“Veymar üçbucağı” fəallaşır?
28.03.2024 [11:10]
Politoloq: Makron itirilmiş nüfuzunu bərpa etmək istəsə də, buna nail olmayacaq
Son vaxtlar “Veymar üçbucağı” fəallaşmağa başlayıb. Bu, Almaniya, Fransa və Polşa arasında 1991-ci ilin avqustunda yaradılmış üçtərəfli formatdır. İlkin vaxtlarda o, Polşanı Avropa İttifaqı və NATO ilə yaxınlaşdırmaq üçün bir vasitə kimi düşünülmüşdüsə, indiki halda daha çox Fransanın patronajlığı altında Avropada önə çıxmaq çabalarını özündə əks etdirir. Təbii ki, Fransa bunun üçün Ukraynadan məharətlə istifadə etməyi planlaşdırır - Paris öz maraqları üçün Kiyevə potensial vasitə kimi yanaşır.
Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Qərb ölkələri müxtəlif motivli platformalar düşünüb “ərsəyə gətirir. “Veymar üçbucağı” formatının da indiki halda proseslərə təsiri real deyil - bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Almaniya Kansleri Olaf Şolts Ukraynadakı vəziyyəti müzakirə etmək üçün bir araya gəlmişdi. Görüş Almaniya paytaxtı Berlində baş tutmuşdu. Bu, D.Tusk Baş nazir olduqdan sonra “Veymar üçbucağı” formatında ilk görüşü sayılır.
Bu format Ukraynaya, onun müharibə səhnəsindəki durumuna nə vəd edir? Polşa Prezidenti Anjey Duda deyib ki, Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlsə, başqa ölkələrə də “hücum edəcək”. O, bunun baş verməməsi üçün ABŞ-ı Ukraynaya hərbi yardım paketini təsdiqləməyə çağırıb. Bəzi siyasi mütəxəssislər isə bunu Fransanın “tələsi” sayır. Belə ki, ABŞ-ı yenidən aktiv şəkildə “prosesə cəlb etmək” istəyən Fransa bu manevrdən istifadə edir.
Yeri gəlmişkən, Polşa, Almaniya və Fransanın müdafiə nazirləri arasında “Veymar üçbucağı” formatında danışıqlar yazın sonunda Polşanın Vrotslav şəhərində baş tutacaq. Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış almaniyalı həmkarı Boris Pistorius ilə danışıqlardan sonra bildirib. “Mayın əvvəlində Vrotslavda “Veymar üçbucağı” formatında müdafiə nazirlərinin görüşü keçiriləcək”, - deyə polşalı nazir mətbuat konfransında söyləyib. Kosinyak-Kamışın sözlərinə görə, tərəfdaşlar bu əməkdaşlıq formatını təkcə siyasi deyil, həm də müdafiə baxımından canlandırmağa çalışırlar. Üç ölkənin silahlı qüvvələrinin birgə təlimlərinin keçirilməsi də planlaşdırılır.
Burada diqqət çəkən məsələ uğursuz siyasətçi olan Makronun yenə də “liderlik” cəhdidir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda kollektiv Qərb Kiyevin məğlubiyyətini qəbul etmək istəmir və çox çalışır ki, müharibədə Rusiyanın məğlubiyyətinə nail olsunlar. Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyü bərpa edilsin. Lakin onun fikrincə, bu, çox çətin hədəfdir. Çünki Rusiya dayanıqlılıq nümayiş etdirir. Ona görə də, qalib gəlmək mümkün olmur.
Politoloq qeyd edib ki, Ukraynanın bütün cəhətlərdən Qərbdən asılılığı var. Xüsusilə Kiyevə hərbi dəstək artırılmalıdır. Fransa prezidenti Makronun Ukraynaya NATO qoşunlarının göndərilməsi ilə bağlı çağırışı dəstəklənmədi. Bundan sonra o, bu çağırışını təkzib etməyə çalışdı. “Digər tərəfdən, Fransa müxtəlif koalisiyalar yaradaraq bəzi dövlətləri ətrafında birləşdirmək məqsədi güdür. “Veymar üçbucağı” formatı da bu məqsədə xidmət edir. Maraqlıdır ki, Polşa və Baltikyanı dövlətlər Ukraynaya ordu göndərilməsinə müsbət yanaşmışdılar. Buna görə də, Fransa öz geopolitik orbitinə Polşanı dəvət edib. Polşa artıq bu təsir altına düşməkdədir. Almaniya isə çox rasional davranır və kansler O.Şoltsun müəyyən ehtiyatlı davranışı diqqətdən yayınmamalıdır. Lakin Makron belə təşəbbüslərlə öz siyasi imicini və itirilmiş nüfuzunu bərpa etmək istəyir. Makron “Vaymer üçbucağı” formatını fəallaşdırmaqla düşünür ki, nəyəsə nail ola biləcək. Amma o, Fransanın tarixində ən uğursuz dövlət başçısı kimi yadda qalacaq. Fəaliyyəti dövründə heç bir uğura imza atmayan Makron Rusiya-Ukrayna müharibəsini istismar etməklə siyasi xal qazanmaq istəyir. Lakin onun “təşəbbüsləri” heç bir nəticə verməyəcək”,-deyə İ.Hüseynov söyləyib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

