharibəsində uduzan Homindan Partiyası üçün sığınacaq olub. Onlar yeni Çin hakimiyyətinin legitimliyini tanımayıblar və özlərini kommunistlərə tabe olan ölkənin bir hissəsi hesab etməyiblər. Həmin vaxtdan etibarən ÇXR-in de-yure tərkibində olsa da, Tayvanın öz hakimiyyəti, idarəetmə sistemi, dünya ölkələri ilə iqtisadi əlaqələri mövcuddur.  Rəsmi Pekin Tayvanın suverenliyini tanımır və onu özünün əyalətlərindən biri hesab edir.

Sinxay inqilabının 110-cu ildönümünə həsr olunmuş tədbirdə ÇXR prezidenti Si Cinpin bildirmişdi ki,  heç kim Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini sınamamalıdır. Xatırladaq ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşməsi 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. “III Tayvan Boğazı böhranı” kimi tarixə düşmüş insident ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sona çatmışdı. Böyük dövlətlərin Tayvanla rəsmi olaraq heç bir siyasi əlaqələri olmasa da, hərbi və iqtisadi sahədə Birləşmiş Ştatlarla əməkdaşlıq davam etməkdədir. Belə ki, adanın özünümüdafiəsini təşkil edəcək hərbi vasitələrin təmin edilməsinə dair strateji bir qanun - “Tayvan Münasibətləri Aktı” ABŞ-da qüvvəyə minib.

Çin lideri Si Cinpin Yeni il müraciətində isə bildirib ki, Tayvan və Çin Xalq Respublikasının yenidən birləşməsi qaçılmazdır: “Vətənin yenidən birləşməsi qaçılmazdır. Tayvan boğazının hər iki tərəfində yaşayan həmvətənlər eyni məqsədlərə sahib olmalı və Çinin dirçəlişinin şöhrətini paylaşmalıdırlar”. Çin liderinin bu bəyanatı Tayvanda keçirilən prezident seçkilərinə təxminən iki həftə qalmış verilmişdi. Bütün bunlar göstərir ki, Çinin Tayvan məsələsində mövqeyi prinsipial və dəyişməzdir.

Paylaş:
Baxılıb: 710 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31