Azərbaycan Şimal və Cənub, Şərq və Qərb ticarətinin Qafqazdakı əsas oxudur
09.06.2012 [21:56]
Siz İraq və Əfqanıstana dəstək məsələsində Azərbaycanın adını çəkməkdə tam haqlısınız. Bu yol ikitərəfli yoldur. Mən növbəti 20 ildə gündəlikdə olacaq məsələlər haqqında da danışmaq istərdim. İqtisadi inkişaf həm də Azərbaycanın suverenliyi, təhlükəsizliyi və sabitliyi üçün önəmlidir. Təhsil həm hazırkı enerji sahəsindəki nailiyyətləri saxlaya bilmək, daha da önəmlisi şaxələndirməni həyata keçirmək baxımından vacibdir. Siz bu istiqaməti işçi qüvvəsi hesabına həyata keçirirsiniz. Həmin işçi qüvvəsi ki, kənd təsərrüfatından ərzağa, farmakologiyadan səhiyyəyə kimi bir çox sahələrdə təhsillidir. Beləliklə, gələcək üçün gündəlikdə duran məsələlərin geniş əhatə dairəsi mövcuddur. İqtisadi inkişafa qayıtsaq, bu gün sizin yeni oyunçularınız var. 20 il öncə çox suallar ortaya çıxmışdı. Azərbaycan, onun iki qonşusu - Ermənistan və Gürcüstan, Rusiya ilə ABŞ. Təbii ki, BP başda olmaqla bəzi Avropa maraqları. Bu gün yeni oyunçular sırasına çin, Hindistan, Türkiyə, Cənubi Koreya və bir çox digər ölkələr də daxil olub və daha çox oyunçunun olduğu mühit yaranıb. İnkişaf ABŞ-ın da öz maraqları naminə bu məsələlərə cəlb olunması ilə davam edəcək. Bizim 20 və ya 150 il bundan öncə və ya sonra haqqında danışmağımızdan asılı olmayaraq coğrafi amillər dəyişməyəcək. Azərbaycan Şimal və Cənub, Şərq və Qərb ticarətinin Qafqazdakı əsas oxudur. Biz bu bölgədə olmalıyıq, çox səmimi və qonaqpərvər Azərbaycan xalqı ilə dostluğumuzu inkişaf etdirməliyik.
Daşınma iqtisadi inkişafın bir hissəsidir. Bu Sakit okeandan Atlantik okeana kimi olan ərazidə dəmiryolları, qaz kəmərləri və fiber-optik xətlərin yer aldığı bir prosesi əks etdirir.
Azərbaycanın inkişaf etməsi bizim və beynəlxalq aləmin maraqları daxilindədir. Bu həm də ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından önəmlidir. Daşınmanın inkişafı da Azərbaycan neftinin ixracını asanlaşdırır. Biz Bakı-Tbilisi-Ceyhan kəməri haqqında məlumatlıyıq. Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti bu layihənin həyata keçirilməsinə imkan yaratdı. Mən Avrasiya üzrə təhlilçinin dediklərini xatırlayıram: “Bu layihə heç vaxt bir damcı belə nefti boşuna ixrac etməyəcək”. TANAP-ın inkişafı bu gün önəmli haldır.
Bütün bunlar gələcəyə doğru irəliləmək baxımından yekun bir mənzərəyə gətirib çıxarır. Bu, regionda təkcə təhlükəsizlik, enerji və iqtisadi məsələlərlə bağlı deyil. Qafqazda, Şərqi və Mərkəzi Asiyada daha açıq cəmiyyətlərin inkişafı üçün səy göstərmək bizim maraqlarımız daxilindədir. Bu, çağırışdır, bu, idarəetmənin keyfiyyəti, qanunun aliliyi, şəffaflıq və bu cəmiyyətlərin iqtisadi cəhətdən inkişaf etməsi qabiliyyəti arasında möhkəm bağdır. Bu fakt özünü Latın Amerikasından Hindistana, Şərqi Asiyaya, Qafqaza və Avrasiyaya qədər olan nəhəng ərazilərdə sübut edib. Növbəti 20 il ərzində Azərbaycanın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilməsini müşahidə edəcəyik. Yenə də təhsil, iqtisadi şaxələndirilmə əsas amillər olacaq. İqtisadi artım elə bir səviyyədədir ki, 2020-ci ilə baxış istiqamətində düzgün seçilmiş siyasi xətlə Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qapılarını döyə bilər. Növbəti bir neçə ildə biz Qarabağ probleminin həllinə nail ola bilərik. Devid, sən 2013-2014 dedin? Bunu ürəkdən arzu edirəm. Ancaq ola bilsin ki, bir az da vaxt lazım olacaq. Artıq digər tərəf - Ermənistan da anlayacaq ki, problemin həllində və Cənubi Qafqazda gedən inkişaf proseslərində iştirak etməkdə maraqlıdır. Biz təhlükələrdən, qeyri-sabitlikdən, imperiya keçmişinin mənfi irsindən bütün gün danışa bilərik. Lakin növbəti 20 ildə müsbət nəticəyə inam, uzaqgörənlik, ortaq düşüncə və öhdəlik vasitəsilə nail olmaq mümkündür. Təşəkkür edirəm.
Ariel Koen,
“Heritage” Fondunun Rusiya və Avrasiya tətqiqatları və Beynəlxalq Enerji Siyasəti üzrə baş tədqiqatçısı
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

