"Freedom House" "ənənə"sindən əl çəkmək niyyətində deyil
09.06.2012 [21:48]
Məlum olduğu kimi, “Freedom House” təşkilatı bu günlərdə “Keçid dövründə olan ölkələr 2012” adlı hesabat dərc edib. Hesabatda Mərkəzi və Şərqi Avropa, MDB ölkələrində ötən il ərzində baş vermiş demokratik dəyişikliklər təhlil olunur. Belə qənaətə gəlinir ki, ümumilikdə ötən il region ölkələri demokratik dəyişikliklər baxımından geriyə addım atıb. Təşkilat öz “ənənə”sinə sadiq qalaraq yenə də Azərbaycan haqqında qeyri-obyektiv və qərəzli mövqe nümayiş etdirib. Hesabatla səthi tanış olarkən belə, orada qeyd olunanların həqiqətdən nə qədər uzaq olduğu açıq şəkildə görünür. Təbii ki, təşkilatın əsassız fikirlərinə qarşı kifayət qədər tutarlı arqumentlər mövcuddur.
Hər bir hüquqi dövlət özünün qanunları ilə idarə olunur. Bu mənada, Azərbaycan dövləti də sivil və demokratik qanunlar əsasında idarə olunur və inkişaf edir. Demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də insan hüquq və azadlıqların təmin olunmasıdır ki, bu amillər dövlətimiz üçün prioritet məsələdir. Azərbaycan Konstitusiyası bu hüquqları tam təmin edir. Buraya söz və fikir azadlığı, siyasi plüralizm, sərbəst toplaşmaq azadlığı və s. məsələlər daxildir. “Freedom House” kimi təşkilatlar isə Azərbaycanda guya sərbəst toplaşmaq azadlığı sahəsində problemlərin olduğunu iddia edirlər. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun qüvvədədir və bu sənəd beynəlxalq ekspertlər tərəfindən müsbət rəy alıb. Mövcud qanunvericiliyə əsasən müvafiq icra hakimiyyəti orqanı mitinqlər keçirmək üçün yerlər ayırıb. Əks halda, bundan kənar hərəkətlər etmək doğru deyil. Kütləvi aksiya keçirmək istəyənlər həmin yerlərdən birini seçib orada istədiyi fikirləri, şüarları səsləndirə bilərlər.
ümumiyyətlə, belə qanunvericilik aktları dünyanın inkişaf etmiş dövlətlərində də mövcuddur. Yəni, həmin dövlətlərdə də qeyd etdiyimiz prinsiplər gözlənilir. Ona görə də, beynəlxalq təşkilatlar bu məsələyə obyektiv yanaşmalıdır. Demokratik cəmiyyət o cəmiyyətdir ki, hər bir kəsin hüququ bərabər şəkildə qorunsun. Biz hüquqi dövlətdə yaşayırıq və hüquqi dövlətin ən vacib məsələsi qanunun aliliyi prinsipidir. Hüquqsuzluq, cəzasızlıq, qanunsuzluq mühiti yolverilməzdir. Bu səbəbdən də, hansısa qüvvə qanunları pozmaqla öz məqsədlərinə çatmaq istəyirsə, belə halların qarşısını almaq dövlətin vəzifəsidir.
Bəzi beynəlxalq təşkilatların isə ölkəmizdəki proseslərlə bağlı münasibəti gerçəkliyi əks etdirmir. “Freedom House”, “Amnesty İnternational” kimi təşkilatlar Azərbaycan haqqında qeyri-obyektiv məlumatlar yaymağı öz ənənəsinə çevirib. Təbii ki, belə münasibət Azərbaycan cəmiyyətində ciddi narazılıqla qarşılanır. Bu vəziyyət isə həmin beynəlxalq təşkilatların ölkəmizdə olan mövcud durumu düzgün qiymətləndirməməsi və bilərəkdən qərəzli mövqe nümayiş etdirmələri ilə əlaqədardır. Bu təşkilatlar Azərbaycanda həyata keçirilən demokratik islahatların mahiyyətini düzgün qiymətləndirməyərək ölkəmizdə problemlərin olduğunu iddia edirlər. Əlbəttə ki, bunların heç biri gerçəkliyə uyğun deyil. Bu baxımdan, beynəlxalq səviyyəli QHT-lərin bu cür münasibət bildirmələri çox təəssüfedicidir. Məsələ ilə bağlı Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bəzi beynəlxalq təşkilatların Azərbaycana dərs keçmək istəyində olduğunu bildirib: “Bəzi QHT-lər, xüsusən də beynəlxalq təşkilatlar olan “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “Norveç İnsan Haqları Evi” və sair təşkilatlar Azərbaycanı geridə qalmış hansısa Afrika dövləti hesab edirlər. Azərbaycana daxil olarkən hesab edirlər ki, insanlar, dövlət qurumları, QHT-lər, mətbuat orqanları, partiyalar, vətəndaş təsisatları bunların qulluğunda durmalı, qabaqlarına qaçmalıdırlar. Artıq dünyaya öz real dəyərimizi çatdırmağın vaxtı yetişib. Azərbaycan xalqı 1918-ci ildə Avropa ölkələrinin çoxundan qabaq demokratik cümhuriyyət qurub. Bu dövlətlərin çoxundan əvvəl Azərbaycanda parlament respublikası formalaşdırılıb. Azərbaycanda qadınlara kişilərlə eyni dərəcədə seçib seçilmək hüququ verilib. Halbuki, bəzi Avropa ölkələri bunları Azərbaycandan 30 il sonra ediblər”.
Yuxarıda qeyd etdik ki, demokratik dövlətlər qanunlarla idarə olunur və qanunları pozanlar cəzalandırılmalıdır. Bu mənada, müxtəlif vaxtlarda qanunsuz aksiyalar keçirməyə cəhd edənlərin qarşısı elə qanun çərçivəsində alınıb. Avropanın inkişaf etmiş ölkələrində də qanunsuz aksiyalar keçirənlərin qarşısı hüquq-mühafizə orqanları tərəfindən kəskin şəkildə alınıb. Bir müddət öncə Fransada, Yunanıstanda və digər ölkələrdə baş verənləri buna misal göstərmək olar. Amma nədənsə adını çəkdiyimiz beynəlxalq təşkilatlar bu hadisələr zamanı susqunluq nümayiş etdirdilər. Azərbaycanda qanunsuz aksiyaların qarşısının alınması zamanı polis mümkün qədər iştirakçılara qarşı fiziki güc tətbiq etmir, “dubinkadan” istifadə etmir və sadəcə, onları həmin yerdən uzaqlaşdırmaq funksiyanı yerinə yetirir. Avropa dövlətlərində isə qanunsuz aksiya iştirakçılarına qarşı “dubinka”, su şırnaqları, gözyaşardıcı qazdan istifadə edilir. Belə olan halda, beynəlxalq təşkilatların seyrçi mövqe tutması göstərir ki, onları yalnız öz maraqları düşündürür. Bütün bunlara rəğmən, əgər Azərbaycanda yenə də, icazəsiz aksiyaların qarşısının alınması istiqamətində tədbirlər görüləndə bu təşkilatlar ənənəvi mövqeləri nümayiş etdirəcəklər. Bu, bir daha təsdiqləyir ki, “Freedom House” kimi qurumlar üçün insan hüquqları anlayışı yalnız müəyyən ölkələrə təzyiq etmək, hansısa xarici qüvvələrin maraqlarına xidmət etmək vasitəsindən başqa bir şey deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

