Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Zirə İdman Kompleksinin açılışında iştirak edib
11.05.2012 [00:53]
Mehriban xanım Əliyeva kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş kompleksə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər daxildir. Tikintisinə 2011-ci ilin oktyabrında başlanan binanın ətrafında abadlıq işləri görülüb, yollara asfalt örtüyü çəkilib. Tikinti işləri yerli və xarici mütəxəssislər tərəfindən AFFA-nın və FİFA-nın nəzarəti altında həyata keçirilib. Kompleksdə idman zalları, tədris otaqları, məşq avadanlığı, meydança FİFA-nın standartlarına uyğundur.
Binanın foyesində Ulu öndər Heydər Əliyevin barelyefi və ümummilli liderin idmanın inkişafına diqqət və qayğısını əks etdirən fotostend yaradılıb. İkimərtəbəli binanın birinci mərtəbəsində şahmat, dama, boks, güləş, trenajor zalları, həmçinin ingilis və fransız dillərinin tədrisi üçün linqofon kabinetləri, məşqçi, paltardəyişmə, həkim otaqları və sanitar qovşaqları var.
Azərbaycanın birinci xanımı fransız və ingilis dillərinin tədrisi otaqları ilə tanış olub. Burada tədris xüsusi kompyuter proqramları əsasında aparılacaq.
Məşqçi otaqlarına, trenajor və güləş zallarına baxan Mehriban xanım Əliyevaya məlumat verilib ki, burada ən müasir avadanlıq quraşdırılıb.
Kompyuter otağı ilə tanışlıq zamanı bildirilib ki, gənclər kompleksin bu bölməsində 3 min metr məsafədə fiber-optik kabellə internetə qoşulacaq, data şəbəkəsindən, ADSL modem sistemindən istifadə edəcəklər.
Birinci xanım Mehriban Əliyeva şahmat, dama otaqları ilə də tanış olub. Diqqətə çatdırılıb ki, otaqlarda məxsusi monitorlar quraşdırılıb, kompyuterlər xüsusi proqramlarla təchiz edilib.
Boks zalına gələn Mehriban xanım Əliyevaya məlumat verilib ki, burada idmanın bu növü ilə məşğul olmaq üçün yüksək şərait yaradılıb.
Binanın ikinci mərtəbəsində isə VİP otaq, futbol oyunlarını izləmək üçün VİP tribuna, qış bağı - vestibül, qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı, eləcə də inzibati otaqlar var.
Azərbaycanın birinci xanımı VİP otaqla tanış olub, tribunadan beynəlxalq standartlar səviyyəsində xüsusi ot örtüyü ilə döşənmiş futbol meydançasına baxıb. Stadionda elektron lövhə, səsgücləndiricilər və şərhçilər üçün kabinələr quraşdırılıb. 1500-dən çox oturacağı olan tamaşaçı salonunda meydançanı dirəyinin hündürlüyü 28 metr olan dörd projektor qurğusu işıqlandıracaq. Salonun üstü xüsusi membran çadırla örtülüb.
Mehriban xanım Əliyevaya məlumat verilib ki, kompleksdə dopinqə nəzarət, hakim, məşqçi, həkim, masaj, yuyunma otaqları və konfrans zalı yerləşən xüsusi bina da tikilib. Burada da işlər FİFA-nın və UEFA-nın beynəlxalq standartlarına uyğun surətdə görülüb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

