Çaqqal ulartıları və ya sən kimsən, Leyla Yunus?
24.05.2012 [00:54]
Nəhayət, uzun müddətdir Avropa və Azərbaycan ictimaiyyətinin böyük maraqla gözlədiyi tarixi məqam yetişdi. Azərbaycanın ev sahibliyi etdiyi dünyanın ən mühim musiqi müsabiqələrindən biri olan “Eurovision- 2012”-nin ilk yarımfinalı reallaşdı. Təşkilatçılıq baxımından bu günə qədər ən möhtəşəm “Eurovision” hesab edilən bu müsabiqə üçün ölkəmizə üz tutanlar da, bu müsabiqəni kənardan seyr edənlərin də ortaq qənaəti ölkəmizin bu sınaqdan üzüağ və alnı açıq çıxdığı yönündədir. Təbii ki, bu haqlı qürur Azərbaycan dövlətinə, xalqımıza və bizi sevən, dəstək verən hər kəsə məxsusdur. Amma çox təəssüf ki, heç də hamı Azərbaycan dövlətinin və xalqının bu böyük nailiyyətinə sevinmir. Azlıq təşkil etsə də, bu uğurdan çox ciddi narahatlıq duyan, məyusluqdan psixi sarsıntılar keçirən insanlar da var. Ən azından ona görə ki, bu adamların aylardır “Eurovision” yarışmasına qarşı apardıqları əks - təbliğat, yarışmanı boykot etmək çağırışları iflasa uğradı.
Əslində, bu insanların kimlikləri, haradan təlimat aldıqları, “Eurovision” əleyhinə aparılan təbliğatın kimin tərəfindən maliyyələşdirildiyi sirr deyil. “Demokratiya naminə oxu” kampaniyasının tədbirləri və orada səslənən ifadələr bu yöndə bizə məlumat verən ən yetərli mənbədir. Bu kampaniyanın sonuncu mətbuat konfransı isə sözün həqiqi mənasında bütün gizlinləri aşkara çıxararaq, sapı özümüzdən olan baltaların, onların anti-Azərbaycan fəaliyyətinin mahiyyətini daha qabarıq ortaya qoydu. Sözün düzü, tədbirin təşkilatçılarının ifadə etdikləri sərsəmləmələrə və absurd iddialara cavab vermək niyyətində deyilik. Düşünürük ki, onların cavablarına ən güclü arqumentlər bu gün inkişaf edən, yüksələn, BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik, “Eurovision - 2012” mahnı müsabiqəsində möhtəşəm şəkildə ev sahibliyi edən, buraya ayaq basan hər kəsin heyran qaldığı və həsəd apardığı güclü, qüdrətli Azərbaycan dövlətidir. Amma o tədbirdə müşahidə etdiyimiz bəzi davranışlar və səsləndirilmiş bəzi ifadələr var ki, ona cavab verməmək bu insanların daha da azğınlaşmasına və onların xalqımıza daha ağır təhqirlər səsləndirməsinə şərait yarada bilər.
Leyla Yunusdan Azərbaycan dilinə böyük həqarət
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, onun fəaliyyəti, bir fərd olaraq şəxsi keyfiyyətləri, ermənilərlə qohumluğu, ermənipərəst dairələrlə işbirlikləri, işğalçı ölkəyə bəslədiyi rəğbət haqqında ictimaiyyət kifayət qədər məlumatlıdır. Ona görə də, Leyla Yunusun iki gün öncə xarici jurnalistlərin də iştirak etdiyi “Demokratiya naminə oxu” kampaniyasının sonuncu konfransındakı “şousu” bizləri elə də çox təəccübləndirmədi. Əksinə, bir az utandırdı, bu qadınla eyni vətəndaşlığı daşıdığımıza və xarici həmkarlarımızın qarşısında utandığımıza, xalqımıza və dövlətimizə qarşı səsləndirdiyi təhqirlərə görə. Leyla Yunus hər kəliməsində Bakıda doğulduğunu, azərbaycanlı olduğunu və guya bu Vətəni çox sevdiyini söyləyir. Amma hər dəfəsində də Azərbaycan dövlətini, Azərbaycan xalqını və Azərbaycan dilini aşağılamağa cəhd göstərir. Azərbaycanın paytaxtında, azərbaycanlıların önündə Azərbaycan dilini yalnız söyüş vasitəsi kimi gördüyünü, “bu dildə ancaq söyüş söydüyünü” söyləmək tərbiyyəsizliyini göstərən bu qadına cavab vermək haqqına sahib olduğumuzu düşünürük. Sözügedən tədbirin təşkilatçılarının elə yerindəcə bizlərə bu haqqı tanımamasını da özlərini “demokratiya keşikçiləri” adlandıran həmin insanların “yüksək demokratik dünyagörüşü”nün ifadəsi sayır, Leyla Yunus “əxlaqını” başuca keçirənləri də onun dilimizə həqarətinə görə üzr istəməyə çağırırıq. O da başqa bir məsələdir ki, “söyüş söymək” təfəkkürü ismətli, namuslu, zəngin mədəni dəyərlərin daşıyıcısı olan Azərbaycan qadınına yaddır. L.Yunusun bu barədə də düşünməyə cəhd etməsi onun yalnız xeyrinə olacaq.
Leyla Yunus ermənilərin işğalçı olduğunu niyə qəbul etmir?
Leyla Yunusun həmin tədbirdə bir daha təsdiqini tapan Azərbaycan xalqına nifrəti təkcə dilimizə həqarətlə yekunlaşmadı. O, xarici jurnalistlərin önündə erməniləri müdafiə edərək, onların işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışdı. Həmkarımın Dağlıq Qarabağ münaqişəsinə aid sualını cavablandırmaq yerinə susmağı tərcih edən L.Yunus bir qədər sonra jurnalistlərin israrlarını görüb susmağın faydasız olduğunu anlayaraq, bu dəfə daha kəskin təhqirə keçdi. Azərbaycan xalqının iradəsini ifadə edən, Azərbaycanın legitim hakimiyyətini təhqir etdi. Sirr deyil ki, bütün beynəlxalq təşkilatlar və beynəlxalq hüququn bütün subyektləri Ermənistan dövlətini işğalçı kimi qəbul edir. özünü hüquq müdafiəçisi, hüquqşunas kimi təqdim edən bu insanın beynəlxalq hüquqa zidd bu fikirləri küləyə qarşı “tüpürmək” deyilmi? L.Yunus bunu çox gözəl bilir. Buna baxmayaraq, bu fikirləri ifadə etməsi ilə, erməniləri işğalçı adlandırmaqdan qaçması ilə qohumlarına da, ona pul verən “dayılarına” da çox anlamlı bir mesaj göndərdi. Bu mesaj həm də Azərbaycan xalqına ünvanlanmış bir mesaj idi ki, cəmiyyətimiz L.Yunus və onunla bir cəbhədə dayanan xainlərini yaxşı ayırd edə bilsin.
L.Yunusun “auuu...” “mədəniyyəti”
Onun əxlaqının və mədəniyyət anlayışının nədən ibarət olduğunu göstərən ən təkzibolunmaz faktı isə ictimaiyyətə yenə də Leyla Yunusun özü təqdim etdi. Sözügedən konfransda jurnalistlərin suallarından xoşu gəlməyən L.Yunus ən müxtəlif üsullarla onların səsini kəsməyə çalışdı. Sonda isə ən unikal və öz əxlaqına uyğun yol tapdı. L.Yunus mikrafonu əlinə alaraq “auuu...” şəklində qeyri - insani səslər çıxarıb niyyətinə bu yolla çatdı. Təbii ki, bu hərəkət nəinki özünü ziyalı sayan, öz ağlı ilə insanlara dərs keçmək iddiasında olan bir insana, heç sadə Azərbaycan qadınına belə yaraşmayan, bütün əxlaq və mədəniyyət normalarından kənar bir davranışdır. Azərbaycanın bəzi bölgələrində bu səsə “çaqqal ulartısı” da deyirlər. Amma çaqqal nə qədər istəyirsə, ulasın, binədə həyat davam edir və edəcək.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

