Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-ın hərbi xərcləri azaltması...

ABŞ-ın hərbi xərcləri azaltması...

23.02.2024 [10:36]

Yeni siyasi reallıqlara əsaslanır

Günel ABBAS

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin borc tavanının artırılması ilə bağlı 2023-cü ildə əldə edilmiş razılaşmalara əməl etmək üçün 2025-ci maliyyə ilində yenidən silahlanma xərclərini təxminən 10 milyard dollar azaldacaq. “Politico” qəzetinin yaydığı məlumatda bildirilib ki, ABŞ Prezidenti Cozef Bayden 2023-cü ilin iyununda daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş borc tavanının artırılması ilə bağlı qanun layihəsini imzalayıb və bu qanunla federal qurumlar tərəfindən xərclərin 1 faiz azaldılması nəzərdə tutulur. Pentaqonun isə mart ayında 2025-ci maliyyə ili (oktyabrın 1-dən başlayaraq) üçün 850 milyard dollardan bir qədər az məbləğdə maliyyə vəsaiti istəyəcəyi gözlənilir.

“Politico”da dərc olunan məqalədə qeyd olunub ki, Pentaqon işçilərə verilən müavinətlərlə bağlı xərcləri azaltmağa hazır deyil. Buna görə də büdcə ixtisarı ABŞ Silahlı Qüvvələrinin yenidən silahlanması xərclərinin azaldılması hesabına həyata keçiriləcək.

Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ABŞ-da hərbi sənayeyə və hərbi xərclərə, hərbi sahənin inkişaf etdirilməsinə çox böyük diqqət ayrılır: “Şübhəsiz ki, hərb sahəsinə ayırdığı xərclər ABŞ-ı bu sahədə dünyada lider mövqeyinə çıxarıb. ABŞ həqiqətən də öz geopolitik maraqlarını hərbi kontekstdə təmin etmək üçün milyardlarla, trilyonlarla dollar vəsait xərcləyir. Lakin biz görürük ki, ölkənin xarici borcu və eləcə də daxili sosial həyata ayrılan vəsaitlər, seçkilərin keçirilməsi və bu kimi məsələlər hərbi sahədə olan xərclərin həcminin azaldılması ilə də müşahidə olunur.

Digər tərəfdən, Ukrayna və İsrailə ayrılan maliyyə vəsaitləri də müəyyən qədər düşünməyə və ABŞ dövlət aparatında tərəddüdlərə gətirib çıxarır. Məhz bu səbəbdən hərbi xərclərin müəyyən qədər azaldılması, hərbi yardımla bağlı məsələdə sualların olması, Konqresdə çoxsaylı müzakirələrin keçirilməsi müşahidə olunur. Burada əsas məsələ bundan ibarətdir ki, hazırda ABŞ anlayır ki, dünyada çoxqütblü siyasi dünya nizamına keçid prosesi gedir. Bu mənada, resursları kifayət qədər ehtiyatla xərcləmək lazımdır və gələcəyə hesablanmış müəyyən addımların atılması praqmatizm siyasətinə bir dəlalətdir”.

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31