Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya Trampın atəşkəs təşəbbüsünü dəstəkləyib

Rusiya Trampın atəşkəs təşəbbüsünü dəstəkləyib

09.05.2026 [06:35]

Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə 9–11 may tarixlərində atəşkəs elan olunması və bu müddətdə hər iki tərəfdən 1000 əsirin qaytarılması ilə bağlı təşəbbüsünü qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, razılaşma Rusiya tərəfi ilə ABŞ Prezidentinin administrasiyası arasında aparılan telefon danışıqları zamanı əldə olunub. Amerika nümayəndələri isə Kiyevlə əlaqə saxlayıblar.

Yuri Uşakov qeyd edib ki, təşəbbüs Rusiya Prezidenti Vladimir Putin ilə Donald Tramp arasında bu yaxınlarda baş tutmuş telefon danışığının davamıdır. Həmin danışıq zamanı İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə atəşkəs imkanları müzakirə olunub.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl “Truth Social” sosial şəbəkəsində yazıb ki, atəşkəs rejimi 9–11 may tarixlərində qüvvədə olacaq və bütün zərbələrin dayandırılmasını, həmçinin hər iki tərəfdən 1000 nəfərlik əsir mübadiləsini nəzərdə tutur.

Amerika liderinin sözlərinə görə, təşəbbüs şəxsən onun tərəfindən irəli sürülüb və Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski bu təkliflə razılaşıblar.

Tramp üçgünlük atəşkəsin münaqişənin başa çatmasına doğru atılmış addım olacağına ümid etdiyini bildirib və nizamlanma ilə bağlı danışıqların davam etdiyini vurğulayıb.

Paylaş:
Baxılıb: 584 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31