Naxçıvana atəş əmrini kim verib?
03.04.2024 [10:30]
Şərti sərhəddə növbəti təxribat..
NARDAR
Son günlər Ermənistan şərti dövlət sərhədində gərginliyi artırıb. Azərbaycan regionda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərsə də, erməni tərəfi davranışları ilə sülhə maraqlı olmadığını nümayiş etdirir. Nəzərə alaq ki, gündəmin əsas mövzularından biri Qazaxın işğal altında olan dörd kəndinin Azərbaycana qaytarılmasıdır. Rəsmi İrəvan gah kəndlərin qaytarılmasından danışır, gah da bunun əksini söyləyir. Belə ziddiyyətlər fonunda şərti dövlət sərhədində də gərginlik yaradılır. Sərhəddə Ermənistan tərəfindən hərbi təxribatların törədilməsi də bunu təsdiqləyir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub. Belə ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ümumiyyətlə, son günlər Ermənistanın şərti sərhəddə ağır texnika və canlı qüvvə toplaması ilə bağlı videogörüntülər yayılıb. Bunu yayanlar məhz erməni sosial şəbəkələridir. Bütün bunların fonunda bir neçə gün öncə Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfə xəbərdarlıq etmişdi: “Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir. Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək”.
Əvvəlki təcrübələr unudulmamalıdır
Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yoldur. Azərbaycan bu istiqamətdə beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu dəfələrlə təsdiqləyib. Lakin Ermənistanın hərbi təxribat törətməsi hansı mətləblərdən xəbər verir? İlk növbədə, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Regionda sülhün təmin olunması üçün təşəbbüslər göstərən rəsmi Bakı tərəflər arasında tezliklə sülh sazişinin imzalanmasına çalışır. Amma Fransa, dünyadakı erməni lobbisi prosesi pozmaqda maraqlıdır və bunun üçün İrəvanı təxribatlara təşviq edirlər. Ermənilərin hərbi təxribatları belə rəy formalaşdırmağa xidmət edir ki, guya tərəflər arasında sülh sazişi imzalamaq hələ tezdir, tərəflər buna hazır deyil, dövlətləri və xalqları sülhə hazırlamaq lazımdır və s. Yəni müxtəlif bəhanələrlə proses uzadılır. Bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, dəmir yumruq daha sərt və ağır olacaq. Buna görə də, Paşinyan hakimiyyəti əvvəlki təcrübələrdən nəticə çıxarmalıdır. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti olaraq rədd edilməli və qınanılmalıdır.
Ekspert: Ermənistan gərginlik yaratmaqla müxtəlif beynəlxalq gücləri regiona cəlb etməyə çalışırlar
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. 44 günlük müharibə nəticəsində kapitulyasiyaya imza atan İrəvan üzərinə öhdəliklər götürüb. Lakin onların bir hissəsini yerinə yetirmədiyi üçün dövlətimiz müəyyən addımlar atıb. Qarabağda separatizmə son qoyulması buna nümunədir. Lakin Ermənistan hələ də Zəngəzur dəhlizinin açılmasına mane olur, dəqiq mina xəritələrini vermir və s. Əvəzində isə şərti sərhəddə hərbi təxribatlar törədir. Onun sözlərinə görə, Ermənistan həmişə təxribatlar törədib və bütün təxribatların qarşısı ordumuz tərəfindən alınıb. 2020-ci ildə qazanılan böyük qələbəni xatırladan E.Həsənlinin sözlərinə görə, Azərbaycan bölgədə sülhün tərəfdarıdır. Lakin Ermənistan öz havadarlarının tapşırığı ilə sülhə gəlmək istəmir. Ona görə də, davamlı olaraq hərbi təxribatlar törədir.
“Ermənistan hər dəfə təxribatları Azərbaycanın üzərinə atmağa çalışsa da, sonda özünü ifşa edir. İfşa olunanda Paşinyan günahı revanşistlərin üzərinə atır. Bundna əvvəlki təxribatlar zamanı Paşinyan deyirdi ki, təxribatı törədənlər ruspərəst generallardır. Həmin vaxtlar orduda müəyyən kadr dəyişiklikləri etdi. Amma biz görürük ki, təxribatlar hələ də davam edir”-deyən ekspert qeyd edib ki, erməni tərəfinin növbəti hərbi təxribatları onların xislətindən xəbər verir. Ona görə də, buna birdəfəlik son qoymaq lazımdır. E.Həsənli hesab edir ki, budəfəki təxribatların dörd kəndimizin geri qaytarılmasının müzakirə olunduğu vaxtda baş verməsi bir sıra mətləblərdən xəbər verir: “Görünən odur ki, ermənilər Qazaxın dörd kəndini xoşluqla qaytarmaq istəmir. Sərhəddə gərginlik yaratmaqla müxtəlif beynəlxalq gücləri də regiona cəlb etməyə çalışırlar. Amma bütün bunlar əbəsdir. Erməni tərəfi öhdəliklərini yerinə yetirməsə, o cümlədən kəndlərimizi geri qaytarmasa vəziyyətləri pis olacaq. Çünki dövlətimizin lazım olan addımları atacaq. Elə etməliyik ki, ermənilər belə təxribatlara bir daha cəsarət etməsin, sülhə gəlsinlər”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

