“Dördlük” + ada dövləti...
07.03.2024 [10:40]
“Şər düyünü” Cənubi Qafqazda distabillik yaratmağa çalışır
Siyasi texnoloqlar tərəfindən “şər düyünü” adlandırılan sözdə “dördlüyün” “təqdimat mərasimi”nə mühüm “siyasi yatırımlar” edilməkdədir. Yeni “ideya”nın ciddiliyinin sübutu üçün isə bölgədə aktiv “səfər trafiki” reallaşdırılır. Məlum olduğu kimi, bir neçə gün öncə İrəvanı “ziyarət edən” Yunanıstanın müdafiə naziri Nikos Dendiasın ardından Kiprin xarici işlər naziri Konstantinos Kombos da Ermənistana səfər edib. İki günlük səfərin mahiyyəti fərqli mövzularla “pərdələnsə” də, dəstək xarakteri daşıdığı ortadadır. Fransa və Yunanıstan müdafiə nazirlərinin ardınca Kipr XİN başçısının Ermənistana səfəri yeni “ittifaq” məsələsinin gündəmə gəlməsi üçün əsas hesab edilir.
Fransanın əsl məqsədi...
Fransalı nazirin bəlli səfərinin arxasındakı məqamlar bütün detalları ilə ortadadır - Sebastyan Lekornun səfəri daha çox Ermənistanın KTMT-dən çıxışını mümkünləşdirmək xarakteri daşıyırdı. Başqa sözlə, Fransa açıq oynayaraq Ermənistanı bölgədə qeyri-stabillik yaratmaq üçün vasitəyə çevirmə planından əl çəkmədiyini göstərdi. Yunanıstanın müdafiə naziri Nikos Dendias isə Ermənistan-Yunanıstan-Kipr arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlıqla bağlı razılaşmanı xatırladaraq onun “sərhədlərinin” genişləndirilməsinin mümkünlüyünü dilə gətirdi. Maraqlı detal budur ki, yunan nazir “şər düyünü”nün tərəflərini sadalayan zaman müttəfiqi Kipri “yaddan çıxardı”: Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında dördtərəfli əməkdaşlığı mümkün hesab edən nazirin Kipri bu sıraya qatmaması isə təsadüfi deyil. Məhz bu məqam Ermənistana səfər edəcək kiprli nazirin müdafiə sahəsinə deyil xarici siyasət idarəsinə başçılıq etməsinə dəlalət edir - bu haqda az sonra...
“Müttəfiqlik”, yoxsa bir illik əməkdaşlıq?
Yunan nazirin Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli müdafiə əməkdaşlığı yaratması ilə bağlı səsləndirdiyi fikir ötən ilin dekabrında imzalanan üçtərəfli və 2024-cü il üçün hərbi əməkdaşlıq proqramını əhatə edir. Yəni, bu “müttəfiqlik” heç də praktik müttəfiqlik sayıla bilməz. Eyni zamanda, burada bir təkrar var - bu “protokoldan” təxminən 1 ay öncə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli görüşü keçirilmişdi. Görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunmuşdu və müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdılar. Görüşün yekununda isə protokol imzalanmışdı.
Yəni, “müttəfiqlik” kimi qələmə verilən Kipr-Ermənistan-Yunanıstan “protokolu” sadəcə bir illik müddətdə “əməkdaşlıq proqramı”dır. Afina və Nikosiyada Ermənistana “hərbi-texniki dəstək” veriləcəyi ilə bağlı bəyanatlara, İrəvana ünvanlanan səxavətli vədlərə baxmayaraq, ermənilər bu “əməkdaşlıqdan” ancaq təlimlər, seminarlar, səfərlər və görüşlər şəklində faydalana bilərlər.
Yeni dünya nizamı Fransanı düşünməyə vadar edib
“Şər dördlüyü” isə fərqli bir “arzunun” nəticəsidir. Bu “ideya” yunanıstanlı nazirin dilindən səslənsə də, proyektin Parisdə cızıldığı hər məqamdan hiss edilir. Bütövlükdə hədəf isə yeni siyasi-hərbi, eyni zamanda ticari raellıqlardır. Fransa və onun əlaltıları anlayırlar ki, yeni dövrdə iqtisadi münasibətlər sisteminin nüvəsi rolunu oynayacaq Avroasiyanın mərkəzi ərazisində mühüm güc mərkəzi formalaşmaqdadır. Azərbaycan-Türkiyə birliyinin səyi ilə günü-gündən güclənən, böyük perspektiv vəd edən, iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətli rola malik Türk Dövlətləri Təşkilatı Şərq-Qərb tranzitinin fəal iştirakçısı olmaqla yanaşı, həm də n?z?rətçisidir. TDT-nin effektivliyi isə digər böyük güclərin də diqqətindən yayınmır - hətta bəzi hallarda regiona yaxın böyük dövlətlərdən bu prosesi ardıcıl şəkildə izlədikləri ilə bağlı açıqlamalar da eşidilir. Azərbaycanın İran üzərindən yeni ticarət xətti açmaq istiqamətində addım isə Ermənistanın “oyundan kənarda” qalmasını tam şəkildə təmin edir. Başqa sözlə, Fransaya uyan Ermənistan yenə də dalan ölkə olaraq qalacaq. Beləliklə, yeni dönəmdə bir ucu Çin, Mərkəzi Asiya olmaqla digər ucu Azərbaycan, İran, Türkiyə xəttinin reallaşması perspektivi ortaya çıxıb. Ən mühüm amil isə bu xətt üzrə əməkdaşlıq edəcək dövlətlərin bərabərtərəfli, bərabərhüquqlu statusda çıxış etməsidir. Yəni, Qərbin “mən rəhbərəm” kimi ənənəvi ideologiyası burada işləmir. Bu isə Fransa başda olmaqla Qərbin qıcığına səbəb olur.
Hərənin öz “səbəbi”...
Qərbin, daha doğrusu Fransanın bu “şər düyünü”nə Yunanıstanı qatması təbii olaraq Türkiyə faktorundan qaynaqlanır. Ankaranın son illərdə müdafiə sənayesi sahəsində qazandığı uğurlar, yeni texnologiyaların inkişafında əldə etdiyi nəticələr Afinanı narahat etməyə bilməz. Bu baxımdan, Yunanıstan da özünün Türkiyəyə qarşı haqsız iddialarına davam etmək üçün “müttəfiq” axtarır. Amma tapdığı müttəfiqlər ən uğursuz namizədlərdir desək, yanılmarıq. Ermənistanın olmayan ordusu, Fransanın köhnə silahları, Hindistanın yararsız texnikası ilə nələrəsə ümid etmək yersizdir.
Kiprin dolayısı ilə bu məsələyə daxil olması da “quyruq acısıdır”. Belə ki, yeni nizamda Şimali Kipr Türk Cümhuriyyətinin də təmsil olunması ilə bağlı addımlar Qərb üçün, Yunanıstan və Kipr üçün böyük “zərbədir”. Bəlli olduğu kimi, bu ilin yayında Şuşada baş tutacaq TDT-nin Zirvə görüşünə ŞKTC rəhbərliyi də dəvət edilib. Bu isə TDT-nin ticari-iqtisadi əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq. Yunanıstanın müttəfiqi olaraq Kiprin Ermənistana xarici siyasət müstəvisində “dəstəyinin altında” həm də bu amil yatır.
Hindistanın isə üzərinə düşən “məsuliyyət” və ya oynayacağı “rol” isə bəllidir. Uzaq Şərqin ən böyük güclərinin iştirakı ilə formalaşan və meydana çıxan yeni ticari eraya “mane olmaq” üzrə “görəvləndirilən” Delhinin işi çətindir. Bu, Fransanın təhriki ilə Ermənistana köhnə silah satmaq deyil - burada dünyanın ən böyük gücü ilə qarşılaşma təhlükəsi mövcuddur. Düzdür, yunan nazir özünün qeyri-real “arzusunda” Hindistanın adını çəksə də, Delhinin buna razılaşacağına inam yoxdur. Çünki Yunanıstan və Kiprdən, hətta Fransadan fərqli olaraq Hindistan daha təhlükəli bir oyuna qatılmış olacaq ki, bu da ağır nəticələr vəd edir.
Azərbaycan ictimaiyyəti etiraz edir...
Qeyd edək ki, Yunanıstanın bölgədə distabillik yaradılmasına yönəlik cəhdləri haqlı olaraq Azərbaycan ictimaiyyətində də geniş etiraz doğurub. Belə ki, Qərbi Azərbaycan İcması Yunanıstanla Ermənistan arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahatlığını ifadə edib. İcma Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana son səfəri və ümumiyyətlə, bu iki ölkə arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahat olduğunu bəyan edib. Bu barədə yayılan açıqlamada bildirilir: “Yayılan məlumatlara görə, səfər zamanı Yunanıstan tərəfinin Ermənistana hərbi dəstəyini artırması, o cümlədən Ermənistanın ordu idarəetməsində iştirak etməsi barədə razılıq əldə edilmişdir. Bundan əlavə, nazir Dendias Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması səyləri barədə danışmışdır.
Ermənistanın Fransa, Hindistan və Yunanıstanın dəstəyi ilə sürətlə silahlanması, Fransa və Yunanıstanın Ermənistan ordusunun idarəetməsində rol alması, dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması planları ciddi narahatlıq doğurur.
Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması niyyətinə gəlincə isə qeyd edək ki, eyni regionda yerləşməyən dövlətlərin belə əməkdaşlıq formatı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir. Fransa, Hindistan və Yunanıstan bu cür addımları ilə Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən avantüraya getməməyi, militarist siyasətinə son verməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycanla sülh yolunu tutmağı tələb edir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19

