Solovyovun erməni “tezisi”...
28.03.2024 [09:55]
Azərbaycanın yürütdüyü siyasi kurs sabitliyə, sülhə və əməkdaşlığa istinad edir. Bunun nəticəsidir ki, ölkəmiz təmsil olunduğu, rəhbərlik etdiyi beynəlxalq statuslu təşkilatlarda hər zaman bu yüksək bəşəri dəyərlərin qorunması uğrunda əsaslı fəaliyyət nümayiş etdirib. Azərbaycan bütün dünyada terrorizmə qarşı mübarizənin ən fəal tərəfdaşı, neoklonializmə qarşı mübarizənin öncülü, ədalətsizliyə qarşı müqavimətin ən etibarlı təmsilçisi kimi tanınmaqdadır. Yerləşdiyi bölgədə sülhü və sabitliyi təmin etmiş, 30 ilə yaxın sürmüş terrorizmi və separatizmi aradan qaldırmış dövlətimiz bu kimi analogiyaları ilə bütün dünyada nümunə olaraq göstərilir.
Vurğulandığı kimi, ölkəmiz müasir dünyamız üçün ən böyük təhlükə və təhdidlərdən sayılan terrorizmə qarşı mübarizədə bütün gücünü səfərbər edib. dünyanın hansı nöbqtəsində baş verməsindən asılı olmayaraq dövlətimizin və əxalqımızın terrora münasibəti birmənalı və dəyişməzdir - Azərbaycan xalqı baş verən terror hadisələrini birbaşa insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət aktı hesab edir. Bu kimi cinayətləri törədənlərin isə qanun qarşısında cavab verməsi üçün ölkəmiz bütün vasitələrdən istifadə edir.
Terrora münasibət birmənalıdır...
Bu mənada, “Crocus City Hall”da baş verən terror hadisəsinə də münasibətimiz birmənalı və dəyişməzdir - bu kimi terror hadisələri bütün dünya ictimaiyyəti tərəfindən pislənilməli və qınanılmalıdır. Xüsusilə, bu hadisənin coğrafi yaxınlığımızda, strateji əlaqələrimiz olan dövlətdə - Rusiyada baş verməsi təssüfləndiricidir. Artıq bir neçə gündür ki, baş verən hadisə ilə bağlı Azərbaycanın siyasi-ictimai seqmenti öz münasibətini bildirir, bu hadisəni pisləyir, günahkarların tezliklə layiq olduqları məsuliyyətə cəlb ediləcəyinə inamını ifadə edir. Bu kimi münasibət isə təbii qarşılanmalıdır - Azərbaycan uzun illərdir ki, dünyanın əksər qaynar nöqtələrində terrorizmə qarşı real mübarizənin tərəfdaşı kimi fəaliyyət göstərir.
Amma bəzən elə insanlar tapılır ki, xalqının ağır durumundan, çətin anından özü üçün siyasi dividend qazanmaq fürsəti axtarır. Çox uzağa getməyək - anti-Azərbaycan mövqeyi ilə tanınan rusiyalı telejurnalist Vladimir Solovyov ölkəsinin paytaxtında baş verən qanlı teraktı törədənləri, onu sifariş edənləri günahlandırmaq yerinə, fərqli yalan fərziyyələrlə gündəmə gəlməyə çalışır - bu, isə növbəti dəfə Solovyovun mənəvi durumunun psixoloji aurası ilə adekvatlıq təşkil etməsinə dəlalət edir.
Azərbaycan-Rusiya münasibətləri hədəfə alınır...
Solovyovun qeyri-real düşüncələr “ixrac edən” zehniyyəti ya həqiqətən korşalıb, ya da bu kimi düşüncələrin arxasında mütləq qəsd dayanır. Çünki hadisə ilə bağlı bəlkə də ən sonuncu “günahlandırıla biləcək” bir ölkənin adını haklandırmağa çalışmaq başqa məna verə bilməz: ya, Solovyov baş verənləri dərk etmək qabiliyyətinə malik deyil, ya da ona Azərbaycanı hədəfə almaq tapşırığı verilib. Təbii ki, bunun da arxasında mühüm məqamlar dayanır. Belə ki, Solovyovun məhz indiki həssas məqamda Moskva-Bakı münasibətlərinin strateji əsaslarını hədəf alma “arzusu” boş yerə deyil - bu məqsəd elə terakt qədər təhlükəli planın tərkib hissəsidir. Ortada olan reallıqlara söykənərək vurğulamaq olar ki, “Crocus City Hall” da baş verənlər yaşadığımız bölgəyə qarşı neqativ münasibətin növbəti nümayişidir və bu həm də fərqli maraqların dağıdıcı planlarından xəbər verir. Son illərdə Azərbaycan - Rusiya münasibətlərində müşahidə edilən strateji yaxınlaşmalar, Bakının mühüm bir coğrafiyada yeni iqtisadi-siyasi reallıqlar formalaşdırması və bununla da yeni əməkdaşlıq seqmenti yaratması diqqətdən kənarda qala bilməz. Və bu fəaliyyətə qarşı önə sürülən müqavimətlər də ortadadır - bu reallıqlara ən mühüm təhdidin hansı paytaxtlardan qaynaqlandığını hər kəs, ən çox isə Solovyovun özü bilir. Azərbaycan bölgədə sülhü və əməkdaşlığı inkişaf etdirmək üçün bütün gücünü ortaya qoyub - 2020-ci il Vətən müharibəsindən ötən 4 ildə yeni və daha rentabelli Şərq-Qərb tranzitini fəallaşdırmaq üçün addımlar atılır. Ən son anda bu fəaliyyətə mane olmaq cəhdlərinin kimlər tərəfindən və haralardan edildiyi isə heç kimə sirr deyil - Solovyov şübhə “axtarmaq” istəyirsə bunu Bakıda yox, daha fərqli ünvanlarda “axtarmalıdır”.
Solovyov kimlərin tezisini dilə gətirir?
Solovyovun “aktuallaşdırmağa” çalışdığı “tezislərin” mətni və mahiyyəti hər şeyi açıq şəkildə göstərir - bu tezislər illərdir ki, aparılan anti-Azərbaycan siyasi xəttinin növbəti proyeksiyasıdır. Səsləndirilən yalanları dövriyyəyə buraxmaq istəyənlərin kimliyini də buraya əlavə etsək, mənzərə aydın şəkildə görünür - bir qrup ermənipərəst zümrənin bütün vasitələrlə Rusiya-Azərbaycan münasibətlərini hədəfə almağa çalışdığı ortadadır. Solovyov da məhz həmin zümrənin nümayəndəsidir. Yeri gəldi gəlmədi Azərbaycanın əleyhinə danışan, bütün məsələlərdə (hazırki durum da daxil olmaqla) Azərbaycanı “günahlandıran” Solovyov sanki əmr icra edir. Çünki onun söylədiyi yalanlar ermənipərəst zümrənin digər üzvləri -Simonyan və digərlərinin “fikirləri” ilə üst-üstə düşür, hətta eynidir. Demək ki...
Rusiya ilə Azərbaycan arasındakı münasibətlər çoxşaxəlidir və dərin köklərə malikdir. Solovyov kimilərinin boş danışığı isə heç bir effekt verə bilməz. Bu gün Rusiyaya qarşı terror təhdidi yaratmağa çalışanlar, bu terroru sifariş və icra edən dairələr məhz Solovyov kimilərinin dili ilə izləri fərqli coğrafiyalara yönəltməyə çalışır. Bu mənada, ortada olan faktlar hətta Solovyovun həmin terrorçu dairələrlə işbirliyinə belə işarə edir. Əgər, belə deyilsə, Solovyov niyə yalan fərziyyələr irəli sürərək istintaqı çaşdırmağa çalışır? Demək ki, ortada qəsd var və Solovyov öz fərziyyələrini ortaya atmaqla bu və ya digər şəkildə əsl günahkarları gizləməyə çalışır. Təsadüfi deyil ki, Azərbaycanı “işarə edənlər” hamısı ermənilər və ya onların yandaşlarıdır. Demək ki, terrordan sonra danışılacaq “mövzunun ştrixləri” də məhz erməniləri dəstəkləyən dövlətlər və ya mərkəzlər tərəfindən əvvəlcədən hazırlanıb.
Azərbaycan terrorizmlə mübarizənin önündə gedir
Azərbaycanın terrora qarşı mübarizədə ortaya qoyduğu fədakarlıqlar saymaqla bitməz - xüsusilə, nəzərə alınmalıdır ki, ölkəmiz 30 ilə yaxın müddətdə erməni terrorundan əziyyət çəkmiş bir ölkədir. Ötən əsrin son onilliyində Xocalıda, Meşəlidə, Qaradağlıda baş verən terror hadisələri, soyqırımları unudulmayıb. Bunun qarşılığında, ölkəmiz daim dünyanın fərqli nöqtələrində terrora qarşı mübarizədə hər zaman ön sıralarda yer alıb. Əksinə, terror zehniyyətli dövlətlər yenə də öz işini davam etdirir - bu gün Ermənistanın paytaxtında, Fransanın paytaxtında terrorçulara abidələr ucaldılır. Görəsən, Solovyov niyə bu məsələni qabartmır? Niyə demir ki, bölgədə Ermənistan kimi terroru açıq dəstəkləyən və hətta himayə edən dövlət mövcuddur. Niyə demir ki, Fransanın və başqa dövlətlərin qanlı planlarının aləti qismində çıxış edən Ermənistan bizim coğrafiyamız üçün təhlükə mənbəyidir. Niyə demir ki, 4 ildir Cənubi Qafqazda davamlı sülhə nail olunması üçün ən böyük təhdid məhz İrəvandır?
Azərbaycan isə hər zaman bütün gücü ilə terrorizmə qarşı mübarizədə aktiv fəaliyyətdədir. İllərlə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan qlobal təhlükəsizliyə mühüm töhfələr verib. Bir çox dövlətlər pərdə arxasında gizlənən zaman Azərbaycan COVİD-19 pandemiyasına qarşı mübarizədə qlobal əməkdaşlığa nail oldu. Ölkəmiz terrorizmə qarşı bütün beynəlxalq konvensiyalara tərəfdaş ölkədir və terrorizmə qarşı mübarizədə qlobal birliyin təmsilçilərindəndir. Solovyovun bizi hansı prizmadan “hədəf göstərməsi” anlaşılan deyil və absurddur. Bu kimi avantüralar isə nəticədə mühüm təhlükələr üçün yol açmağa xidmət göstərir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

