Azərbaycanın “yaşıl hədəf” gündəliyi...
18.01.2024 [10:22]
Dünyada təqdir olunur
Azərbaycan “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, qlobal dialoq forumları və bu kimi digər mötəbər beynəlxalq tədbirlərdən sonra 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı COP29-a evsahibliyi edəcək. Artıq respublikamızda bununla bağlı hazırlıq işlərinə start verilib.
Eyni zamanda, Azərbaycanın mühüm beynəlxalq tədbirə evsahibliyi qazanması bütün dünyada böyük maraqla izlənilir. Bunu son vaxtlarda transmilli mediada işıq üzü görən silsilə yazılar bir daha təsdiqləyir. Beynəlxalq səviyyəli ekspertlər Azərbaycanın COP29 kimi mötəbər tədbirin keçirilməsinə evsahibliyi hüququnu qazanmasını ölkəmiz üçün böyük hadisə kimi dəyərləndirirlər. Onlar əminliklə bildirirlər ki, Azərbaycan növbəti dəfə uğurlu evsahibliyi həyata keçirəcək. Bu günlərdə isə Malayziyada, həmçinin bütünlükdə Cənub-Şərqi Asiya regionunda nüfuzlu gündəlik nəşrlərdən olan ingilisdilli “New Straits Times” qəzetində “Azərbaycan 2024-cü ildə yaşıl inkişafı hədəfləyir” başlıqlı məqalə dərc olunub.
Ölkəmizin milli prioritetlərindən biri
Bəhs olunan məqalədə Prezident İlham Əliyevin 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında imzaladığı Sərəncam barədə məlumat verilərək, Azərbaycanın iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə fəal töhfə verən beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi rolundan bəhs olunur və ölkəmizin “yaşıl hədəf” gündəliyinə diqqət çəkilir. Həqiqətən də, Azərbaycanın “yaşıl hədəf” gündəliyi kifayət qədər geniş məzmun kəsb edir.
Məlum olduğu kimi, hazırda enerji transformasiyası bütün dünyada çox aktual olan çağırışlardan biridir. COP28 iqlim konfransında qeyd edildiyi kimi, 2030-cu ildə bərpa olunan enerji istehsalı 2,5 dəfə arta bilər. Buna nail olmaq üçün hökumətlər təmiz enerjiyə qoyulan sərmayələrin həcmini artırmalıdırlar. Bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) bərpa olunan enerji istehsalı üzrə 2024-cü il hesabatında yer alıb.
Hesabatda qeyd olunub ki, ötən il dünyada 2022-ci illə müqayisədə 510 qiqavat bərpa olunan enerji mənbəyi dövriyyəyə qoşulub ki, bunun da 75 faizi Günəş enerjisi hesabına təmin edilib. Bu sahədə ən avanqard ölkə Çindir, eyni zamanda, Avropa İttifaqı, ABŞ və Braziliyada da rekord göstəricilər əldə olunub. 2028-ci ilədək qlobal miqyasda bərpa olunan enerji istehsalının həcmi 7 min 330 qiqavata, 2030-cu ilədək isə 11 min qiqavata çatacaq. Təmiz enerji istehsalının 95 faizi günəş və külək enerjisinin payına düşəcək və bu mənbələr elektrik enerjisi istehsalında ən böyük material olan kömürü geridə qoyacaq.
Azərbaycan da enerji transformasiyasını uğurla həyata keçirən ölkələr sırasında yer alır. Azərbaycanın COP29 tədbirinə evsahibliyi hüququ qazanması bir tərəfdən ölkəmizin və onun Liderinin bütün dünyada artan nüfuzu ilə bağlıdırsa, digər tərəfdən də respublikamızın enerji transformasiyasına göstərdiyi qətiyyətli siyasi iradə ilə şərtlənir. Məqalədə xüsusi olaraq ona diqqət çəkilib ki, 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının 30 faizə çatdırılması məqsədilə “yaşıl enerji” mənbələrinin inkişafı Azərbaycanda prioritet istiqamət olaraq müəyyənləşib.
Azərbaycan “yaşıl enerji” gündəliyinə qətiyyətli siyasi iradə ortaya qoyarkən ilk növbədə özünün bərpa olunan enerji sahəsində zəngin potensialına əsaslanır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb.
Ətraf mühitin yaxşılaşdırılmasına verilən davamlı töhfələr
Qlobal istiləşmə, sürətli sənayeləşmə fonunda ekologiyanın, ətraf mühitin qorunmasının aktuallığı artıb. Yaranan çağırışlara uyğun olaraq hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələrini önə çəkməlidir. Bu mənada, məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır.
Bəhs olunan məqalədə ölkəmizin ətraf mühitin qorunmasına həssaslıqla yanaşdığına diqqət çəkilib. Məqalədə bildirilir ki, Azərbaycan iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması üçün tədbirlərə, o cümlədən ətraf mühitin yaxşılaşdırılmasına, “yaşıl sahələrin” bərpası və genişləndirilməsinə, su ehtiyatlarından səmərəli istifadəyə və dayanıqlı enerji mənbələrinə töhfə verməkdədir. Azərbaycan hökumətinin məsələyə dayanıqlı tikinti materiallarının təşviqini, enerjiyə qənaət edən tədbirlərin həyata keçirilməsini, geniş ictimai maarifləndirmə kampaniyalarını əhatə edən çoxşaxəli yanaşması yaşıl tikinti təcrübələrinin mənimsənilməsində mühüm rol oynayır. Bu təşəbbüsləri həyata keçirməklə Azərbaycan ətraf mühitə təsiri azaltmağa, qiymətli resursları qorumağa və daha sağlam və dayanıqlı ətraf mühitin yaradılmasına nail olmağa çalışır.
Azərbaycan hökuməti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davam etməkdə olan yenidənqurma və inkişaf layihələri çərçivəsində prioritet kimi bu əraziləri “sıfır tullantılı zona”ya çevirməyi, həmçinin 2050-ci ilə qədər karbon qazı emissiyalarını 40 faiz azaltmağı planlaşdırır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin “yaşıl enerji” potensialına su, Günəş, külək, geotermal kimi bütün növ bərpa olunan enerji mənbələri daxildir. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur regionu, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilib.
Məqalədə qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə gedən geniş bərpa və yenidənqurma proseslərində ətraf mühitin mühafizəsi prioritet məsələ kimi dayanır. Bu ərazilərdə ekosistemin bərpasına öz töhfəsini verən “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir.
Beynəlxalq birliyin dərin hörmət və ehtiramı
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində baş tutub.
Sonuncu COP28 ötən il dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Bakıda baş tutacaq COP29-a da beynəlxalq miqyasda maraq böyükdür. Tədbirə 80 minədək iştirakçının qatılacağı gözlənilir. Məqalədə vurğulanıb ki, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi etməsi beynəlxalq ictimaiyyətin ölkəyə dərin hörmət və etimadını bir daha təsdiqləyir, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahəsində milli, regional və qlobal miqyasda səylərini tanıyır.
Sonda qeyd olunur ki, istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda Azərbaycan müxtəlif proqramlar və tərəfdaşlıqlar vasitəsilə “yaşıl siyasət”ini təkmilləşdirməyə və planeti qorumaq məqsədilə vətəndaşları, təşkilatları və digər ölkələri kollektiv səylərə cəlb etməyə çalışır. Azərbaycanın yanaşmaları ölkənin 2030-cu ilədək sosial-iqtisadi inkişafının əsas milli prioritetlərindən biri olan “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” konsepsiyası ilə tam şəkildə uzlaşır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37

