Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Seçki günü təcili yardım xidməti gücləndirilmiş rejimdə işləyəcək

Seçki günü təcili yardım xidməti gücləndirilmiş rejimdə işləyəcək

01.09.2024 [08:29]

Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərdə təcili yardım hər bir çağırışa çevik cavab vermək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Yeniazerbaycan.com-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmətə tam hazır vəziyyətə gətirilib.

Bununla əlaqədar, artıq cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb.

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31