Nikah yaşının 1 il azaldılması...
22.05.2024 [11:00]
Bölgələrdən müraciətlər daha çoxdur
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah yaşı 18 yaşdır. İstisna hallar olduğu zaman nikaha daxil olmaq istəyən, lakin nikah yaşına çatmamış şəxslərin xahişilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bakı şəhərinin 12 rayon icra hakimiyyətlərinin 2022-2023-cü illər nikah yaşının 1 il azaldılması ilə bağlı statistikası açıqlanıb. Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı”nda əksini tapıb.
İcazələrin sayı artıb...
Məlumatda qeyd olunub ki, Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 15 müraciət daxil olub. Hamiləlik, uşağın doğulması və digər üzrlü hesab oluna biləcək səbəblər araşdırılmış nəticə olaraq 2023-cü ildə 9 müraciət üzrə nikah yaşının 1 il azaldılmasına sərəncam verilib. 2022-ci ildə 5 müraciət üzrə icazə verilib. Bu da onu göstərir ki, 2023- cü ildə erkən evliliklə bağlı müraciətlər üzrə icazələrin sayı artıb.
Ötən il 293 erkən evliliyin qarşısı alınıb
Azərbaycanın iqtisadi rayonlarının 2023-cü il üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı statistikasına gəlincə, yerli rayon icra hakimiyyətlərindən alınan məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022-ci idə 269) erkən evliliyin qarşısı alınıb.
Erkən evliliyə meyl çox olan ərazilər...
Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 233 (2022-ci ildə 271) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 38 (nikah) azalma var. Qarabağ (64 erkən evlilik) və Mərkəzi Aran (30 erkən evlilik) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir. 2022-ci ildə Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonlarında erkən evliliyə daha çox meyl olub. Xüsusilə Bərdə-26, Biləsuvar-21, Ağca-bədi-20 və Yevlax-15 rayonlarında nikah yaşının 1 il azaldılmasına daha çox razılıq verilib. Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətləri tərəfindən (Babək, Culfa və Sədərək rayon) ümumilikdə 7 nəfərə nikah yaşının azaldılması ilə bağlı icazə verilib.
Sui-istifadə halları artıb...
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, ölkəmizdə bir neçə il öncə qanunvericilikdə dəyişiklik oldu və Ailə Məcəlləsinə əsasən istisna hallarda nikaha daxil olma yaşı 1 yaş azaldıldı: “Məsələn, valideynlərdən biri xəstədirsə, valideynin razılığı ilə və qızın fizioloji durumunda hansısa dəyişiklik varsa, 17 yaşda nikaha daxil olmağa icazə verilirdi. Ancaq görünən odur ki, yaş həddinin aşağı salınması sui-istifadə hallarını artırıb. Elə həmin validyenlərin “razılığı”ilə qızlarımız erkən yaşda nikaha sürüklənir və valideynlər nəticələrin nə olacağını düşünmədən qız övladlarının bədbəxtliyinə imza atırlar”.
Çalışmalıyıq ki, sağlam ailələr qurulsun...
Deputat qeyd edib ki, nikah yaşının azaldılması problemlərin qarşısını almadı: “Yaş həddini endirdiyimiz zaman da bir çox maneələrlə qarşılaşmışdıq. Bu həddin azaldılmasını qəbul edənlər kimi, qarşı çıxanlar da var idi. Hər birimiz dövlət, qanunverici orqan və parlament olaraq çalışmalıyıq ki, sağlam ailələr qurulsun. Çünki sağlam ailələr sağlam cəmiyyətin təməlini təşkil edir. Ona görə də nikah yaşının heç olmasa minimum 18 yaş olması müəyyən mənada ailənin daha möhkəm təməl üzərində qurulmasına şərait yarada bilər. Bir anlıq düşünək ki, tam olaraq şüurun, dünyagörüşünün formalaşmış olması, maddi problemlər həll edildikdən sonra ailənin qurulması belə ailələri daha uzunömürlü edir, nəinki asılı bir şəkildə, valideyn himayəsi və diqtəsi ilə qurulan ailələr. Bu baxımdan nikah yaşının minimum 17 yox, 18 yaş olması daha məqsədəuyğundur”.
Ailə qurmaq üçün 18 yaş da azdır...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Lalə Mehralının fikrincə, bəzi istisna hallarda nikah yaşının 1 il azaldılması düzgün olmayan bir məsələdir: “Çünki bundan sui-istifadə edənlər tapılır. 18 yaşdan aşağı nikah hallarının qeydə alınması ailələrin erkən dağılmasına gətirib çıxarır. 18 yaşın özü də ailə qurmaq üçün aşağı bir yaş həddidir. Bu da gənclərin ailə haqqında məlumatsızlığı deməkdir. Sözsüz ki, ailə haqqında məlumatsızlığı olan gəncin qurduğu ailənin nəticəsi də yaxşı olmayacaq. Boşanmaların səbəblərindən biri də erkən yaşda nikahların olmasıdır. Gənclər həyatda bir birini tanımamış, xasiyyətlərinə bələd olmamış, həyatı başa düşməmiş və ailənin nə olduğunu dərk etməmiş evlənməyə çalışırlar ya da təhrik olunurlar. Düşünürəm ki, ailə qurmaq üçün minimum yaş həddi heç olmasa 20 olmalıdır”.
L.Mehralı qızların və oğlanların ailə qurmaq üçün ideal yaşının neçə olmasından da danışıb: “Hesab edirəm ki, qadın üçün ideal evlilik yaşı 23-dür. Oğlanlar üçün isə 25-27 yaş daha müsbətdir.
Hər kəs üzərinə düşəni etməlidir
Sosioloq qeyd edib ki, ictimaiyyət olaraq hamımız problemin nə dərəcədə ciddiliyinin fərqinə varmalıyıq: “Qonşuda, qohumda, tanıdığımız ailələrdə erkən nikah ehtimalı varsa, buna hazırlıq aparılırsa, ictimaiyyət olaraq buna qarşı çıxmalı, əlaqədar qurumlar xəbərdar edilməlidir. Hər bir vəzifə sahibi, məmur, öhdəsinə düşən işi icra etməlidir. Məktəb də buna görə cavabdehdir, yerli icraedici orqanlar da. Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər, əlaqədar qurumları xəbərdar etməyənlər də cəzalanmalıdır. Övladlarını erkən nikaha təhrik edən valideynlər bunun necə bir cinayət əməli olduğunu anlamır, bu əmələ görə hansı cinayət məsuliyyəti daşıyacaqları barədə məlumata sahib deyillər. Amma bəzən valideynlər müxtəlif qanunsuz yollarla, vasitələrlə məsuliyyətdən yaxa qurtarır, azadlıqdan məhrumetmə cəzası da yüngülləşdirilir. Belə hallar digər valideynlərə çox pis nümunə olur. Valideynlər məsuliyyətdən kənarda qalacaqlarını zənn edərək övladlarını uşaq yaşda gəlin edərək bədbəxt edirlər. Ona görə bu cür neqativ hallara qarşı da mübarizə aparılmalıdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

