Avropa üçün “sülh təsəvvürü”...
30.03.2024 [11:25]
Aİ nümayəndələri regiona niyə gəlir?
Xəbər verildiyi kimi, Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Ermənistana səfər edəcək. Komitə üzvləri aprelin 8-9-da Ermənistanda işgüzar səfərdə olacaqlar. Aİ rəsmiləri İrəvanda və Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının ofisində görüşlər keçirəcək. Bildirilib ki, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında təsəvvür əldə etməkdir. Nümayəndə heyəti Gürcüstan və Azərbaycana da səfər edəcək. Qeyd edək ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri üzv dövlətlərin Aİ-dəki səfirlərindən ibarətdir.
Aİ rəsmilərinin Ermənistan səfərində “sülh təsəvvürü” əldə etmək niyyətindən “irəli gəlməsi” maraqlı olduğu qədər “düşündürücüdür”. Son addımları ilə sülhə doğru yol alan prosesə ən böyük zərbələri vuran Aİ və onun bəzi strukturları açıq şəkildə Azərbaycana qarşı fərqli standartlar yürütməkdədir. Aİ-nin strukturlarından Avropa Parlamenti və başqaları qəbul etdikləri qeyri-hüquqi mahiyyətə malik “qətnamələrlə” öz mövqelərini açıq şəkildə ortaya qoyurlar. Belə olan halda, regiona səfər edəcək “qrup” hansı “sülh təsəvvürü”ndən bəhs açır?
Eyni zamanda, “müşahidə missiyası” adı altında fəaliyyət göstərən “kəşfiyyatçı qrup”la görüş planı onların məqsədlərindən xəbər verir. Bu “missiyanın” hansı fəaliyyətlə məşğul olması isə “iş prinsipindən” açıq şəkildə görünür. 2022-ci ilin oktyabrında Aİ-nin Ermənistana göndərdiyi “mülki missiya”nın üzvlərinin sayı 40 nəfər, xidmət müddəti iki ay müəyyən edilsə də, sonradan həm şəxsi heyətin sayı, həm də müddət artırıldı. Ötən dövrdə bu say 139 nəfərə çatdırıldı, sonradan isə 300 nəfərə yaxın oldu. Bu müddətdə “missyanın genişləndirilməsi” planı bütün istiqamətlər üzrə inkişaf etdirilir. Başqa sözlə, missiyanın tərkibi ilə yanaşı ofislərinin də sayı artırılır. Məsələn, ötən ilin sonlarında Yeğeqnadzorda (Dərələyəz mahalı) Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının qərargahının açılış mərasiminin keçirilməsi də təsadüfi deyildi - açılış mərasimindəki çıxışında Markus Ritter bildirmişdi ki, Aİ-nin Ermənistandakı missiyası fəaliyyətə başlayan zaman iki daimi işçisi və üç sahə ofisi olub. “8 aydan sonra Aİ-nin 23 dövlətindən göndərilmiş 93 missiya üzvü ilə yeni qərargahımızın qarşısında dayanıram. Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət qabiliyyətinə çatıb. Sentyabrın əvvəlində bizim Kafan, Gorus, Cermuk, Yeğeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik”, - deyə Ritter vurğulamışdı.
Beləliklə, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan dairələrin “anti - sülh” mahiyyətli addımlarını davam etməkdə israrlı orlması faktı özünü açıq şəkildə ortaya qoyur. Bu missiyanın “əsl siması” artıq hər kəsə bəllidir. Onların daha çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması sirr deyil. Bu səbəbdən də missiyanın” üzvlərinin sayının artırılması ilə bağlı “qərar”ların ardından xüsusi səfərlərlə “məsləhətləşmələr” keçirilməsi də təsadüfi sayıla bilməz.
Digər tərəfdən, Aİ aprelin 5-də ABŞ ilə birgə Ermənistanla görüş keçirməyi planlaşdırır - bu fakt özündə təhlükəli məsələləri ehtiva etməkdədir. Bəlli olduğu kimi, bu görüşü hətta Ermənistanla yeni “hərbi pakt” kimi də izah edənlər var. Əgər Aİ sülh haqqında “təsəvvür yaratmaq” istəyirsə, niyə Ermənistanı hərbi “pakta” qoşur? Və ya Aİ-də əsas söz sahibi olan dövlətlərdən biri sayılan Fransa niyə Ermənistanı aktiv şəkildə silahlandırır? Demək ki, burada məqsəd heç də “humanitar” və ya “sülh” məsələsi deyil - burada məqsəd sırf hərbi yerləşmənin daha da genişləndirmə perspektivlərini gözdən keçirməkdir. Regionun digər ölkələrinə səfərlərin təşkili də müəyyən mənada xüsusi məqsədə xidmət edir. Gürcüstana “namizədlik” statusu vermiş Aİ öz nümayəndə heyətini bu ölkəyə göndərməklə bölgədəki siyasi tərəfləri “nümauiş etdirməyə” çalışır. Azərbaycana səfər isə daha fərqli məqsəd daşıyır - Aİ bölgədə yeni qurulan iqtisadi nizamın müəllifi ilə “danışmaq” istəyindədir. Ermənistanın əli ilə görüntsü yaradılan “təzyiq kampaniyası” da məhz bu amildən qaynaqlanır. Başqa sözlə, Aİ yeni iqtisadi konfiqurasiyada yer almaq niyyətindədir. Amma bunu bölgədəki siyasi proseslərə müdaxilə ilə mümkün olmadığını yaxşı anlayır - bu səbəbdən də, özünün təsir imkanlarını genişləndirmək, “durbinli qrup”unun nüfuzunu daha da artırmaq istəyindədir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

