Qazaxıstanlı nazir: Qarabağ Universitetinə azı 10 müəllim göndərəcəyik
04.03.2025 [21:17]
Qazaxıstanın və Azərbaycanın rəhbərləri strateji əməkdaşlıq və təhsil sahəsində çox dəqiq istiqamətlər müəyyən ediblər. Elm bu vacib sahələrdən biridir və biz bu sahədə çox irəliləyiş əldə etmişik. Hər il azərbaycanlı tələbələrin Qazaxıstanda təhsil alması üçün 12 tam təqaüd təqdim edirik. Elm və təhsil sahəsində iki ölkə arasında imzalanan yeni saziş mübadilə, birgə elmi tədqiqatlar və nəşrləri özündə ehtiva edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek deyib. O bildirib ki, hazırda Qazaxıstanda 222 nəfər Azərbaycan vətəndaşı təhsil alır: “Azərbaycanda isə təxminən 80 qazaxıstanlı tələbə təhsil alır. Bizim hədəflərimiz arasında ilk olaraq tələbə mübadiləsi dayanır. Qazaxıstanda hazırda çox sayda xarici universitetin filialları açılır. Britaniya, fransız, alman, italyan, Amerika və Çin universitetlərinin ümumilikdə təxminən 37 filialı fəaliyyət göstərir. Bakıda keçirilən təhsil sərgisində isə 22 universitetimiz bütün tərəfdaşları ilə birgə təmsil olunur. Ümid edirik ki, azərbaycanlı tələbələrdən böyük maraq olacaq və onlar bizdə təhsil almaq üçün müraciət edəcəklər. Xüsusilə, hər il Qazaxıstan hökuməti xarici tələbələr üçün ümumilikdə 550 tam təqaüd ayırır”.
Sayasat Nurbek Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə birgə elmi qrant proqramının yaradılmasını müzakirə etdiklərini qeyd edib: “Bu proqrama hər iki ölkənin alimləri birgə tədqiqatlar aparmaq üçün müraciət edə bilərlər. Qrant proqramının idarə edilməsi və maliyyə vəsaitlərinin ayrılması Qazaxıstan Elm Fondu tərəfindən həyata keçiriləcək.
Bir çox mühüm aspektlərdən biri isə Qarabağ Universitetinə dəstək verməkdir. Biz bu münasibətləri sadəcə strateji əməkdaşlıq və qardaş ölkə kimi deyil, həm də Türk dünyasının bir hissəsi olaraq qiymətləndiririk. Qarabağ Universitetinə azı 10-15 ən yaxşı müəllim göndərəcəyik. Bu müəllimlər ingilis dilində dərs deyəcək və onlar riyaziyyat, biologiya, kimya, süni intellekt, kompüter mühəndisliyi sahələrində ən yaxşı mütəxəssislərimiz olacaq. Bununla yanaşı, Qarabağda təhsil almaq üçün xüsusi təqaüd proqramı yaratmaq üzərində işləyirik. Bu proqramla regionumuzdan olan tələbələr Qarabağda təhsil ala biləcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

