CASCFEN özünün Məclisini və NTK-sını formalaşdırdı
25.12.2012 [15:53]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 23 dekabr 2012-ci il tarixində Park İnn hotelində özünün ilk Məclisini keçirib. Məclisin toplantısına qurumun üzvü olan 67 nəfərdən 45-i qatılıb. Azərbaycanın dövlət himninin canlı ifası və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlanan toplantıda CASCFEN sədri Azər Həsrətin məruzəsi dinlənilib, qurumun İnternet saytının təqdimatı keçirilib.
Daha sonra qonaqlar-Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan çıxış edərək CASCFEN haqqında ürək sözlərini deyiblər. Aydın Xan öz çıxışında CASCFEN-ə üzv olmaq arzusunu da ifadə edib. Toplantıya qonaq kimi qatılmış şair Tural İrfan da quruma üzv olmaq üçün müraciət edib. Hər iki müraciət müsbət həll edilib. Bundan sonra təşkilati məsələlərə baxan toplantı iştirakçıları CASCFEN-in 29 nəfərdən ibarət Məclisinin tərkibini seçiblər. Məclisin tərkibi müəyyən edildikdən sonra “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal onun sədri, “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Ələsgərli isə katibi seçilib.
Toplantıda CASCFEN Nəzarət -Təftiş Komissiyasının (NTK) 3 nəfərdən ibarət tərkibi də müəyyən edilib. Bunlar “Millətçilik” qəzetinin redaktoru Sevda Əsgər, hüquqşünas Şəmşir Əlisoy və gənc şair, müəllim Habil Yaşardır. Məclisdən sonra keçirilən toplantıda NTK üzvləri Sevda Əsgəri bu qurumun sədri seçiblər. Məclisin toplantısında, eyni zamanda, CASCFEN İdarə Heyətinin tərkibinə daha iki nəfər əlavə edilib. Bunlar prof. dr. Ramiz Əskər və şairə Səhər Əhməddir. Beləliklə İH-in tərkibi 9 nəfərə çatdırılıb.
Toplantı iştirakçıları CASCFEN-in iki bölgə üzrə təmsilçilərinin təyin edilməsinə də səs veriblər. Şair Aqşin Dadaşoğlu Şimal bölgəsi üzrə, Həcər Əsgərova isə Qarabağ bölgəsi üzrə CASCFEN təmsilçiləri təyin edilib.
Məclis iştirakçıları qurumun 2013-cü il üçün proqramının ümumi çərçivəsini də müəyyən edib. Nəzərdə tutulan əsas tədbirlər sırasında 20 mart 2013-cü il tarixində CASCFEN-in 10 illik yubiley tədbirinin keçirilməsi, 3 May-Dünya Mətbuat Azadlığı Gününün qeyd edilməsi, 22 iyul - Milli Mətbuat Gününə həsr edilmiş tədbir və sentyabr-oktyabr aylarında təşkilatın qurultayının keçirilməsi qərara alınıb.
Sonda toplantı iştirakçıları təşkilatın layihələri haqqında fikir mübadiləsi aparıb və xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

