Cəzaçəkmə müəssisəsindəki qadınlara İKT üzrə təlimlər keçirilib
20.12.2024 [21:56]
Dekabrın 20-də "Məhkum Qadınlar Rəqəmsal Dünyada" layihəsinin bağlanış mərasimi keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, tədbirdə İRİA-nın sədri İnarə Vəliyeva, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəis müavini Orxan Qasımov, “Cəza çəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova və “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Etibar Ağamalıyev çıxış ediblər. Onlar layihənin qadınların cəmiyyətə inteqrasiyası və məşğulluq imkanlarının artırılması baxımından önəmini vurğulayıblar.
Layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İKT LAB-ın dəstəyi, “Cəza çəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin təşkilatçılığı ilə baş tutub. Təlimlər Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilib və iki əsas istiqaməti əhatə edib: ofis proqramları/rəqəmsal bacarıqlar və qrafik dizayn.
İştirakçıların bilik səviyyəsinə uyğun olaraq iki qrupa ayrılan təlimlər ümumilikdə 3-4 ay davam edib. 24 qadın təlimləri uğurla tamamlayaraq sertifikatlarla təltif olunub, onlardan 2 nəfər isə əlavə olaraq beynəlxalq sertifikat əldə etmək şansı qazanıb.
Layihənin əsas məqsədi azadlıqdan məhrum edilmiş qadınların bilik və bacarıqlarını inkişaf etdirərək, onların özünəinamını gücləndirmək və iş həyatına daha yaxşı inteqrasiya etmələrinə dəstək olmaqdır. Layihənin məzunları əldə etdikləri bacarıqlarla yeni bir başlanğıc edə biləcək və onlara gələcəkdə daha geniş imkanlara sahib olmaq üçün davamlı dəstək göstəriləcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40

