Azərbaycanla Çexiya arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur
04.07.2012 [23:19]
çexiyanın Brno Texnologiya Universitetinin nəzdindəki İnformatika İnstitutunun Biznes və İdarəetmə fakültəsinin professoru İvan Meznik, Masarik Universitetinin Tibb fakültəsinin professoru Yuri Duşek və elmlər doktoru, professor Azər Kərimov ölkəmizə səfərdədirlər. çexiyalı qonaqlar ölkəmiz haqqındakı təəssüratlarını, həmçinin, çexiya-Azərbaycan münasibətlərinin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə öz fikirlərini qəzetimizə bildiriblər.
Professor İvan Meznik qeyd edib ki, ölkəmizin sürətli inkişafının fonunda gördüyü mənzərə onda böyük məmnuniyyət hissi yaradıb: “Azərbaycan çox sürətli inkişaf tempinə malik olan ölkədir. Beynəlxalq aləmdə də sizin ölkəniz mütəmadi olaraq sürətli tərəqqi edən rifah dövləti kimi tanınır. Azərbaycanda əhalinin həyat səviyyəsi çox yüksəkdir. Həmçinin, Azərbaycan dünya miqyasında öz iqtisadi inkişafı ilə seçilir və Avropa dövlətlərinin etibarlı strateji tərəfdaşı kimi çıxış edir. Təəssüflər olsun ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ problemi mövcuddur. Bu problem regional deyil, beynəlxalq xarakterlidir və sülhə, təhlükəsizliyə ciddi təhdiddir. Sevindirici haldır ki, sülh və təhlükəsizliyin tərəfdarı kimi çıxış edən milli dövlətlər bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsini istəyirlər. ümid edirik ki, münaqişə beynəlxalq hüquq normaları əsasında, yəni, ölkənizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Qeyd edim ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində törədilmiş Xocalı faciəsi faktı da mövcuddur ki, bu, sözün əsl mənasında, insanlıq dramıdır”.
çexiya Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini deyən professor əlavə edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını zəruri hesab edir: “çexiya prezidenti Vatslav Klaus Azərbaycana səfəri çərçivəsində də bəhs olunan münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməli olduğunu vurğulayıb. Digər çexiya rəsmiləri də bu məsələnin üzərində xüsusi həssaslıqla dayanırlar. çexiya mətbuatı isə öz növbəsində Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasının vacibliyini bəyan etməkdədir”.
çexiya-Azərbaycan münasibətlərinin yüksələn templə inkişaf etdiyini bildirən İ.Meznikin sözlərinə görə, ölkə rəsmilərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına xidmət edir. “çexiya Respublikasının Prezidenti Vatslav Klausun Azərbaycana səfərinin nəticələri göstərdi ki, ölkələrimiz arasındakı münasibətlərdə pozitiv məqamlar kifayət qədərdir. Hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq mövcuddur ki, bu da böyük məmnunluq doğurur. Xüsusilə də təhsil sahəsində sıx əlaqə və mübadilələr var” - deyə, o vurğulayıb.
Professor Azər Kərimov isə bildirib ki, çexiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər davamlı sürətdə inkişaf edir: “çexiyadakı Azərbaycan diasporu kifayət qədər aktiv fəaliyyətə malikdir. Qeyd edim ki, Azərbaycan gündən-günə möhkəmlənən beynəlxalq mövqeyi, artan nüfuzu çexiya ictimaiyyətinə də məlumdur. Azərbaycanın sürətli inkişafı çexiya ictimaiyyətində böyük məmnunluq hissi yaradır”.
“Azərbaycana səfərə gəlmiş professorlar İvan Meznik və Yuri Duşek ölkəmizdəki sürətli inkişafdan olduqca məmnun qalıblar. Onlar Azərbaycanın inkişafını və çexiya-Azərbaycan əlaqələrini olduqca yüksək səviyyədə qiymətləndirirlər. çexiyadan olan ziyalıların Azərbaycan həqiqətlərini əyani surətdə görməsi milli gerçəklərimizin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Onu da qeyd etmək istəyirəm ki, professor İvan Meznik cəbhə bölgələrində də olub, qaçqınlarla görüşüb və real vəziyyətə dair özünün fikirlərini ifadə edib. Əlbəttə, bu da Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində meydana çıxmış real vəziyyətin dünya ictimaiyyətinə çatdırılması üçün əhəmiyyət daşıyır” - deyə, A.Kərimov vurğulayıb.
“Mən ilk dəfədir ki, Azərbaycana gəlmişəm. Həqiqətən də, Azərbaycan heyranedici və gözəl məmləkətdir”. Bunu isə tibb elmləri doktoru, professor Yuri Duşek deyib.
Qonaq bildirib ki, Azərbaycan-çexiya münasibətlərinin hazırki durumu olduqca təqdirəlayiqdir: “Bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanla çexiya arasında tibb sahəsində sıx təmaslar mövcuddur. Hər iki ölkə universitetləri arasında təmasların olması pozitiv məqamdır. Əlbəttə ki, əlaqələr daha da genişlənməlidir”.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

