Azərbaycan Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur
05.06.2012 [00:18]
Azərbaycan da Texas kimi neft və qaz hasil edir. Məhz enerji sahəsinə yanaşma Azərbaycanla yaxın münasibətlərimizin əsasında durur. Bakı XIX əsrin ilk neft bumunu yaşayan şəhərlərdən biridir. Lakin Sovet hakimiyyəti burada kaptitalizmin inkişafına imkan verməmişdir. Onlar illərlə çıxarılan nefti daşıyıb aparmış, xalqın ondan faydalanmasına imkan verməmişlər.
Hesab edirəm ki, siyasi və iqtisadi azadlıqlar hər adama verilən bir hüquqdur. Mən Sovet İttifaqını onun süqutundan əvvəl ziyarət etmişdim. Azərbaycanın o illərdə nələr yaşadığını yaxşı anlayıram. Əsarətdən qurtularaq azad yaşamaq istəyinizi yaxşı başa düşürəm. Müstəqilliyinizdən bəri ölkələrimiz bir-birinə çox yaxınlaşıb. İndi Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən tam müstəqildir. Biz aramızda mədəni və təhsil mübadilələrini daim davam etdirməliyik ki, hər iki tərəfdən tələbələrimizi bir-birimiz haqqında daha çox öyrədək və xalqlarımızı daha da yaxınlaşdıraq.
2006-cı ildə işə düşən “Bakı-Tbilisi-Ceyhan” neft kəməri Azərbaycan neftini Türkiyəyə, oradan isə dünyaya nəql edir. Mən Türkiyə ilə Azərbaycan arasında yaxın münasibətləri dəstəkləyirəm. Bu tərəfdaşlıq həm ABŞ, həm də bütün bölgə üçün faydalıdır. ötən il Azərbaycanla Türkiyə arasında imzalanan yeni tranzit marşrutu haqqında razılaşma bölgədə iqtisadi müstəqilliyin artdığına işarədir. Mən rəqabətə inanıram. Alternativlər həm Azərbaycan, həm də bütün bölgə üçün yaxşıdır. Azərbaycan kimi, ABŞ da Avropa bazarlarını şaxələndirmək istəyir ki, bölgədəki enerji istehsalı və nəqlində inhisara inanan digər oyunçular heç kimi manipulyasiya edə bilməsinlər. Tikilən kəmərlər Azərbaycanın siyasi və iqtisadi təhlükəsizliyini artıraraq bölgənin və ABŞ-ın birgə maraqlarına xidmət edir. Lakin bütün bu inkişafla bərabər unutmaq lazım deyil ki, hökumətlər öz təbii ehtiyatlarının gələcəyə necə təsir edəcəyi haqqında düşünmək və onları necə idarə etmək barədə məsuliyyət daşıyırlar.
1980-ci illərdə dünyanın təxminən 30 faizində demokratik cəmiyyətlər olduğu halda, bu gün bu rəqəm 60 faizdir. Azərbaycan təkcə neft istehsalına görə deyil, həm də demokratik təsisatlar qurmaq səylərinə görə alqışlanmalıdır. Bu dövlət öz neft ehtiyatlarının qeydinə qala bilir. Azərbaycan hökuməti təbii sərvətlərini düzgün şəkildə idarə edib bütün bölgənin təhlükəsizliyi haqqında düşünür.
Azərbaycandakı inkişaf bötün bölgəyə sabitlik gətirə bilər. ABŞ da daxil olmaqla, bütün demokratik cəmiyyətlər üçün insan hüquqlarının qorunması və genişləndirilməsi olduqca vacib məsələdir. Biz bu mövzu barədə həm yerli, həm də beynəlxalq səviyyədə səmimi söhbətlər aparmalıyıq. ölkəniz son 20 ildə böyük yol keçmişdir və Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur. Azərbaycan ABŞ-ı hərbi münaqişələrdə təkcə sözdə deyil, döyüş bölgəsinə sülhməramlı qüvvələr göndərməklə dəstəkləyib və birgə iştirak təkcə hərbi münasibətləri inkişaf etdirmir, həm də möhkəm dostluq qurur. Hərbi münasibətlər kimi başlanan əlaqələr, hətta münaqişələr bitdikdən sonra da möhkəm tərəfdaşlığa çevrilir. Mən Azərbaycanı terrorla mübarizədə fəal iştirakına görə alqışlayıram. Azərbaycan beynəlxalq təhlükəsizlik prosesində iştirakına, bütün dünyada insan hüquqları, demokratiya və azadlığın yayılmasına töhfələrinə görə fəxr etməlidir. Sentyabrın 11-dən sonra siz ABŞ-a telefon açıb qeyd-şərtsiz hava ərazinizdən istifadə təklif edənlərdən biri idiniz. Bir xalq olaraq biz bunu yüksək qiymətləndiririk. Sizin hamınızı yüksək işinizə görə təbrik edir, ABŞ ilə qurduğunuz münasibətlərə görə minnətdarlığımı bildirirəm.
Ted Ro,
ABŞ Konqresinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

