TÜRKPA-nın fəaliyyəti...
06.03.2024 [10:10]
Türk dünyasının birliyinin güclənməsinə töhfələr verir
Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Bu siyasətin əsasını qoyan Ümummilli Liderimiz Heydər Əliyevin türk birliyinin güclənməsi istiqamətindəki xidmətləri danılmazdır. Hər il Türkdilli Dövlətlərin Zirvə Görüşünün keçirilməsi də məhz Ulu Öndərimizin təşəbbüsləri sırasında olub.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən İlham Əliyevin dövlət başçısı kimi siyasətində türk dünyasının birliyinin gücləndirilməsi xüsusi yer tutur.
Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycan türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqət mərkəzində saxlayır. Türk dövlətlərinin birliyi istiqamətində səylərin daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.
Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biri də, Türk Dövlətləri Parlament Assambleyasıdır(TÜRKPA). Qeyd edək ki, martın 4-də Bakıda Türk Dövlətləri Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA üzv dövlətlərində elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusuna həsr edilmiş 11-ci iclası keçirilib. Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov iclası açaraq tədbir iştirakçılarına uğurlar arzulayıb. TÜRKPA-nın yarandığı gündən türkdilli dövlətlər arasında əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi, qanunvericiliklərin uyğunlaşdırılması ilə bağlı mühüm işlər görüldüyünü deyən Əhliman Əmiraslanov bu baxımdan bugünkü iclasın mövzusunun aktuallığını və gündəlikdəki məsələlərin əhəmiyyətini vurğulayıb.
Sonra TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Osman Mesten (Türkiyə), komissiyanın sədr müavini Abzal Kuspan (Qazaxıstan), komissiyanın üzvləri Cavanşir Feyziyev və Məlahət İbrahimqızı (Azərbaycan), Bibigül Jeksenbay (Qazaxıstan), Nurjigit Kadırbekov (Qırğızıstan), Filiz Kılıç (Türkiyə) və TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er çıxış ediblər. Onlar TÜRKPA-ya üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi, rəqəmsal texnologiyalar və informasiya təhlükəsizliyi, süni intellektin tətbiqi kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi, elmi və texnoloji inkişafda parlamentlərin rolu ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra iclasın mövzusuna dair hesabat məruzəsinin layihəsi dinlənilib. Məruzəni komissiyanın sədr müavini Abzal Kuspan təqdim edib. Komissiyanın tövsiyə qərarı layihəsini komissiyanın sədri Osman Mesten diqqətə çatdırıb. Komissiya üzvləri hesabat məruzəsini və tövsiyə qərarını TÜRKPA-nın növbəti plenar iclasında baxılmaq üçün təsdiq ediblər.
Sonra “Fərdi məlumatların mühafizəsi haqqında” model qanun layihəsinə və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Müzakirələr zamanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Cavanşir Feyziyev çıxış edərək gündəlikdəki məsələlər barədə qeydlərini, təkliflərini səsləndirib, komissiyanın gələcək fəaliyyəti ilə bağlı fikirlərini bildiriblər.
Tədbirdə Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclasının yeri, tarixi və mövzusu da müəyyən edilib. Komissiyanın “TÜRKPA üzv dövlətlərində Ombudsman təsisatları” mövzusuna həsr edilən növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyası 21 noyabr 2008-ci ildə İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I plenar sessiyası keçirilib. Plenar sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib.
TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur.
Təşkilatın məqsədləri sırasında parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, eləcə də tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması daxildir. Bundan başqa, türk dövlətləri və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Eyni zamanda, təşkilata üzv ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin yaxınlaşdırılması üzrə tövsiyələr vermək də TÜRKPA-nın fəaliyyətində vacib yer tutur. Təşkilat həm də, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03

