Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycana qış gəldi

Azərbaycana qış gəldi

21.12.2024 [13:54]

Azərbaycana qış fəsli qədəm qoydu.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından AZƏRTAC-a bildirilib ki, qış fəsli Azərbaycana dekabrın 21-i saat 13:20-də daxil olub.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31